ŞƏRAİT

1. условия, обстановка; 2. обстоятельство; 3. атмосфера;
ŞƏRABÇILIQ
ŞƏRAKƏT
OBASTAN VİKİ
Azərbaycanda meteoroloji şərait
Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. == Respublika üzrə orta çoxillik temperatur norması == Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir. Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir. Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür. == Dolu hadisələri == Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir. Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir. Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.
Optimal ekoloji şərait
Orqanizmin ekoloji dözümlülük həddi daxilində böyüməsi və inkişafı eyni deyildir. Orqanizim üçün hər bir faktorun zəiflədici təsir bölgələri arasında optimal təsir bölgəsi yerləşir.Həmin optimal bölgədə orqanizim özünü ən yaxşı hiss edir. Lakin bəzi növlərin müəyyən ekoloji faktorlara qarşı optimal tələbi onun ekoloji dözümlülük həddi diopozonunun orta hissəsinə yox, bir tərəfinə düşə bilir. Məsələn qızılxallı (forel) körpələri üçün çayda optimal şərait oksigenin orta miqdarda olduğu yer deyil, ən çox zəngin olduğu hissədir. Bioloji növ elə şəraitdə yaşayıb qala bilir ki, onu təşkil edən fərdlər ekoloji dözümlülük həddinin optimal bölgəsində yerləşmiş olsun. Belə şəraitdə həmin fərdlər mövcud olmaqla kifayətlənməyib, nəsil verə bilirlər. Məhz optimal ekoloji şəraitdə yerləşmiş fərdlər xəstəliyə, parazitlərə, təbii düşmənlərə və müxtəlif antropogen təsirlərə müqavimət göstərib yaşaya bilirlər. Hər bir faktorun canlılara təsiri səciyyəvi elementlərə malikdir. Elə faktor yoxdur ki, onun canlılara təsirində müəyyən bir ana xətt görünməsin. Mustafayev Q. T. Ekologiyadan konspekt.Bakı, Şərq-Qərb,1993, 184 s.
Şərait (film, 2011)
"Şərait" (fars. شرایط‎, ing. Circumstance) — iranlı rejissor Məryəm Kişavərzin 2011-ci ildə, dram janrında çəkilmiş filmi. Filmdə baş rolları Nikol Buşehri, Sara Kazımi və Rza Sikso Səfayi ifa etmişdilər. Filmdə digər məsələlərlə yanaşı, İran İslam Respublikasında homoseksuallıq mövzusu araşdırılır. Atəfə (Nikol Buşehri) Tehranda yaşayan zəngin iranlı ailəsinin yeniyetmə qızıdır. O və onun ən yaxın dostu, yetim qalmış Şirin (Sara Kazımi) ilə birlikdə gizli qonaqlıqlarda iştirak edir və öz aralarında seks, spirtli içkilər və narkotik ilə təcrübələr keçirirlər. Atəfənin qardaşı Mehran əvvəllər narkotik maddələrdən asılı idi, lakin o tezliklə sağalaraq dinə itaət etməyə başlayır. O daha çox Şirinlə maraqlanmağa başlayır və bu hadisə bacısı ilə bir zamanlar güclü dost münasibətlərinin dağılması ilə üst-üstə düşür. Ailənin başçıları olan Firuz və Azər Həkimi, öz gənclik illərini xatırlayaraq, nə hala gəldiklərini və ailənin gələcəkdə hansı problemlərlə üzləşəcəyi barədə düşünməyə başlayırlar.
Aşkarsızlıq şəraitində... (film, 1986)
Aşkarsızlıq şəraitində… filmi rejissor Fərhad Yusifov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Filmdə əsas rolları Çingiz Şərifov,Fərman Abdullayev, Nail Əliyev, Faiq Sücəddinov, Vyaçeslav Həsənov, Xerardo Kontrares, Dinarə Yusifova, Rasim Rəhimov və Bayandur Mehdiyev ifa edirlər. == Məzmun == Film oğurluq məqsədilə adam öldürmüş təhlükəli cinayətkar qrupun işilə bağlı 1986-cı ilin may ayında keçirdiyi 18/34814 nömrəli cinayət işinin istintaq eksperimentinin sənədli kadrları ilə başlayır. Filmdə söhbət hüquq təcrübəsində aşkarsızlıq adlanan cinayətdən gedir… Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir.
Bitkilərin işıq rejimi şəraitinə görə tələbatı
Bitkilərin işıq rejimi - müxtəlif bitki növlərində müxtəlif formada özünü göstərir. == Ümumi məlumat == Müxtəlif bitkilərin işıq rejimi müxtəlif formada özünü göstərməkdədir. Belə ki, mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az şüaəksetdirmə qabiliyyətinə malikdir və nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. Kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir. == Bitkilərin işıq rejimini şəraitinə görə == Bitkilər işıq rejimi şəraitinə tələbatına görə aşağıdakı ekoloji qruplara bölünür: 1. Heliofitlər və ya işıqsevən bitkilər-buraya açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri daxildir. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Elmlə Dostluq Şəraitində (1951)
Elmlə dostluq şəraitində (film, 1951)

Значение слова в других словарях