Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Slovo binası
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Slovo Evi
Slovo Evi ukr. Будинок «Слово» — 2017-ci ildən Ukrayna tammetrajlı sənədli filmi, rejissoru Taras Tomenko. Filmin Ukrayna premyerası 27 oktyabr 2017-ci ildə Xarkovda baş tutdu. 2017-ci ildə film Varşava Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında iştirak etmişdir. 2018-ci ildə film "Ən yaxşı sənədli film" nominasiyasında Ukraynanın "Qızıl top" milli kino mükafatını aldı. == Süjeti == 1920-ci illərin sonunda o vaxtkı Ukrayna SSR-in paytaxtı Xarkovda Stalinin xəbəri ilə Ukrayna yazıçıları və ittifaq respublikasının digər mədəniyyət xadimləri üçün ev tikilirdi. Bina Xarkov şəhər memarı Mixail Daşkeviç tərəfindən layihələndirilib. Burada sakinlərin rahatlığı üçün hər şey nəzərdə tutulub: geniş, işıqlı otaqlar, hündür tavanlar, böyük pəncərələr. Sakinlərin istirahəti üçün yaxınlıqda park salınıb. Altmış dörd rahat mənzil, yeməkxana, solaryum, xidmət personalı ədəbiyyat yaradıcıları üçün əsl cənnətdir.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir. Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. == Həyatı == === İlk illəri === 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.
Slonim teleqülləsi
Slonim televiziya qülləsi (Slonim təkrarlayıcısı) - Belarus Respublikasının Qrodno vilayətinin Slonim rayonunun Novaya Straza kəndində televiziya və radio yayım qülləsi. == Maraqlı faktlar == 1965-ci ildə qurulan zaman Avropanın ən yüksək televiziya qülləsi idi 1965-ci ildə quraşdırılması zamanı elektromaqnit sahələrinin təsiriylə polad çərçivə deformasiya etməyə başladı. Dizayn qəribə formalı bir ilan kimi forma almağa başladı. Bina gözlənildiyi kimi elektromaqnit dalğalarının xüsusi qəbuledicilərini tutmaq üçün idi .
Slovak Telekom
Slovak Telekom (keçmişdə Slovenské telekomunikácie və Slovak Telecom olaraq adlandırılmışdır, sabit xətt məhsullarında istifadə edən marka, 2006-cı ilin Mart ayından 2012-ci ilin Yanvar ayına qədər T-Com olmuşdur. 2012-ci ilə gəlindiyində mobil məhsullar və sabit xətt məhsullarında ancaq bir marka mövcuddur: Telekom) — Slovakiya'da fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətidir. == Sahiblik == 2015-ci ildə Slovakiya Respublikası, olan payını (49%) Deutsche Telekom-a olan payını satmışdır. İndi tamamilə Deutsche Telekom-a aiddir. == Üfüqdəki Slovak Telekom Satışı == Slovak hökuməti Slovak Telekom'da bir azlıq hissəsinin satışı üçün bir addım daha atmışdır. 2015-ci ilin Aprel ayında dövlət varlığının birjanı ehtiva edəcək şəkildə satılması üçün vasitələri genişlədən özəlləşdirmə üçün, qanununda ediləcək bir dəyişikliyi təsdiqlədi. 2015-ci ilin May ayında Deutsche Telekom, Slovakiya hökumətinin 49% hissəsinin hamısının 900 Milyon €-a alacağını açıqlamışdır. == Ölkə Səviyyəsində 4G/LTE Şəbəkəsi Başladıldı == Slovak Telekom, 2013-ci ildə ilk Slovak operatoru olan Slovakiyanın beş şəhərində 4G/LTE şəbəkəsini başlatmışdır. Şəbəkə 1800 MHz'də işləyir və 73Mbit/saniyə endirmə və 23Mbit/saniyə yükləmə maksimum nəzəri sürəti təqdim edir. Dövrə Açarlı Geri Dönüş (DAGD), səsli zənglərin və qısa ismarıcların, 2G/3G dövrə açarlı şəbəkə istifadəsi ilə LTE qurğularına göndərilməsini təmin edir.
