Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akbuğa
Oktrua
Oktrua (lat. auctor, frans. octroi — mükafat, təminat) — XIII əsrdə Fransada ortaya çıxan idxal rüsumlarıdır, istehlak malları idxal edərkən şəhər zastavalarından tutulurdu. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində ləğv edildi. XVI–XVIII əsrlərdə inhisar ticarət şirkətlərinin imtiyazları da Oktrua adlanırdı.
Onurğa
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Oğruca
Oğruca dağı — Azərbaycanda dağ. Oğruca (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd. Oğurca — Xəzər dənizinin cənub-şərqində yerləşir.
Daruğa
Daruğa (başq. даруга, tatar. даруга/daruğa; monq. daru- – "basmaq", "möhürləmək") — Monqol imperiyasında ərazi vahidi. Bir daruğa daruğaçı tərəfindən idarə olunurdu. Sonralar bu termin vilayət üçün, əsas da XV–XVI əsrlərdə Kazan və Sibir xanlıqlarında istifadə edilmişdir. XVI–XVIII əsrlərdə Rusiya imperiyasının türklər yaşayan bölgələrində istifadə edilmişdir. Səfəvi İranında bu, prefekt mənasını verən bir titul olmuşdu. Çoxsaylı Səfəvi daruğalarından biri Səfiquli xan idi. 1762-ci ildə başqırd xalqı Kazan, Noqay, Osin Daruğa və Sibir daruğalarına nəzarət edirdi.
Oroga
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Helix obruta
Moreletina obruta (lat. Moreletina obruta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin moreletina cinsinə aid heyvan növü.
Kvame Nkruma
Kvame Nkruma (ing. Francis Nwia Kofie Kwame Nkrumah; 21 sentyabr 1909[…] – 27 aprel 1972[…], Buxarest) — Qanalı filosof, sosioloq və politoloq. Müstəqil Qananın ilk baş naziri (1957–1960) və ilk prezidenti (1960–1966). Feldmarşal (1965).
Omurğa cəzası
Onurğa beyni
Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Oğruca (Göyçə)
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur. Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir. Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir. Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir».
Oğruca dağı
Oğruca dağı — Azərbaycanda dağ.
Moreletina obruta
Moreletina obruta (lat. Moreletina obruta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin moreletina cinsinə aid heyvan növü.
Kiyoşi Okuma
Kiyoşi Okuma (大熊 清, Okuma Kiyoshi, 21 iyun 1964-cü ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Yaponiya U-20 milli komandasının baş məşqçisi olarkən 2003 FİFA Dünya Gənclər Çempionatı və 2005 FİFA Dünya Gənclər Çempionatında iştirak etmişdir. Onun kiçik qardaşı Yuci Okuma keçmiş Yaponiya futbolçusudur. == Məşqçi statistikası == 11 oktyabr 2016-cı il məlumatlarına əsasən.
Korqa adası
Korqa adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Sverdlov burnundan 11,5 km aralıda yerləşir. Adadan 4 km şimalda Xitrıy adası, 4 km cənubda isə Bolşoy adası yerləşir. Ada 200 m uzunluğa malikdir. Bütünlüklə buzla örtülüdür. Gözlə seçiləcək yüksəkliyə sahib deyildir.
Jaruqa Hidroelektrik Stansiyası
Yaruqa Hidroelektrik Stansiyası — Xorvatiyada, Krka çayı üzərində Dalmasiyanın Şibenik-Knin rayonunda yerləşən hidroelektrik stansiyası. Bu elektrik stansiyası Xorvatiyada ilk alternativ enerji mənbəyi olmuşdur. Stansiyasının qurulma məqsədi Şibernikdə küçə lampalarını elektriklə təmin etmək olub. Beləlilə, sözügedən yaşayış məntəqəsi daha çox alternativ enerji mənbəyi ilə işləyən şəhər ünvanını qazanmışdır. == Tarixi == Yaruqa dünyanın ən yaşlı energetika obyektlərindən biridir. Onun bugünkü yerləşmə yeri 1903-cü ilə aid edilir. Stansiya özü isə 1895-ci ildə yaxınlıqda yerləşən başqa bir ərazidən köçürülüb. 1893-cü ildə Şibernik bələdiyyə sədri Ante Şupuk və Vjekoslav Meyxsner tədqiqatlara başladı və Krka çayının suyundan istifadə etmək üçün lisenziya aldılar. 1894-cü ildə elektrik ilə küçələri işıqlandırmağa başlamaq, bələdiyyə ərazisi hüdudları daxilində elektrik xətləri inşa etmək üçün icazə aldılar. Yaruqanın tikintisinə 1894-cü ildə başlanıldı və 16 ay davam etdi.
