Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
Ökü
Ökü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Esteban Okon
Esteban Okonfr. Esteban Ocon; doğ. 17 sentyabr 1996 Normandiya, Fransa) — fransız avtopilotu. 2015-ci ildə GP3 yarış seriyasının qalibi. == Həyatı == Esteban Okon öz yarış karyerasına 2006-cı ildə başlayıb. Həmin səkkizinci yeri tutmuşdu.2007-cı ildə birinci yerə sahibləndi. 2008-ci ildə Esteban Cadet klassında Fransa çempionu olmuşdu.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. 1935-ci ildə yaradılmışdır. Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Ogün Samast
Ogün Samast (28 iyun 1990, Üsküdar, İstanbul ili) — 19 yanvar 2007-ci ildə, İstanbulun Osmanbey bölgəsinin Halaskarqazi küçəsində yerləşən "Agos" qəzeti binasının qarşısında jurnalist Hrant Dinki öldürən şəxs. Samast Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir.Valideynləri bir-birindən ayrı yaşayan Ogün Samast orta məktəb məzunudur. 19 Yanvar 2007 tarixində Hrant Dinki iş yerinin qarşısında silahla 3 dəfə atəş açaraq öldürmüşdür. Ogünün atası Əhməd Samast televizorda oğlunun cinayət şübhəlisi olduğunu görəndə polisə zəng edərək oğlunu şikayət etmişdir.Cinayəttən 36 saat sonra Ogün Trabzona gedərkən jandarm tərəfindən saxlanılır və həbs olunur.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Yeşilot
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir. 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır. Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir. 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Okan xan
Okan Xan - türk və altay mifologiyasında sülh ilahı. Ukan Xan və ya Okon Xan olaraq da bilinər. Qan davalarına qarşı çıxan, oba və oymaqlar arasında dolanışıqsızlıqlarda, vasitəçilik edən tanrı. Tanrının kiçik oğludur və cəzalandırılınca yer üzünə göndərilmişdir. (Ok/Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Yaratmaq və sülh mənaları daşıyır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Oqun ştatı
Oqun ştatı (ing. Ogun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat Ştatın adı onun ərazisində axan Oqun çayından gəlir.
Osun-Osoqbo
Osun-Osoqbo və ya Osun-Osoqbo müqəddəs meşəsi — Nigeriyanın Osun ştatında, Osoqbo şəhərindən kənarda, Osun çayının sahilində yerləşən müqəddəs bir meşədir. Osun-Osoqbo geniş şəhərləşmədən əvvəl əksər Yoruba şəhərlərinə qonşu olan müqəddəs meşələrin sonuncusudur. Qlobal əhəmiyyətini və mədəni dəyərini nəzərə alaraq, UNESCO 2005-ci ildə Osun-Osoqbonu Ümumdünya irsi siyahısına daxil etmişdir. 1950-ci illərdə Osun-Osoqbonun darmadağın edildiyi görüldü: ziyarətgahlara laqeyd yanaşılmış, xüsusi vəzifələr və sanksiyalar zəiflədiyi üçün keşişlər bağçanı tərk etmişdilər. Balıqçılıq, ovçuluq və bağda ağacların kəsilməsi kimi qadağan edilən fəaliyyətlər avstriyalı Suzanna Vanqerin gələrək ərazidə davam edən təhqirləri dayandırmasına qədər dəvam etdi. Yerli xalqın dəstəyi ilə Venqer, torpaq möhtəkirlərinə meydan oxumaq, brakonyerləri dəf etmək, ziyarətgahları qorumaq və müqəddəs məkanı yenidən Osoqbonun "müqəddəs ürəyi" olaraq bərpa etmək üçün uzun müddət davam edən "Yeni Müqəddəs İncəsənət" hərəkatını qurdu. Hər il avqust ayında meşədə Osun-Osoqbo festivalı qeyd olunur. Festival hər il minlərlə Osun ibadətçilərini, izləyiciləri və həyatın bütün sahələrindən turistləri cəlb edir. Osoqbo əhalisi üçün avqust, bayramlar, şəhərin ənənəvi təmizlənməsi və insanların əcdadları və Osoqbo Krallığının qurucuları ilə yenidən görüşməsinin ayıdır. Osun-Osoqbo festivalının 700 ildən çox bir tarixə sahib olduğu güman edilir.
