Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel Opritsa
Daniel Opritsa (10 avqust 1981) – Rumıniya futbolçusu. == Həyatı == Daniel Opritsa 1981-ci il avqustun 10-da Dregeneşti-Olt şəhərində anadan olub. == Karyerası == Daniel Orpitsa karyerasına Reşitsa klubunda başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyub, 33 matçda 7 qol vurub. Daha sonra Styaua Buxarest klubuna transfer olunan hücumçu karyerasının ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Dinamo Buxarest klubuna yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. 2008-ci ildə UTA Arad klubunun heyətində çıxış edib. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib.
Farm Tomita
Kotvitsa Kolobjeq FK
"Kotvitsa" Kolobjeq Şəhər Futbol Klubu (pol. Miejski Klub Piłkarski Kotwica Kołobrzeg) — 1946-cı ildə təsis edilmiş, Kolobjeq şəhərini təmsil edən Polşa futbol klubu. Polşa Üçüncü Liqasında çıxış edir. Ev oyunlarını 3,014 tamaşaçı tutumuna malik Şəhər stadionunda keçirir. == Adların tarixi == 1946 – "Kollej-Baltik" İdman Klubu; 1948 – "Koleyaj" İdman Klubu; 1952 – "Barka" və "Budovlani" idman klubları; 1957 – "Barka" İdman Klubu; 1958 – "Kotvitsa" İdman Klubu; 1974 – "Kotvitsa" Təşkilatlararası İdman Klubu; 1992 – "Kotvitsa" Şəhər İdman Klubu; 1997 – "Kotvitsa" Şəhər Futbol Klubu.