Vüqar Əsədli

Vüqar Əsədli (azərb. Vüqar Əfqan oğlu Əsədli‎; 9 oktyabr 2001[2], Bakı[3]) — Azərbaycan şahmatçısı, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, Avropa Kubokunun qalibi, qrosmeyster.

Vüqar Əsədli
Ölkə Azərbaycan
Doğum tarixi (23 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Təhsili
Yaşadığı yer Bakı
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.553 (iyul 2024)[1]
Maksimal reytinqi 2.586 (fevral 2023)
FİDE nömrəsi 13405764
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsədli Vüqar Əfqan oğlu 2001-ci il oktyabr ayının 9-da Bakı şəhərində doğulub. H.Həmzəyev adına 238 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

6 yaşından şahmatla məşğuldur. 11 yaşında kişilər arasında Bakı çempionu olmuşdur. Dəfələrlə müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. 8 yaşında Avropa 2-cisi, 12 yaşında Avropa kubokunun qalibi olub.

2016-ci ildə Bakıda keçirilən 42-ci şahmat olimpiyadasında gənclərdən ibarət Azərbaycan komandasının birinci taxtasında oynamışdır. Birinci löhvələr arasında ən çox xal toplayan 3 nəfərdən biri olub. 13 yaşında şahmatın rapid növü üzrə dünya birincisi, Blits üzrə dünya ikincisi, klassik üzrə dünya 3-cüsü olmuşdur.

2017-ci ildə Beynəlxalq Usta, 2019-cü ildə Qrosmeyster olmuşdur.

Bakı şəhəri 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbinin yetirməsi olan Vüqar Əsədli turnirdə uğurla iştirak etmişdir. Belə ki, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, beynəlxalq reytinqi 2378 olan Vüqar Əsədli “Dubai Open 2016” yarışında 9 turda 5.5 xal toplayaraq reytinqini 2401 - ə çatdırıb və beynəlxalq usta normasını yerinə yetirib[4].

Xırdalan şəhərində başa çatmış "Zirvə Kuboku 2019" turnirində Vüqar Əsədli qrosmeyster normalarını yerinə yetirməyi bacarmışdır. Keçirdiyi 10 oyunda 6.5 xal toplayan Vüqar, gözlədiyi üçüncü qrosmeyster normativini yerinə yetirə bildi. Bundan əlavə, Vüqar Əsədli yarış boyu göstərdiyi oyunu sayəsində reytinqini 32 punkt qaldırmaqla 2500 ELO reytinq həddini keçməyi də bacardı. Qeyd edək ki, Vüqar Əsədli Azərbaycanın ümumilikdə 24-cü, aktiv oyunçular arasında isə 18-ci qrosmeysteri oldu[5].

  1. FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
  2. https://ratings.fide.com/apps/248714.pdf.
  3. https://ratings.fide.com/crt/main225779.pdf.
  4. "Beynəlxalq şahmat turniri başa çatıb". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  5. "Azərbaycanın yeni qrosmeysteri - Vüqar Əsədli". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]