Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kyuiti Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Kyuiçi Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Masahiro Fukuda
Masahiro Fukuda (d. 27 dekabr 1966) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 45 oyun keçirib, 9 qol vurub.
Şiniçiro Otsuka
Şiniçiro Otsuka (大塚真一郎) və ya qələm adı ilə GASHIN – Yaponiya illüstratoru və videooyun personajı dizayneri. == Həyatı == Yaponiyanın Kumamoto prefekturasının eyniadlı paytaxtında anadan olmuşdur. == Fəaliyyəti == Müəllifin ən tanınan işi "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasıdır. Bu ranobe əsasında istehsal olunmuş "Re:Zero -Starting Life in Another World- EX" adlı yan hekayə ranobesinin illüstratorudur. Bundan əlavə, ranobe seriyası əsasında 2016-cı ildə çəkilmiş 25 seriyalıq anime adaptasiyasının və "Re:Zero ~Starting Break Time From Zero~" adlı speşlın orijinal personaj dizayneri olmuşdur. 23 sentyabr 2017-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən illüstratorun müəllifi olduğu "Re:Zero − Starting Life in Another World: Shinichirou Otsuka Art Works Re:BOX" adlı art kitabı buraxılacaq.İllüstrator həmçinin Banpresto tərəfindən istehsal olunmuş "Summon Night: Swordcraft Story" (2003) və Spike Chunsoft tərəfindən PlayStation Portable studiyası tərəfindən istehsal olunmuş "CONCEPTION" (2012, 2013) videooyunlarının personaj dizayneri olmuşdur.2016-cı ildə Newtype Anime Mükafatının "Ən yaxşı orijinal personaj dizayneri" nominasiyasında 3-cü yeri tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şiniçiro Otsuka Twitter-də.
Kiyoşi Okuma
Kiyoşi Okuma (大熊 清, Okuma Kiyoshi, 21 iyun 1964-cü ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Yaponiya U-20 milli komandasının baş məşqçisi olarkən 2003 FİFA Dünya Gənclər Çempionatı və 2005 FİFA Dünya Gənclər Çempionatında iştirak etmişdir. Onun kiçik qardaşı Yuci Okuma keçmiş Yaponiya futbolçusudur. == Məşqçi statistikası == 11 oktyabr 2016-cı il məlumatlarına əsasən.
Naoya Okada
Naoya Okada (10 oktyabr 1990) — Yaponiyalı atıcı. Naoya Okada Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Naoya Okada birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.6 xal toplayaraq 20-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Obuda Universiteti
Obuda Universiteti (ing. Óbuda University, mac. Óbudai Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə Obuda adlanan hissədə yerləşir və ölkənin texnologiya və mühəndislik üzrə ixtisaslaşmış universitetlərindən biridir.2000-ci ildə üç politexik institutun (Banki Donat Texniki Kolleci, Kando Kalman Texniki Kolleci İşıq Sənayesi Texniki Kolleci) birləşməsi nəticəsində Budapeşt Tek olaraq əsası qoyulub. 13 minə yaxın tələbəsi olan unversitet ölkənin ən böyük universitetlərindəndir. Bütün tələbləri yerinə yetirərək institut 1 yanvar 2010-cu il tarixində Obuda Universiteti adı ilə universitet statusu əldə edib. == Tarix == Obuda bölgəsinin təhsil tarixiçəsi altı əsr bundan əvvələdək gedir. Hələ 6 oktyabr 1395-ci ildə Roma Papası IX-cu Bonifasiy Macar kralı Siqismund Lüksemburqun istəyi ilə Obuda bölgəsidə tədris ocağının əsasını qoyacaq sənədi imzalayır. Bununla da bu universitet ölkənin ikinci və paytaxtın birinci universiteti olur. Kralın istəyi ilə 1 avqust 1410-cu ildə Roma Papası Obuda Universitetinin yenidən ərsəyə gəlməsinə dair sənəd imzalayır. İndiki universitet özünü bu universitetik intelektual varisi hesab edir.
Obuda adası
Obuda adası və ya Buda adası — bəzi mənbələrdə Hajogyari adası olaraq keçərlidir. İnzibati cəhətdən Budapeştin III rayonu ərazisində yerləşir. Əsas istirahət zonslarından biridir. Dunay çayında yerləşən ən böyük adadır. Hər ilin avqust ayında adada Siget Festifalı keçirilir. == Coğrafiyası == Çay Dunay çayının yatağında yerləşir. Dunay çayının 1651–1654-cü kilometrliyi arasında yerləşir. Sahəsi 108 hektardır. Adanın uzunluğu 2750 metrdir. Çayın 1653 kilometrliyində adanın maksimal eni 500 metr təşkil edir.
