Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pokrovka
Pokrovka (Əbyəlil) — Pokrovka (Auırqazı) — Pokrovka (Baymak) — Pokrovka (Şaran) Pokrovka (Cəlilabad) — Cəlilabad rayonunun Günəşli kəndinin 27 mart 2001-ci ilə qədərki adı. Pokrovka (Sabirabad) — Sabirabad rayonunun Qaratəpə kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. == Həyatı == Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Pokrovka (Auırqazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Avurğazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Bakalı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (84%) üstünlük təşkil edir.
Pokrovka (Baymak)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 64 km, kənd sovetliyindən (Urqaza): 35 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 28 km.
Pokrovka (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. == Tarixi == Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. === Tarixi abidələri === Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Pokrovka (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. == Əhalisi == === Şəhidləri === == Mədəniyyəti == Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Pokrovka (Şaran)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Pokrovka (Əbyəlil)
Pokrovka kəndi (başq. Покровка) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qızıl Başqırdıstan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Pokrovka kəndinin milli tərkibi: başqırdlar (58 %), ruslar (29 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 55 km., kənd sovetliyindən (Qızıl Başqırdıstan): 30 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 25 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Okros qalası
Okros qalası (gürc. ოქროს ციხე) — Adigen bələdiyyəsində, Samtsxe-Cavaxeti bölgəsinin cənubundakı Şoqa kəndinin şimalında orta əsrə aid qala. Tarixi Kvabliani vadisində, əlçatmaz qayalıqda yerləşir. Qala XVI əsrin Gürcüstan-Osmanlı qarşılaşmalarında görkəmli olaraq tanınır və adının türkcəsi Altunkala kimi bilinir. 2007-ci ildə Okros qalası Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət abidələri siyahısına yerləşdirilmişdir. == Tarixi == Okros qalası XIII əsrin sonlarında və ya XIV əsrin əvvəllərində inşa edilmişdir. Mesxeti prinsliyinin Cakeli sülaləsinin sahib olduğu əsas istehkamlardan biri olmuşdur. Kvabliani vadisindəki hakim mövqeyinə görə qala 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Osmanlı ordusunun hücum etdiyi Samtskinin mühafizəsində mühüm rol oynamışdır. Bura Şahzadə Dedisimedinin Osmanlı komandiri ilə sülh müqaviləsini müzakirə etməzdən əvvəl özünü möhkəmləndirdiyi yer idi. Vilayətin son Osmanlı fəthindən sonra qala Altunkala adı ilə tanınmış və rayonun mərkəzi olmuşdur.
Kedrovaya Koşka burnu
Kedrovaya Koşka burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizinə daxil olan Onemen körfəzi yuyur. Elədə böyük olmayan yarımadanın cənub-şərq qutqracağını təşkil edir. Burunun qutaracağında qum və gildən təşkil olunmuş dil vardır. Tundra bitkiləri və kollarla örtülüdür. Burun ətrafında sahilin dərinliyi 1 metrdir. Su altı bankələrə rast gəlinir. Burunda Rusiya Federasiyasına məsxus olan naviqasiya işarəsi vardır.