Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osasko
Osasko ("Osasco") — Braziliyanın ikinci böyük şəhəri.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Veli Sadiki
Veli Sadiki (7 mart 1984) — Makedoniyalı peşəkar velosiped yarışçısı. Veliki 2014 Şosse velosipedi üzrə Dünya Çempionatından iştirak etmişdir.
Saki
Saki — ad. Saki (musiqiçi) — musiqiçi. Saki Kumaqay — Yaponiya qadın futbolçusu. Saki Ueno — Yaponiya qadın futbolçusu.
Ami Otaki
Ami Otaki (d. 28 iyul 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Cen Psaki
Cen Psaki və ya Cenifer Psaki (ing. Jennifer Rene «Jen» Psaki; 1 dekabr 1978, Stamford) — ABŞ Dövlət Departamentinin nümayəndəsi.
Hiroşi Saeki
Hiroşi Saeki (d. 26 may 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hotsumi Ozaki
Hotsumi Ozaki (yap. 尾崎 秀実 Ozaki Hotsumi) — yapon jurnalist, kommunist, xəfiyyə və baş nazir katibi. == Həyatı == Asahi Shinbun qəzetinin əməkdaşı kimi çalışmış Ozaki dönəmin Yaponiya Baş Naziri Fumimaro Konoenin şəxsi məsləhətçisi vəzifəsinə qədər yüksəlməyi bacarmışdır. Hotsumi Ozakinin əsas xəfiyyəlik fəaliyyəti SSRİ ilə bağlıdır. Kommunist olması və sovet düşüncəsinə yaxın mövqe sərgiləməsi səbəbindən xəfiyyə Yaponiyaya xüsusi əməliyyata göndərilən Rixard Zorge ilə təmas yaratmış və onunla birlikdə hərəkət etmişdir. İkili tərəfindən Yaponiyanın daxili məlumatlarının sovetlərə ötürülməsi və Yaponiyada kommunist mühitin dəstəklənməsi yolunda gizli fəaliyyətlər icra olunmuşdur. Ozaki İkinci dünya müharibəsi dövründə Yapon hökuməti tərəfindən vətənə xəyanətdə ittiham edilərək asılan yeganə şəxsdir. Həbsxanada olduğu müddət ərzində həyat yoldaşına və qızına yazdığı şeirlər ölümündən sonra "Eşq bir ulduz yağışı kimi" adlı kitabda toplanmışdır.
Kazuo Ozaki
Kazuo Ozaki (d. 7 mart 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub.
Kyara Sakki
Kyara Sakki (isp. Chiara Sachchi) — Argentinalı iqlim fəalı. O, "Geləcəyimizi bizə qaytarın" şüarı ilə tanınır. == Bioqrafiya == Kyara Sakki 2002-ci ildə Buenos-Ayresin Haedo şəhərində anadan olub. El Palomardakı Elmina Pas de Gallo Kollecində təhsil almışdır. Kyara Sakki Qreta Tunberq və digər fəallarla birlikdə "Uşaqlar İqlim Böhranına Qarşı" tarixi hərəkatının üzvü olur. Bu BMT-nin Uşaq Hüquqları Komitəsinin Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyəni iqlim böhranı qarşısında hərəkətsizliyinə görə cavablandırmaq qərarına gəldiyi bir təşəbbüsdür. Bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, 18 yaşından kiçik bir qrup uşağın iqlim dəyişikliyi ilə bağlı verdiyi ilk rəsmi şikayət idi. Slow Fooda verdiyi müsahibəyə görə, Kyara Sakki həmişə sağlam qidalanmaqdan çox narahat olduğu bir ailə mühitində böyüdüyü və buna görə də bir iqlim fəalı kimi bir çox hərəkətləri bu məsələ ətrafında cərəyan etdiyini bildirir. Kyara Sakki biomüxtəlifliyi və sağlam qidanı qorumaq üçün işləyən qlobal qrupda fəal iştirak etmişdir.
Naomi Osaka
Naomi Osaka (16 oktyabr 1997, Tyuo-ku[d]) — idmançı. Naomi Osaka 16 oktyabr 1997-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olub. https://az.gov-civil-portalegre.pt/naomi-osaka-net-worth.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Osaka Universiteti
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
Osaka prefekturası
Osaka prefekturası (yap. 大阪府 Ōsaka fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Osaka qəsri
Osaka qəsri (大坂城, Osaka-co) – Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır. Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır. Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir. 1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.
Yuya Osako
Yuya Osako (18 may 1990) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Şadlı eli
Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli türk, bəziləri isə kürd əsilli sayırlar. Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur. Monqol baş komandanının 1221-ci ildə Yantszı (müasir Pekin) qərargahına gələn Çjao Xun adlı çin elçisinin "Monqol-tatarların bütöv təsviri" (Men-da Bey-lu) adlı əsəri bu cümlələrlə başlanır: "Tatarlar ilk dəfə kidan torpaqlarının quzey-batısında yerləşən ərazilərdə yüksəldilər. Tatarlar şato budun konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən bir neçə nəsil ərzində (onlar barədə) məlumat yox idi. Onlar üç qoldur: qara, ağ və qaba tatarlar" Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir.
Şadlı tayfası
Şadılı və ya Şadlı — Xorasan ərazisindəki Oğuz Türkman tayfalarından biri. Şadılı Xorasanın ən böyük iki tayfasından biridir. 1960-cı illərdə bu tayfanın üzvlərinin sayı 200 mindən çox idi. Tayfa Səfəvi şahı Böyük Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülmüşdür.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Şadlı (dəqiqləşdirmə)
Aşağı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. digər Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Şadlı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Osaka qətliamı
Osaka qətliamı — 8 iyun 2001-ci ildə Osaka Normal Universitetinə bağlı elit məktəb olan İkeda İbtidai məktəbində baş verdi. Cinayəti keçmiş məktəb qapıçısı, otuz yeddi yaşlı Mamoru Takuma törədib. 2001-ci il iyunun 8-də səhər saat 10:15-də bıçaqla silahlanmış Takuma məktəbdə məktəblilərə və müəllimlərə hücum edib. Hücum nəticəsində əksəriyyəti 7–8 yaş arasında olan 8 uşaq həlak olub; daha 13 məktəbli və 2 müəllim yaralanıb. Cinayətkarda sərhəd, dissosial və paranoid şəxsiyyət pozuntuları diaqnozu qoyulub. Daha sonra o, mühakimə olundu və asılaraq ölüm cəzasına məhkum edildi. 2004-cü il sentyabrın 14-də hökm icra olundu. Qurbanların əksəriyyətinin uşaqlar olması, cinayətin məktəbdə törədilməsi, cinayəti törədəndə bir sıra psixi pozuntuların olması Osakadakı qətliam geniş rezonans doğurmuşdur. Bu amillər diqqəti cinayətkarların və qurbanların hüquqları, təhsil müəssisələrinin təhlükəsizliyi və psixi xəstəliyi olan şəxslərlə bağlı hökumət siyasəti kimi məsələlərə yönəltdi. Sonradan məktəbə mühafizəçinin işə götürüləcəyi açıqlandı.
Serezo Osaka FK
"Serezo Osaka" (セレッソ大阪, Seresso O:saka, ing. Cerezo Osaka) — Yaponiyanın Osaka prefekturasının Osaka şəhərinin futbol klubu.
Oqaki Poster Muzeyi
Yaponiya Milli Poster Muzeyi (日本国際ポスター美術館, Nihon Kokusay Posuta Bicutsukan) və ya Oqaki Poster Muzeyi – Yaponiyanın Gifu prefekturasının Oqaki şəhərində yerləşən muzey. Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Dünyada ilk poster muzeyi 1968-ci ildə Varşavada açılmışdır və Polşa poster incəsənəti sahəsi üzrə qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Polşada keçirilən poster sərgiləri Yaponiyada da poster incəsənətinin inkişafına təkan vermişdir. 1985-ci ildən etibarən Oqakidə posterlərə həsr olunmuş sərgilər keçirilməyə başlanmışdır. 25 oktyabr 1996-cı ildə Oqaki Poster Muzeyinin açılışı baş tutmuşdur. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir. Bundan əlavə, Anri de Tuluz-Lotrek və Jül Şere kimi poster sənətinin qurucusu olmuş şəxslərin işləri də muzeydə nümayiş etdirilir. Muzeydə 10.000-dən çox poster saxlanılır.
Həmidreza Sadri (Taekvondo)