Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Odessa
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var. Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir. Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi. Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir.
Odixia
Odixia (lat. Odixia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Orissa
Orissa — Hindistanın şərqində yerləşən ştatdır. Ərazisi 155 707 kvadrat kilometr, əhalisi 40 milyona yaxındır. Mərkəzi və ən böyük şəhəri Bhubenaşvardır. bundan başqa mühüm şəhərləri Anqul, Bhadrak, və Bolangirdir. Ştatda 2008-ci ildə hinduistlərlə xristianlar arasında dini zəmində toqquşmalar baş vermişdi. Nəticədə 50 000-dən çox xristian ştatı tərk edib.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. == Tarixi == İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Edişa
Edişə (Cəlilabad)
Odişi
Odişi (tarixi bölgə)
Diuka
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Böyük odaliska
Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir. Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir. == Tarixçə == Əsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Ldinka adası
Ldinka adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Komsomoles adasının şimal-şərqində, Molotov və Morskoy buzlaqları arasında yerləşir. Dairəvi formaya malikdir. Diametri 600 metrdir. Gözlə his ediləcək yüksəklik yoxdur. Ətrafı qumlu sayla əhatələnmişdir.
Odessa Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odessa körfəzi
Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz. == Yerləşməsi == Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir. == Xarakteriskası == Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir.
Odessa teleqülləsi
Odessa teleqülləsi- Odessa qoruğunun ərazisində yerləşir. Qüllə televiziya və radio yayımı antennalarına malikdir. İlk nəsil qüllənin tipik layihəsi 3803 KM idi .155 metr hündürlükdə 32 və 64 metrlik kəmərlərlə kəsilmiş piramidadır.Teleqüllə - 25 metr yüksəklikdə VHF FMlə, 1,75 x1.75 metrlik bir şelflə,həmçinin 180 metrdə 2,5 x 2,5 ölçülü üst platformayla və turniket üçün boru ilə təchiz edilmişdir. Dəniz səviyyəsindən yüksəklik - 51 metrdir == Yayım == Hal-hazırda televiziya qülləsindən antennalarının yayımı:4 analoq televiziya kanalının5 rəqəmli multipleksrin (1 - DVB-T və 4 -DVB-T2 ),18 radio stansiyasının ( VHF zolağında 5 və VHF ( FM ) qrupundakı 13). ) yayımını təmin edir.Odessa radiostansiyalarının əksəriyyəti mərkəzi qüllədən yayımlanır.
Odessa vilayəti
Odessa vilayəti, (ukr. Одеська область / Odeska oblast) — Ukraynanın cənub-qərbində bir vilayətdir. Vilayətin idarə mərkəzi Odessadır.
Odiseas Elitis
Odiseas Elitis (yun. Οδυσσέας Ελύτης; 2 noyabr 1911[…], İraklion – 18 mart 1996[…], Afina) — yunan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Yunanıstanın ədəbiyyat sahəsində ikinci Nobel laureatı Odiseas Alepudelis əsərlərini Odiseas Elitis təxəllüsü ilə çap etdirmişdi. Elitis təxəllüsünü bir neçə səbəbdən seçmişdi. Əvvəla, bu təxəllüsdə şairin vətəninin — Elladanın adı vardı. Digər tərəfdən, yunanca "ümid" mənasını verən "elpida", "azadlıq" anlamında işlədilən "elefteriya" və nəhayət, gözəllik mücəssəməsi Elena — Yelena da eyni kökdən idi. Odiseas Elitis Krit adasında doğulmuşdu. Əslən Egey dənizindəki əfsanəvi Lesbos adasından olan atası bacarığı və təşəbbüskarlığı sayəsində Kritin zəngin iş adamlarından birinə çevrilmişdi. Oğluna yaxşı təhsil vermək məqsədi ilə Odiseasın altı yaşı tamam olanda o, paytaxt Afinaya qayıtmışdı. Gələcək şair Afina universitetində hüquqşünaslıq öyrənsə də diplom ala bilməmişdi.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Bernulli diski
Bernulli diski (Bernoulli box)-– növbə ilə dəyişdirilən və enerjidən asılı olmayan kartriclərin istifadə edildiyi böyük həcmli yaddasaxlama qurğusudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
Eyler diski
Eyler Diski, 1987–1990-cı illər arasında Yozef Bendik tərəfindən icad edilmiş, elmi və öyrədici oyuncaqdır. Düz və ya əyri bir səthdə dönən və fırlanan bir diskin dinamik sistemini göstərmək və öyrənmək üçün istifadə olunur. == Haqqında == === Enerjinin Qoruması === Eyler disi döndükdə disk həm potensial, həm də kinetik enerjiyə malik olur. Potensial enerji diskə yan tərəfə dik olduqda verilir. Kinetik enerji isə diskə güzgü bazasında əyildikdə verilir. Euler Diski sürtünmə və titrəmə üçün olmasa idi sonsuza qədər yuvarlana bilərdi. === Bucaq momentumu === Eyler diskinin necə işlədiyini təsvir etməyin başqa bir yolu, diskin bucaq impulsunu nəzərə almaqdır. Eyler diski özünü dik tutmaq üçün bucaq impulsundan istifadə edir. Disk bir dairə ətrafında fırlandıqda, diski aşağı çəkən cazibə qüvvəsi və diski yuxarıda saxlayan güzgü bazası tərəfindən tətbiq olunan qüvvə tarazlığı ilə tutulur.