Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osasko
Osasko ("Osasco") — Braziliyanın ikinci böyük şəhəri.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. == Din == 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Şadlı
Şadlı — toponim və təxəllüs. toponimlərAşağı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.bu təxəllüsü olan şəxslər İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.digərŞadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Şadlı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Veli Sadiki
Veli Sadiki (7 mart 1984) — Makedoniyalı peşəkar velosiped yarışçısı. Veliki 2014 Şosse velosipedi üzrə Dünya Çempionatından iştirak etmişdir.
Ami Otaki
Ami Otaki (d. 28 iyul 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Cen Psaki
Cen Psaki və ya Cenifer Psaki (ing. Jennifer Rene «Jen» Psaki; 1 dekabr 1978, Stamford) — ABŞ Dövlət Departamentinin nümayəndəsi.
Hiroşi Saeki
Hiroşi Saeki (d. 26 may 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hotsumi Ozaki
Hotsumi Ozaki (yap. 尾崎 秀実 Ozaki Hotsumi) — yapon jurnalist, kommunist, xəfiyyə və baş nazir katibi. == Həyatı == Asahi Shinbun qəzetinin əməkdaşı kimi çalışmış Ozaki dönəmin Yaponiya Baş Naziri Fumimaro Konoenin şəxsi məsləhətçisi vəzifəsinə qədər yüksəlməyi bacarmışdır. Hotsumi Ozakinin əsas xəfiyyəlik fəaliyyəti SSRİ ilə bağlıdır. Kommunist olması və sovet düşüncəsinə yaxın mövqe sərgiləməsi səbəbindən xəfiyyə Yaponiyaya xüsusi əməliyyata göndərilən Rixard Zorge ilə təmas yaratmış və onunla birlikdə hərəkət etmişdir. İkili tərəfindən Yaponiyanın daxili məlumatlarının sovetlərə ötürülməsi və Yaponiyada kommunist mühitin dəstəklənməsi yolunda gizli fəaliyyətlər icra olunmuşdur. Ozaki İkinci dünya müharibəsi dövründə Yapon hökuməti tərəfindən vətənə xəyanətdə ittiham edilərək asılan yeganə şəxsdir. Həbsxanada olduğu müddət ərzində həyat yoldaşına və qızına yazdığı şeirlər ölümündən sonra "Eşq bir ulduz yağışı kimi" adlı kitabda toplanmışdır.
Kazuo Ozaki
Kazuo Ozaki (d. 7 mart 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub.
Kyara Sakki
Kyara Sakki (isp. Chiara Sachchi) — Argentinalı iqlim fəalı. O, "Geləcəyimizi bizə qaytarın" şüarı ilə tanınır. == Bioqrafiya == Kyara Sakki 2002-ci ildə Buenos-Ayresin Haedo şəhərində anadan olub. El Palomardakı Elmina Pas de Gallo Kollecində təhsil almışdır. Kyara Sakki Qreta Tunberq və digər fəallarla birlikdə "Uşaqlar İqlim Böhranına Qarşı" tarixi hərəkatının üzvü olur. Bu BMT-nin Uşaq Hüquqları Komitəsinin Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyəni iqlim böhranı qarşısında hərəkətsizliyinə görə cavablandırmaq qərarına gəldiyi bir təşəbbüsdür. Bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, 18 yaşından kiçik bir qrup uşağın iqlim dəyişikliyi ilə bağlı verdiyi ilk rəsmi şikayət idi. Slow Fooda verdiyi müsahibəyə görə, Kyara Sakki həmişə sağlam qidalanmaqdan çox narahat olduğu bir ailə mühitində böyüdüyü və buna görə də bir iqlim fəalı kimi bir çox hərəkətləri bu məsələ ətrafında cərəyan etdiyini bildirir. Kyara Sakki biomüxtəlifliyi və sağlam qidanı qorumaq üçün işləyən qlobal qrupda fəal iştirak etmişdir.
Naomi Osaka
Naomi Osaka (16 oktyabr 1997, Tyuo-ku[d]) — idmançı. == Həyatı == Naomi Osaka 16 oktyabr 1997-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olub. == Fəaliyyəti == == İstinadlar == == Xarici keçidlər == https://az.gov-civil-portalegre.pt/naomi-osaka-net-worth.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Osaka Universiteti
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. == Tarixi == Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
Osaka prefekturası
Osaka prefekturası (yap. 大阪府 Ōsaka fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Osaka qəsri
Osaka qəsri (大坂城, Osaka-co) – Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır. == Tarixi == Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır. Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir. 1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.
