Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minsılu Osmanova
Minsılu Osmanova (1 may 1950, Baymak rayonu, Başqırd MSSR) — dilçi, pedaqoq-metodist, filologiya elmləri doktoru, professor, Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010). == Bioqrafiyası == Minsılu Osmanova 1 may 1950-ci ildə Başqırd MSSR, Baymak rayonu İşməhəmməd (Karamalı) kəndində anadan olmuşdur. 1972-ci ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir (Ufa). SSRİ Elmlər Akademiyası Ural şöbəsinin Başqırd Elmi Mərkəzinə daxil olan Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləmişdir. 1991-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllimə kimi fəaliyyət göstərir. 2008-ci ildən M. Akmolla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin başqırd filologiyası fakültəsinin müəllimi, başqırd dili kafedrasının professoru və tədris metodisti. Elmi tədqiqat işləri: başqırd dilinin funksional qrammatikası, onomastika, toponimika, başqır dilinin rus və milli məktəblərdə tədris metodikası. 200-ə yaxın elmi və tədris-metodik əsərin, eləcə də təhsil lüğətlərinin müəllifidir. == Mükafat və təltifləri == "Başqırdılstan Respublikası təhsiol əlaçısı" nişanı ilə təltif edilmişdir (2002). Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010).