Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kokoşnik
Kokoşnik (qədim rus dilində:ко́кошь — toyuq sözü ilə bağlı olduğu ehtimal olunur.) — çutquya və ya ayparaya bənzər ənənəvi rus baş geyim forması, rus milli geyiminin mühüm simvollarından biri, sarafanla birlikdə istifadə olunurdu. Bir qayda olaraq, kokoşniklər əsasən evli qadınlar tərəfindən geyilirdi. Kokoşnik bayram və hətta toy mərasimlərinin əsas simvolu hesab olunurdu — ümumiyyətlə müxtəlif naxışlar və talisman və nikah sədaqətinin və bərəkətinin rəmzləri ilə naxışlanır, qiymətli daşlarla bəzədilirdi. Çox vaxt kokoşnik bir qadının yalnız bəzəyi deyil, həm də onun amuleti idi. Adətən, kokoşnik əvvəlcə toy günündə, daha sonra ilk uşağın doğulması münasibətilə keçirilən mərasimlərin əvəzolunmaz elementlərindən biri idi. Mənbələrə əsasən kokoşnik ənənəsi Rusiyanın qədim Veliki Novqorod şəhərində IX əsrdən başlamışdır. Əvvəllər Rusiyanın şimal bölgələrinə yayılmış, XVI–XIX əsrlər arasında ölkə daxilində geniş yayılmışdı. Geyim üslub və dizayn baxımından müxtəlifdir, Rusiyanın müxtəlif bölgələrində kokoşniklər formasına və quruluşuna görə bir-birindən fərqlənirdi. Məsələn, Veliki Novqorodda tipik silindrik kokoşniklərdən, Vladimirdə iki kikalı (buynuzlu) kokoşniklərdən, Kostromada üçbucağa bənzər kikalı kokoşniklərdən, Karqopolda muncuqlarla bəzədilmiş kokoşniklərdən, Moskvada qırmızı rəngli kokoşniklərdən geniş istifadə olunurdu. Moda tarrixçisi Aleksandr Vasilyev qeyd edirdi ki, birinci və ikinci dünya müharibələri arasındakı dövrdə kokoşnik dünya modasında milli geyimlərdə "rus" amilinin ən məşhur elementi idi və məhz kokoşnik 1919–1929-cu illərdə dünya moda arsenalına daxil olmuşdur.
Qopnik
Qopnik (rus. го́пник) — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli, az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn, yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc üzvləri üçün jarqon söz. Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur. Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası‎) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir. Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Aleksey Kopnin
Suxoy S-70 Oxotnik
Suxoy S-70 Oxotnik (Rusca: Сухой С-70 “Охотник”, hərfi tərcüməsi “Ovçu”), həmçinin “Oxotnik B” adı ilə də tanınır. Suxoy şirkəti tərəfindən istehsal edilmiş olan Rusiya mənşəli Stels texnologiyası ilə hazırlanmış altıncı nəsil pilotsuz uçuş aparatıdır.. Bu texnika daha əvvəl Mikoyan şirkəti tərəfindən istehsal edilən Mikoyan Skatron pilotsuz uçuş aparatının texnologiyası əsasında hazırlanmış və Beşinci nəsil qırıcı olan Suxoy Su-57 təyyarəsindən bəzi texnologiyaları da, özündə birləşdirmişdir. İlk uçuşunu 3 avqust 2019-cu ildə həyata keçirmişdir. 2020-ci ildən sonra istifadə edilməsi planlaşdırılır. Hal-hazırda 1 ədəd prototip modeli istehsal edilmişdir. Layihə 2017-ci ildən başlamışdır. Layihənin dəyəri 1.6 milyon Rusiya rublu dəyərindədir. Oxotnik, Suxoy şirkətinin Rusiya Müdafiə Nazirliyi tərəfindən yeni ağır kəşfiyyat və hücum məqsədi ilə istifadə ediləcək pilotsuz uçuş aparatı layihəsinin icraçısı kimi seçildiyi 2011-ci ildən etibarən inkişaf etdirilir. Yeni PUA əvvəlki Mikoyan Skat PUA proqramının məlumatları əsasında MiG və Suxoy şirkətləri tərəfindən birlikdə hazırlanır.