Slovak dili
Slovak dili (/ˈsloʊvæk, -vɑːk/ /ˈsloʊvæk, -vɑːk/ ) və ya alternativ olaraq Slovakca, Çex – Slovak qrupunun Qərbi Slavyan dilidir.Təxminən 5 milyon insanın ana dili kimi danışdığı, Slovakiyanın rəsmi dili və Avropa Birliyinin 24 rəsmi dilindən biri olaraq xidmət edir.
Sloven dili
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.
Mənim adım qırmızı
Mənim adım qırmızı (Benim adım kırmızı) Nobel mükafatı sahibi Orxan Pamukun 1998-ci ildə yazdığı roman. == Mövzu == Mənim adın qırmızı romanında hadisələr 1591-ci ildə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda cərəyan edir. Saray xəttat və nəqqaşları gizlicə sultanın əmri ilə hazırlanan bir kitab üçün Avropa təsirli rəsmlər çəkillər. Romanın əsas qəhrəmanı sənətkarları evində saxlayan evin qızı Şeküre və ona aşiq olmuş xalası oğlu Karadır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Mənim adım qırmızı romanının özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar. == Başqa dillərdə == • "My Name is Red" : Erdağ M. Göknar, Nyuyork: Knopf, 2001 (İngiliscə). • "Mənim Adım Qırmızı"Türkcədən tərcümə edən Nəriman Əbdurrəhmanlı : [Bakı] 2007 (Azərbaycanca) • "Mon nom est Rouge" : Türkcədən tərcümə edən: Gilles Authier, Paris : Gallimard, 2001 (Fransızca). • "Rot ist mein Name" Türkcədən tərcümə edən: Ingrid Iren, Münih : Hanser, 2001 (Alman dili). • "Me llamo Rojo" Türkcədən tərcümə edən: Rafael Carpintero, Madrid, Alfaguara, 2003 ISBN 84-204-6618-2 (İspan dili).
Mənim adım Erldir
Mənim adım Erldir (ing. My Name Is Earl) — Qreq Qarsiya tərəfindən yaradılmış ABŞ sitkom serialı. 20 sentyabr 2005-ci ildən 14 may 2009-cu ilədək NBC telekanalında yayımlanmışdır. Serialın baş qəhrəmanı Erl Hiki aktyor Ceyson Li tərəfindən canlandırılıb. Serialda həmçinin rol alıblar: Ethan Suplee, Jaime Pressly, Nadine Velazquez və Eddie Steeples. == Məzmun == Oğurluqla məşğul olan Erl Hiki (ing. Earl Hickey) lotereyada 100.000 dollar qazanır, lakin gözlənilmədən avtomobil qəzası keçirir və bu vaxt uduşunu itirir. Xəstəxanada olarkən o, karma anlayışı haqqında öyrənir. Başına gələn bu uğursuzluğu keçmişdə etdiyi səhvlərin nəticəsi olduğuna inanır. O, əvvəlki səhvlərini düzəltmək qərarına gəlir.
Bloom (pəri)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Şlomo Avineri
Şlomo Avineri (30 avqust 1933 – 1 dekabr 2023, İsrail) yəhudi əsilli politoloqdur. Hazırda Siyasi elmlər üzrə Yerusəlimdə Yəhudi Universitetinin professoru. O həmçinin Budapeştdə Mərkəzi Avropa Universitetində də dərs deyirdi.
Slovak Sovet Respublikası
Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) Rusiya və Macarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir.
Slovan Bratislava FK
Slovan Bratislava FK — Slovakiyanın futbol klubu.
Slovan Liberets FK
Slovan Liberets FK - Çex Respublikasında futbol komanda.
Şərqi Slovak Muzeyi
Şərqi Slovak Muzeyi (slovak. Východoslovenské múzeum) — Slovakiyanın Koşitse şəhərində yerləşən və Slovakiyanın ən qədim muzeylərindən biridir. Muzey 1872-ci ildə təsis olunmuşdur. Yeni renessans dövrü tikilisi olan bina 20-ci əsrin əvvəlində ucaldılmışdır. Bu muzey Koşitse şəhərində öz ehtiyaclarını ödəyə bilən ilk bina idi. Binanın fasadında Persey və Vulkan heykəltəraşlıq nümunələrini görmək olar. Muzey 1741-ci ildə inşa edilən və daha sonra dağıdılmış taxta kilsənin üzərində tikilmişdir.