Osun ştatı
Osun ştatı (ing. Osun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində axan Osun çayından gəlir.
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Oyun kafesi
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun mühərriki
Oyun mühərriki — əsasən video oyunların tərtibatı üçün nəzərdə tutulan proqram təminatı freymvorku. Müvafiq kitabxanaları və səviyyə redaktoru kimi dəstəkləyici proqramları ehtiva edir. "Mühərrik" terminologiyası proqram təminatı sənayesində istifadə olunan "proqram təminatı mühərriki" termininə bənzəyir. Oyun mühərriki bu freymvorkdan istifadə edən, adətən oyunların tərtibatı üçün alətlər və xüsusiyyətlər dəsti təklif edən tərtibat proqramına da aid edilə bilər. Tərtibatçılar video oyun konsolları və digər kompüter növləri üçün oyunlar yaratmaq üçün oyun mühərriklərindən istifadə edə bilərlər. Adətən oyun mühərriki tərəfindən təmin edilən əsas funksionallığa 2D və ya 3D qrafika üçün göstərmə mühərriki (renderer), fizika mühərriki və ya toqquşmanın aşkarlanması (və toqquşma reaksiyası), səs, skript, animasiya, süni intellekt, şəbəkə, striminq, yaddaşın idarə edilməsi, tredləmə, lokalizasiya dəstəyi, səhnə qrafiki və kinematika üçün video dəstəyi daxildir. Oyun mühərriki tətbiq edənlər çox vaxt fərqli oyunlar yaratmaq və ya oyunları birdən çox platformaya uyğunlaşdırmağa kömək etmək üçün eyni oyun mühərrikindən yenidən istifadə etməklə/uyğunlaşdırmaqla oyunun tərtibatı prosesinə qənaət edirlər. Bir çox hallarda, oyun mühərrikləri təkrar istifadə edilə bilən proqram komponentləri ilə yanaşı, vizual tərtibat alətləri dəsti təqdim edir. Bu alətlər, ümumiyyətlə, verilənlərə əsaslanan şəkildə oyunların sadələşdirilmiş, sürətli tərtibatını təmin etmək üçün inteqrasiya olunmuş inkişaf mühitində təmin edilir. Oyun mühərriki tərtibatçıları tez-tez oyun tərtibatçısının oyun qurmaq üçün ehtiyac duya biləcəyi bir çox elementləri özündə birləşdirən etibarlı proqram paketləri hazırlayaraq interpretator ehtiyaclarını qarşılamağa çalışırlar.
Oyun portu
Oyun portu - (ing.game port, ru.игровой порт) - IBM PC-uyumlu kompüterlərdə coystikləri və ya oyun pultlarını qoşmaq üçün oyuq. İlk modellərdə adapterin hamısı oyun portu üçün ayrılırdı; hazırda belə kartlarda (xüsusən IBM şirkətinin istehsalı olmayan) oyun portları ilə yanaşı digər portlar da (məsələn, əlavə ardıcıl və ya parallel port) olur. Oyun adapteri - IBM PC-uyumlu kompüterlərdə coystik və ya oyun pultlarını qoşmaq üçün giriş-çıxış portu. Belə adapterin nüvəsi analoq-rəqəm dönüşdürücüsüdür (ADC). Coystik və ya idarəetmə pultu ilə manipulyasiya etdikdə bir və ya iki potensiometrin mövqeyi dəyişilir ki, nəticədə gərginliyin səviyyəsinin şəkli dəyişilir; sonra ADC bu gərginlikləri coystikin və ya pultun mövqeyini müəyyənləşdirən ədədi qiymətlərə çevirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oyun qurucu
Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook, Rajon Rondo və s.
Oyun salonu
Oyun salonu (ing. Amusement arcade) — kompüter oyunları, pinbol maşınları, elektromexanik oyunlar, hava hokkey masalarından ibarət olunan ictimai yer. Bəzi ölkələrin oyun salonlarında oyun avtomatları və ya paçinko kimi qumar maşınlara rast gəlmək olar.
Platform oyun
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.