Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsədli
Əsədli — Azərbaycanda daha çox işlədilən soyad. Samir Əsədli — Azərbaycanda gənclər hərəkatının fəallarından, gənc siyasi liderlərdən biri. Kəndlər Əsədli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Əsədli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Anar Əsədli
Anar Əsəd oğlu Əsədli (10 dekabr 1979, Zəngilan) — Azərbaycan siyasətçisi. O, Azərbaycan Yüksəliş Partiyasının qurucularından biri, o cümlədən hazırkı başqanıdır. == Həyatı == Anar Əsəd oğlu Əsədli 10 dekabr 1979-cu ildə Azərbaycan SSR-nin Zəngilan şəhərində anadan olmuşdur. Anar Əsədli ailəlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Anar Əsədli 1996-cı ildən siyasi proseslərdə iştirak etməyə başlamışdır. O, 1997–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü, AXCP Ali Məclis üzvü, eks prezident AXCP və Bütöv Azərbaycan Birliyi sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olmuşdur. Əsədli 2003-cü ildə Böyük Quruluş Partiyasının qurucularından olmuş, partiyanın icra aparatına rəhbərlik etmişdir. O, 2004-cü ildə partiya sıralarından istefa vermişdir. Əsədli 2005-ci ildən "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir. O, Qarabağ, konkret olaraq Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuşdur.
Cahid Əsədli
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. == Həyatı == Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Samir Əsədli
Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri. Samir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub. Evlidir. 1 qızı, 3 oğlu var. 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub. 2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub. 23 fevral-4 mart 2023-cü il tarixlərində ABS Konqresinin dəstəyi ilə Vasinqton və Little Rock səhərlərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində “Gənc liderlər” kursunu bitirmişdir.
Vüqar Əsədli
Vüqar Əsədli (azərb. Vüqar Əfqan oğlu Əsədli‎; 9 oktyabr 2001, Bakı) — Azərbaycan şahmatçısı, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, Avropa Kubokunun qalibi, qrosmeyster. Əsədli Vüqar Əfqan oğlu 2001-ci il oktyabr ayının 9-da Bakı şəhərində doğulub. H.Həmzəyev adına 238 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. 6 yaşından şahmatla məşğuldur. 11 yaşında kişilər arasında Bakı çempionu olmuşdur. Dəfələrlə müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. 8 yaşında Avropa 2-cisi, 12 yaşında Avropa kubokunun qalibi olub. 2016-ci ildə Bakıda keçirilən 42-ci şahmat olimpiyadasında gənclərdən ibarət Azərbaycan komandasının birinci taxtasında oynamışdır.
Əsəd Əsədli
Əsədli (Cəlilabad)
Əsədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Əsədli oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Şahsevənlərin əsədli tirəsi salmışdır; Sabirabad r-nunun Qaralar i.ə.v.-də kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Məmişlər (indiki Qaralar) kəndindən çıxmış Əsəd adlı şəxs və onun övladları saldığı üçün belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1050 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əsədli (Sabirabad)
Əsədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.