Otkur-Romaneş
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Takeşi Okada
Takeşi Okada (d. 25 avqust 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 1 qol vurub.
Umeko Tsuda
Tsuda Umeko (津田 梅子, Tsuda Ume, つだ・うめ; 31 dekabr 1864, Edo[d] – 16 avqust 1929, Kamakura, Kanaqava prefekturası) — Yapon maarifçisi, xristian və Meydzi dövrü Yaponiyada qadınlar üçün təhsildə qabaqcıl idi. Əsil adı Tsuda Ume idi, mume və ya ume adı, Yapon gavalısına istinadən verilmişdir, 1902-ci ildə adını Umeko olaraq dəyişdirmədən öncə ABŞ-də təhsil alarkən Ume Tsuda adı ilə ora getdi. == Erkən həyatı == Tsuda Ume, Edonun Uşiqome məhəlləsində (indiki Minami, Şincuku) Tsuda Sen və həyat yoldaşı Hatsukonun ikinci qızı olaraq dünyaya gəlib. 1871-ci ildə Tsuda Sen, Kuroda Kiyotakanın rəhbərliyi ilə Hokkaydo müstəmləkəçilik layihəsində iştirak etdi, qadınlar üçün də, kişilər üçün də qərb təhsili mövzusunu qaldırdı. Kurodanın sponsorluğu altında Tsuda Ume, atası tərəfindən İvakura missiyasının beş qadın üzvündən biri olaraq könüllü edildi. Altı yaşında həmçinin ekspedisiyanın ən gənc üzvü idi. 1871-ci ilin noyabrında San-Fransiskoya gəldi və 18 yaşına qədər tələbə kimi ABŞ-də qaldı. Tsuda, 1871-ci il dekabr ayından Vaşinqtonda, Çarlz Lanman (Yapon legionunun katibi) və onun həyat yoldaşı Adelin ilə birlikdə yaşadı. Uşaqları olmadığı üçün onu öz uşaqları kimi qəbul edirdilər. Ume Tsuda adı ilə, ingilis dilini öyrəndiyi,orta təhsil aldığı Corctaun kollecinə daxil oldu.
Yoşio Okada
Yoşio Okada (11 avqust 1926 – 22 iyun 2002) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Yukio Tsuda
Yukio Tsuda (15 avqust 1917 - 17 aprel 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Ötkür Həsən
Ötkür Hesen (10 aprel 1993, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) hal-hazırda Çin Birinci Liqasında "Siçuan Ciuniu" komandasında oynayan Uyğur — Çin peşəkar dərnək futbolçusudur . == Klub karyerası == "Şandonq Lunenq Tayşan"-ın gənclər heyətində oynadıqdan sonra Ötkür 2011-ci ildə peşəkar futbol karyerasına başladı. Çin İkinci Liqasında "Şandonq Lunenq" gəncər komandasında oynadı və mövsümdə 14 oyun keçirdi.2012-ci ildə "Şandonq Lunenq"-in ilk komanda heyətinə yüksəldi. 19 avqust 2012-ci ildə Ötkür Super Liqada ilk oyununu "Quanju RF"-yə qarşı səfərdə 4–2 məğlubiyyətində etdi. Lakin ilk yarıda "Şandong Lunenq" üç qol buraxdıqdan sonra 46-cı dəqiqədə Du Vei tərəfindən əvəz olundu. 2014-cü ilin yanvarında Ötkür 31 dekabr 2014-cü il tarixinədək Çin Birinci Liqasında "Hebey Conqci" komandasında oynadı. 2015-ci ildə "Hebey Conqci" komandasına qalıcı bir transfer etdi. 2016-cı ildə digər komandaya göndərildi. 2017-ci ilin fevral ayında Ötkür, Çin Birinci Liqasında "Dalian Transsedens" komandasına transfer olundu. == Beynəlxalq karyera == Ötkür, Çin U-20 komandasına ilk çağırışını Su Maojen tərəfindən 2010-cu ilin dekabrında aldı.