Onurğa beyni anesteziyası
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.
Onurğa beyni qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat.
Onurğa sütununun sınıqları
Onurğa sütununun sınıqları — adətən hündürdən yıxıldıqda, əyilmiş vəziyyətdə ağır əşyanın kürəyə düşməsi zamanı, onurğa sütununa güclü zərbə olduqda baş verir. Onurğa travmaları kiçik bir yumşaq toxuma əzilməsindən onurğa sınığı və onurğa beyni zədələnməsinə qədər bir sıra şiddətdə ola bilər. Onurğa sınıqları və çıxıqları onurğa beyni zədələnməsinə və beləliklə iflicə səbəb ola bilər. Onurğa yaralanmalarının müalicə üsulu da zədələnmənin ağırlığından asılıdır. Sınıqların 5–10%-i boyun fəqərələrində, 70%-i döş və bel fəqərələrində, qalan hissəsi isə oma və büzdüm nahiyyəsində olur. Ən çox yaralanan bölgə onurğanın ən hərəkətli hissəsi olan döş və bel fəqərələrinin birləşdiyi 12-ci döş və 1-ci bel fəqərələridir. Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər: Boyun, döş vəya bel ağrısı; Uyuşma, əzələ spazmı; Ətraflarda zəiflik; Qeyri-iradi nəcis və sidik ifrazı; Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflici; Onurğa beyini zədələndikdə ətraflarda hərəkətin və hissiyatın itməsi baş verir. Zədələnmişin öz başına bədəninin vəziyyətini dəyişmək cəhdləri ağrı şoku ilə ağırlaşa bilər. Bu simptomlar müşahidə olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir.
Yaruqa Hidroelektrik Stansiyası
Yaruqa Hidroelektrik Stansiyası — Xorvatiyada, Krka çayı üzərində Dalmasiyanın Şibenik-Knin rayonunda yerləşən hidroelektrik stansiyası. Bu elektrik stansiyası Xorvatiyada ilk alternativ enerji mənbəyi olmuşdur. Stansiyasının qurulma məqsədi Şibernikdə küçə lampalarını elektriklə təmin etmək olub. Beləlilə, sözügedən yaşayış məntəqəsi daha çox alternativ enerji mənbəyi ilə işləyən şəhər ünvanını qazanmışdır. Yaruqa dünyanın ən yaşlı energetika obyektlərindən biridir. Onun bugünkü yerləşmə yeri 1903-cü ilə aid edilir. Stansiya özü isə 1895-ci ildə yaxınlıqda yerləşən başqa bir ərazidən köçürülüb. 1893-cü ildə Şibernik bələdiyyə sədri Ante Şupuk və Vjekoslav Meyxsner tədqiqatlara başladı və Krka çayının suyundan istifadə etmək üçün lisenziya aldılar. 1894-cü ildə elektrik ilə küçələri işıqlandırmağa başlamaq, bələdiyyə ərazisi hüdudları daxilində elektrik xətləri inşa etmək üçün icazə aldılar. Yaruqanın tikintisinə 1894-cü ildə başlanıldı və 16 ay davam etdi.
İsmayıl bəy Daruğa
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov — şair, Əhməd Ağdamskinin qaynatası. İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Qəza idarəsində işləmiş, bir müddət şəhər bazarının darğası olmuşdu. Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü. Məclisi-üns üzvlərindən olmuşdur. İsmayıl bəy Daruğə 1891-ci ildə vəfat edib. İsmayıl bəy erməni silahlılarına qarşı vuruşmuş, şəhər camaatını müdafiə etmişdi.
Yamanoue no Okura
Yamanoue no Okura (təq. 660 – təq. 733) — Yapon şairi. Yamanoue no Okura 660-cı ildə anadan olub. Onun məxsus olduğu Nara dövrünün poeziyası hələ bir qədər sadəlövh, təmiz lirika yapon zəmini ilə çox yaxın olan, mifologiyaya yaxın, eyni zamanda Çin mədəni modelinə uyğun yaradılan poeziya nümunələri idi. O, yapon poeziyasının ilk müəllifi məlum olan nümunələrini yaradan beş məşhur yapon şairindən biri idi. İlk yapon lirikasında “uzun nəğmələr” əsas yer tuturdu ki,bunlar da öz başlanğıcını xalq himnlərindən və ağılarından almışdı. Onun poeziyasının üslub xüsusiyyətləri digər yapon şairlərindən çox seçilir. Yamanoue no Okura savadlı adam olmuş, Çin dilini öyrənmiş, Çin fəlsəfəsinə bələd olmuş, Çin dilində şeirlər yazmışdır. Yamanoue no Okura bir müddət Çində yaşamışdır.
2K11 Kruq
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Kruq ZRK
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.