Yuya Osako
Yuya Osako (18 may 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Şadlı eli
Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli türk, bəziləri isə kürd əsilli sayırlar. == Tarixi == Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur. Monqol baş komandanının 1221-ci ildə Yantszı (müasir Pekin) qərargahına gələn Çjao Xun adlı çin elçisinin "Monqol-tatarların bütöv təsviri" (Men-da Bey-lu) adlı əsəri bu cümlələrlə başlanır: "Tatarlar ilk dəfə kidan torpaqlarının quzey-batısında yerləşən ərazilərdə yüksəldilər. Tatarlar şato budun konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən bir neçə nəsil ərzində (onlar barədə) məlumat yox idi. Onlar üç qoldur: qara, ağ və qaba tatarlar" Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir.
Şadlı tayfası
Şadılı və ya Şadlı — Xorasan ərazisindəki kürd tayfalarından biri. Şadılı Xorasanın ən böyük iki tayfasından biridir. 1960-cı illərdə bu tayfanın üzvlərinin sayı 200 mindən çox idi. Tayfa Səfəvi şahı Böyük Abbas tərəfindən Kürdüstandan Xorasana köçürülmüşdür.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. === Həyatı === 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Şadlı (dəqiqləşdirmə)
Aşağı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.digərŞadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Şadlı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Aslan sultan Şadlı
Aslan sultan Şadlı (Aslan sultan Binnətalı sultan oğlu Şadlı; d. ? - ö. ?) — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı. == Həyatı == Qraf Paskeviç şadlılar tayfasının rəhbəri, XX əsrin ikinci onilliyində Vedibasar mahalında erməni-daşnak işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ulu babası Aslan sultan Binnətalı sultan oğlu ilə görüşmək təşəbbüsündə bulunur. "O Vedibasarda məskunlaşan olduqca döyüşkən, əyilməz qarapapaqlar tayfası arasında Aslan sultanın böyük nüfuz sahibi olduğunu bilir, onun vasitəsilə qarapapaqları yola gətirmək istəyirdi". Aslan sultan 200 şadlı və 10 qarapapaq ağsaqqalı ilə Eçmiyədzində Paskeviçlə görüşüb rusların təbəəliyini qəbul edir. Paskeviçin yazdığına görə bu qarapapaqların üzlərindən ruslara itaətdən çox etibarsızlıq açıq oxunurdu. Aslan sultanın rus himayədarlığını qəbul etməsi müəyyən nəticələr verməyə başladı. V.Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı.
Aşağı Şadlı (Çaldıran)
Aşağı Şadlı (fars. شادلوي سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (77 ailə).
Cəfərqulu xan Şadlı
Cəfərqulu xan İbrahim bəy oğlu Şadlı (?-?) – Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. == Həyatı == Cəfərqulu bəy İbrahim bəy oğlu Xorasan əyalətinin Qoçan vilayətinin Şadlı elinin Yusifsultanlı obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. Nadirqulu xan Avşar Xorasanda birləşdirmə siyasəti aparanda Aşur bəy Papalı-Avşarla (Sara Aşurbəylinin ulu babası-Ə. Ç.) birləşib tabe olmaqdan imtina etdi. Nadirqulu xan Quzğana yaxınlaşan kimi təslim oldu. Bağışlandı. Nadir şah Avşar Cəfərqulu bəy xan ünvanı verib Qoçan şadlılarına vəkil təyin etdi. == Ailəsi == Cəfərqulu xanın Nəcəfəli xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şadlı eli, "Soy" dərgisi, 1 (33), 2010, səh. 51.
Serezo Osaka FK
"Serezo Osaka" (セレッソ大阪, Seresso O:saka, ing. Cerezo Osaka) — Yaponiyanın Osaka prefekturasının Osaka şəhərinin futbol klubu.
Yarməhəmməd xan Şadlı
Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. == Həyatı == Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı. Atasından sonra elbəyi təyin edilmişdi. Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi. Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu. Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi.