Okan Yeşilot (1971, Giresun) — Tarixçidir.[1]
Okan Yeşilot | |
---|---|
Okan Yeşilot | |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, Giresun |
Vətəndaşlığı | Türkiyə Respublikası |
İxtisası | Tarixçi |
Fəaliyyəti | Tarix |
Fəaliyyət illəri | 1999-cu ildən günümüzədək |
1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır.
Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir.[2] Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir.[3]
1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır.[4] Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.[5] Bu mövzularla bağlı məqalələri 2002-ci ildən Akademik Araşdırmalar jurnalında yayımlanmışdır.[6]
Magistr və doktarantura tezislərini birbaşa Azərbaycanla bağlı mövzular üzərində çalışaraq bitirmişdir. Elmi yaradıcılığının əksər hissəsi Azərbaycanın XIX əsr və daha yeni dövrləri ilə sıx bağlıdır.
Bəyannamələri:
Bundan əlavə Okan Yeşilot, bir necə kitabın şapında redaktor da olmuşdur: