Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Oqnevoy meşok
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər.Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Savoy Homann Hotel
Savoy Homann Bidakara Hotel — İndoneziyanın Bandunq şəhərinin Asiya-Afrika küçəsində yerləşən tarixi lüks dördulduzlu hotel. Bu otel 1939-cu ildə 19-cu əsrdə inşa edilmiş Homann otelini əvəz etmişdir. Hollandiyalı memar Albert Aalbers tərəfindən dizayn edilmiş otel art-deko eksteryer, interyer və tarixi mebellərə malikdir. Bu bina memarlıq irsi və Niderland Ost-Hindinin art-deko kolonial memarlığının gözəl nümunəsidir. == Tarixi == 1810-cu ildə Böyük Poçt Yolu açıldıqdan sonra Preanger bölgəsində çoxlu müstəmləkə dövrünə aid əkin sahələri yaradıldı. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Bandunq zəngin plantasiya sahibləri üçün xüsusən də həftə sonları tanınmış biznes, alış-veriş və istirahət məkanına çevrildi. Nəticədə şəhərdə otel biznesi çiçəklənirdi. İndiki sələfi olan otelin Homann Oteli 1871–72-ci illərdə Homann ailəsinə məxsus idi və bu ailə tərəfindən istifadə olunmuşdu. Bu otel xanım Homannın ləzzətli "Rijsttafel"i (hərfi mənada "düyü süfrəsi" kimi tərcümə olunan Holland sözü Qərbi Sumatranın Padanq bölgəsindən Nasi-padanqın hidanq təqdimatından sonra hollandlar tərəfindən uyğunlaşdırılmış İndoneziyaya aid yemək) ilə məşhur idi. Bu ilk kiçik bina qotika-romantik üslubda dizayn edilmişdir.
Forrester Osey
Forrester Osey (12 sentyabr 1989) — Qanalı kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Qananı təmsil edir. Forrester Osey dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
MV Sevol gəmisinin batması
MV Sevol gəmisinin batması və ya Sevol fəlakəti (Koreya dilində: 세월호 침몰 사고, 世越號沈沒事故) 16 aprel 2014-cü ildə səhər saatlarında Cənubi Koreyanın Donggeochado adası yaxınlığında MV Sewol bərəsinin batmasıdır. Əksəriyyəti Ansan şəhərindəki Danvon Liseyinin şagirdləri olan 476 nəfəri daşıyarkən bərə aşmışdır. Qəza nəticəsində 304 sərnişin və ekipaj üzvü həlak olmuş və təxminən 172 sağ qalan insan isə Koreya Sahil Mühafizəsi, balıqçı qayıqları və digər ticarət gəmiləri tərəfindən xilas edilmişdirlər. 15 may 2014-cü ildə bərənin kapitanı və üç ekipaj üzvü cinayətdə, digər 11 ekipaj üzvü isə gəmini tərk etməkdə ittiham olunmuşdurlar. Sevol fəlakəti Cənubi Koreyada geniş ictimai və siyasi reaksiyalara səbəb olmuşdur. Bir çoxları kapitanın və ekipajın hərəkətlərini və eyni zamanda da bərə operatorunun və müəssisələrə nəzarət edən tənzimləyicilərin hərəkətlərini tənqid etmişdirlər. Xüsusilə, Cənubi Koreya hökuməti və mediası fəlakətdə öz məsuliyyətlərini lazımi səviyyədə qiymətləndirmədiklərinə və hökumətin səhlənkarlığına görə tənqid olunmuşdurlar.