Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filip Ozobiç
Filip Ozobiç (8 aprel 1991[…], Bеlоvаr) — Xorvat əsilli azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin və Azərbaycan Milli futbol komandasının yarımmüdafiəçisi.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Choi Soobin
Choi Soobin (kor. 최수빈; 5 Dekabr 2000, Ansan-si) — Səhnə adı ilə Soobin, Big Hit Music altında Cənubi Koreyalı müğənni-bəstəkardır. O, TOMORROW X TOGETHER oğlan qrupunun üzvü və lideridir. == Tarix == Soobin, 5 Dekabr, 2000-ci ildə Cənubi Koreyada, Ansan-si şəhərindən anadan olmuşdur. Soobin ailəsində ən kiçiyidir. Onun bir böyük bacısı və qardaşı var. === Dinləməsi === Soobin Big Hit kompaniyasına girməyə gərar verdikdən sonra kompaniyaya e-poçt dinləməsi göndərdi, lakin utancaq olduğu üçün heç kimə demədən bunu yataq otağının küncündə lentə aldı. Big Hit-in siyasəti belədir ki, 1-2 həftə ərzində cavab eşitməsəniz, keçmədiyinizi güman edə bilərsiniz. Soobin həmin vaxt aralığında cavab eşitmədiyi üçün, o, keçmədiyini düşünüb, diqqətini məktəbə yönəltməyə qərar verdi. İki ay sonra Big Hit-dən ona zəng gələrək, birinci raunddan keçməsi münasibətilə təbrik etdi.
Bozor Sobir
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر‎; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013). Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur. Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac.
Mizu şobay
Mizu şobay (水商売) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin. Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib. Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı. Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi. Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi. "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir. Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər. "Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir. Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər. Karaoke barları, xüsusilə, populyardır.