Addım
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Omonim
Omonim (yun. ὁμός ὄνομα - eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bu sözlər omonim deyil: 1) Yazılışı eyni olan, vurğusuna görə fərqlənən sözlər paronim adlanır. 2) Yazılışı ilə oxunuşu eyni, lakin kökləri fərqli olan sözlər omoqraf adlanır 3) Ümumi və xüsusi sözlər; 4) Yazılışı və tələffüzü eyni, bir-birinə məcaz yolu ilə bənzəyən sözlər (belə sözlər çoxmənalı sözlər sayılır, omonimlərdə məcaz olmur).
Oronim
Oronim (yun. ὄρος — dağ, yun. ὄνομα — ad) — yerin hər hansı formasına — həm qabarıq (dağ, dağ silsiləsi, təpə), həm də çökəkliyə (yarğan, dərə, vadi, ova) verilən xüsusi ad. == Mənbə == Подольская Н. В. Словарь русской ономастической терминологии / Отв. ред. А. В. Суперанская.. — Изд. 2-е, перераб. и доп. — М.: Наука, 1988.
Xanım
Xanım — qadın adı. Xanım İsmayılqızı — şairə, bəstəkar. Xanım Balacayeva — Azərbaycan şahmatçısı.
Sen-Sovör (İzer)
Sen-Sovyor (fr. Saint-Sauveur) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38454. Kommunanın 2012-ci il üçün əhalisi 2040 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 31 km qərbdə yerləşir.
Sodom və Qomorra
Sodom (ivr. ‏סְדוֹם‏‎, Sədom; mənası – «yanan»; yun. Σόδομα) və Qomorra (ivr. ‏עֲמוֹרָה‏‎, ʿAmora; mənası – «batan»; yun. Γόμορρα) — Bibliyada iki şəhər. Bibliyaya görə, onlar sakinlərinin günahlarına, xüsusən də pozğunluğa görə tanrı tərəfindən məhv edilmişdir. Sonrakı Bibliya ənənəsində Sodom və Qomorra tanrının qəzəbinə səbəb olan ən yüksək günahkarlığın təcəssümüdür. Şəhərlər Sodom beşbucağının bir hissəsi idi və Əhdi-ətiqə görə, Ölü dəniz ətrafında yerləşirdi. Buna baxmayaraq, onların dəqiq yeri məlum deyil. 2021-ci ildə dərc edilmiş araşdırmaya görə, Sodomun dağıdılması əfsanəsi təqribən e.ə.
Mənim adım Xandır (film, 2010)
Mənim adım Xandır həm də MNIK kimi tanınan Bollivud filmidir. 2010-cu ildə istehsal olunan filmin rejissoru Karan Cohar, əsas ssenari müəllifi Şibani Baticadır. Filmin baş rollarında Şahrux Xan və Kacol yer almışdır. Bollivudun qızıl cütlüyü hesab olunan bu cütlük əvvəllərdə bir çox filmlərdə əsas yer tutmuşdur. Film həmçinin Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilmişdir. == Film haqqında == Əvəllər Hindistanda yaşamış, sonralar Amerikaya — balaca qardaşının yanına köçmüş psixi xəstə Rizvan Xan (Şahrux Xan) burada dul kadın Mandiraya (Kacol) aşiq olur. Onlar evlənir. Və 11 sentyabr hadisələri zamanı Mandiranın oğlu terorist adı ilə öldürülür. Bu səhvi doğruya çatdırmaq üçün Rizvan ABŞ prezidenti ilə görüşə yollanır...
Addım, addım (film, 2002)
Addım, addım qısametrajlı sənədli televiziya filmi rejissor Mehriban Ələkbərzadə tərəfindən 2002-ci ildə çəkilmişdir. Space Televiziyasında istehsal edilmişdir.