Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur.
Ferenç Puşkaş

Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Puşkaş Arena
"Puşkaş Arena" — ( mac. Puskás Ferenc Stadion, mac. Puskás Aréna ) Macarıstanın Budapeşt şəhərində yerləşən futbol stadionu. Stadionun tutumu 67 215 nəfərdir. Stadion Avro-2020nin keçirildiyi 11 stadiondan biridir. == Tarixi == Stadion 2016-cı ildə sökulən, Budapeştin köhnə stadionun yerində inşa edilmişdir.Stadionun inşasına 2017-ci ildə başlamış və 2019-cu ildə başa çatmışdır.Stadionun aşılışı, 15 noyabr 2019-cu il tarixində baş tutmuşdur. Açılış oyununda Macarıstan millisi Uruqvay millisi ilə qarşılaşıb.2011-ci ildə stadionun hazırlanmasının ilk planı zamanı, tikilmə xərcləri 35 milyard forint qiymətləndirilir, ancaq 2014-cü ildə təkrar hesabalnma zamanı xərclər 90–100 milyard forint təşkil edir.1 Avqust 2014-cü ildə stadionun tikilməsi planın son versiyası təqdim edilir.19 sentyabr 2014-cü il tarixində Budapeşt Avro-2020-nin qrup mərhələsi oyunlarından üçunə və turnirin 8/1 final mərhələsində bir oyuna ev sahibliyi etmək üçün seçilir. Macarıstan Futbol Federasiyası oyunlar üçun yeni tikiləcək "Puşkaş Arena" stadionunu təqdim edir.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. == Mübarək Pusat == Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.
FİFA Puşkaş mükafatı
FİFA Puşkaş mükafatı — 2009-cu il 20 oktyabr tarixində FİFA tərəfindən yaradılmışdır. Təşkilatın keçmiş prezidenti Yozef Blatterin göstərişi ilə təsis edilmişdir. Mükafat kişi və ya qadın futbolçu olmaqla ilin estetik olaraq önəmli və ya ən gözəl qoluna görə təqdim edilir. Mükafat 1950 və 1960-cı illərdə Real Madrid klubunun hücumçusu və dövrünün ən önəmli macar futbolçucu olmuş Ferents Puşkaşın şərəfinə təsis edilmişdir. Puşkaş böyük kütlə tərəfindən avropanın ən güclü hücumçusu kimi qəbul edilmişdir. Belə ki, o 84 rəsmi milli matçında 83 dəfə fərqlənməyə nail olmuşdur. O, 528 matça 512 dəfə fərqlənməklə iyirminci əsrdə avropanın ən çox qol vuran oyunçularından biri kimi ad qazanmışdır. "Futbol tarixində öz oyunu ilə iz buraxan birinin adını qorumaq olduqca önəmlidir. Ferents Puşkaş yalnız bir çox mükafat qazanmış futbolçu kimi deyil həmçinin möhtəşəm insan kimi ad qazanmışdır. Bu səbəbdən FİFA bu mükafatı onun adına təsis etməklə böyük sevinc hissi duyur" fikirlərini Blatter Budapeşt şəhərində mükafatın inaqurasiya mərasimində səsləndirmişdir.