Abdurihim Teleşov Ötkür
Abdurihim Teleşov Ötkür (13 iyun 1923, Qumulda kəndi-5 oktyabr 1995)—Uyğur şairi. == Həyatı == Abdurihim Teleşov Ötkür 13 iyun 1923-cü ildə anadan olmuşdu. 1942-ci ildə Sincan Universitetindən məzun olduqdan sonra, 1949-cu ilə qədər "Altay" qəzetində redaktor kimi çalışmışdı. O, iki dəfə (1951-1958, 1966-1976) tutulmuşdu.. Abdurihim Teleşov Ötkür 1980-ci ildən Sintszyan-Uyğur Muxtar Rayonunun Fəlsəfə və Sosial elmlər Akademiyasının Ədəbi tədqiqatlar institutunun əməkdaşı olmuşdu. 1988-ci ildə «Kutadgu Bilig» cəmiyyətinin Rəyasət heyətinin sədr müavini təyin olunmuşdu. Abdurihim Teleşov Ötkür 1995-ci ilin oktyabrın 5-də Urumçidə dünyasını dəyişmişdir. == Əsərləri == Abdurihim Teleşov Ötkürün 1940-cı illərdə yazmış olduğu “Muzulqan şəhər” (Donan şəhər), “Bahar çillaymən” (Baharı çağırıram), “Cənubka xət” (Güneyə məktub), “Tan zibasi yokmidur” (Dan gözəli yoxmudur) adlı şeirləri, “Yeni Çunqo Gülistanina” (Yeni Çin Gülistanına), “Keşker geçəsi” (Kaşqar gecəsi) dastanlarını, “Tamçə kandin miliyonlaran çeçəklər” (Damla qandan milyonlarca çiçək), “Çin moden” dramlarını, “Dənizdin sada” (Dənizdən səda), “Baş egim” (Baş geyim) kimi hekayələri vardır. 1946-ci ildə “Yürək munliri” (Ürək fəryadları), 1948-cı ildə “Tarim boyliri” (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950-1970-ci illərə qədər “Vicdan boyliri” (Vicdan boyları), “Səcdiqahımqa” (Səcdəgahıma), “Tova dep tuttum yaka” (Tövbə deyərək yaxa cırmaq), “Küz keçisi” (Payız gecəsi), “Nəvai gəzəligə muxəmməs” (Nəvainin qəzəlinə muxəmməs), “Ak emes saçimdiki” (Ağ deyil saçımdaki), “İz”, 1970-ci ildən sonra isə “Yaxşi”, “Sərlevhisiz şeirlar”, “Ömür hekkidə muxəmməs” (Ömür haqqında muxəmməs), “Keşker güzəligə” (Kaşqar gözəlinə), “Mən ağ bayraq emes” (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb.
Yamanoue no Okura
Yamanoue no Okura (660 – 733) — Yapon şairi. == Haqqında == Yamanoue no Okura 660-cı ildə anadan olub. Onun məxsus olduğu Nara dövrünün poeziyası hələ bir qədər sadəlövh, təmiz lirika yapon zəmini ilə çox yaxın olan, mifologiyaya yaxın, eyni zamanda Çin mədəni modelinə uyğun yaradılan poeziya nümunələri idi. O, yapon poeziyasının ilk müəllifi məlum olan nümunələrini yaradan beş məşhur yapon şairindən biri idi. İlk yapon lirikasında “uzun nəğmələr” əsas yer tuturdu ki,bunlar da öz başlanğıcını xalq himnlərindən və ağılarından almışdı. Onun poeziyasının üslub xüsusiyyətləri digər yapon şairlərindən çox seçilir. Yamanoue no Okura savadlı adam olmuş, Çin dilini öyrənmiş, Çin fəlsəfəsinə bələd olmuş, Çin dilində şeirlər yazmışdır. Yamanoue no Okura bir müddət Çində yaşamışdır. O, şeirlərinin çoxunu Kyuşu adasında yazmışdı. Bu ada Yaponiyanın cənub hissəsindədir.
Tuda-Mənqu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Tuda Məngu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Qızıl Orduda 1941-ci il repressiyası
Qızıl Orduda 1941-ci il repressiyası — İkinci Dünya müharibəsi zamanı Stalin tərəfindən Qızıl Orduda həyata keçirilən repressiya nəzərdə tutulur. 1941-ci ilin iyunundan Sovetlər üzərinə alman hücumunun başlamasına baxmayaraq, 1940-cı ilin oktyabrı ilə 1942-ci ilin fevralı arasında həyata keçirilmişdir. Stalin tərəfindən başladılan bu repressiya Sovet İttifaqı Hərbi Hava Qüvvələrində xüsusilə hiss edilmişdir. == Zəmin və Böyük təmizləmə == "Böyük təmizləmə" 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyasıdır. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür.Böyük Təmizləmə 1939-cu ildə sonlandırıldı. 1940-cı ilin oktyabrında NKVD-in yeni rəhbəri olan Lavrenti Beriya isə yeni bir təmizləmə dalğası başlatdı.