Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Eduard Kokoytı
Eduard Kokoytı, Kokoyev (oset. Кокойты Джабейы фырт Эдуард; 31 oktyabr 1964, Sxinval) — Cənubi Osetiya Respublikasının ikinci prezidenti. 2001-ci ildə keçirilən prezident seçkilərində birbaşa müxalifət namizədi olaraq prezident seçilir. 2006-cı ildə keçirilən prezident seçkiləri nəticəsində yenidən Cənubi Osetiya Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir. 9 dekabr 2011-ci ildə Alla Cioyevanın tərəfdarlarının mitinqlərindən sonra prezidentlikdən vaxtından əvvəl istefa vermək məcburiyyətində qalır. Eduard Kokoytı Cənubi Osetiya Respublikasının mövcud qanunvericiliyinə görə, növbəti prezidentin andiçmə mərasiminə qədər prezident vəzifəsini icra etməsi lazım olduğuna baxmayaraq, istefa verməyə razılıq verir. == Bioqrafiyası == 31 oktyabr 1964-cü ildə Tsxinvalidə anadan olmuşdur. Həmin şəhərin 5 nömrəli orta məktəbini bitirir. Poçt şöbəsində elektrikçi işləyir. 1980-ci ildə sərbəst güləş üzrə Gürcüstan SSR çempionu olur və idman ustası adına layiq göürülür.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Françesko Totti
Françesko Totti (it. Francesco Totti; 27 sentyabr 1976, Roma, İtaliya) — İtaliya futbolçusu, Roma futbol klubunun kapitanı, İtaliya milli futbol komandasının oyunçusu. Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilmişdir. İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 250 qol ilə 2-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir. 2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilmişdir. == Həyatı == Fraçesko Totti 27 sentyabr 1976-cı ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olub. Roma futbol klubunun "Qızıl uşağı", "Qladiatoru" ləqəblərini daşıyır.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. == Klub karyerası == === Dioşqyor === Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Toyli Komekov
Toyli Komekov — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-2016); Türkmənistan Dövlət İdman Komitəsinin sədri (2016-cı ildən) == Fəaliyyəti == Toyli Komekov 2009-ci ildən Türkmənistan Prezidenti yanında Xəzər dənizi üzrə Dövlət İdarəsində müdir vəzifəsində çalışıb.2010-cu ilin dekabr ayında Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub, 1 ay sonra səlahiyyətlərinin icrasına başlayıb. 2016-cı ilin sentyabr ayında Türkmənistan Dövlət İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Otoya Yamaquçi
Otoya Yamaquçi — Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirmiş yapon tələbə, siyasi fəal. Yamaquçinin törədtdiyi qətlin əks olunduğu foto Pulitser mükafatına layiq görülüb. Yamaquçi həbsxanada intihar edib. == Həyatı == Otoya Yamaquçi 1943-cü il fevralın 22-də Tokionun Tayto dairəsində anadan olub. Atası Simpey Yamaquçi Yaponiya Özünümüdafiə Qüvvələrinin yüksək rütbəli zabiti olub. Ana babası isə yazıçı Namiroku Murakami olub. "Böyük Yaponiya" partiyasının üzvü olub. Müxtəlif ittihamlarla 10 dəfə həbs olunub. 1960-cı il oktyabrın 12-də 17 yaşı olanda Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirib. Cinayət Asanumonunun çıxış etdiyi vaxt baş verib.
Enriko Toti
Enriko Toti (1882-1916) - İtaliyanın milli qəhrəmanı. Enriko, Avropa və Afrikada bir neçə dəfə ekstremal velosiped səyahətləri edən bir ayağını itirmiş əlil idi. Ölümündən sonra İtaliyanın yüksək hərbi mükafatı olan "Hərbi şücaətə görə" qızıl medalla mükafatlandırılmışdı. Tarixdə bu medalı qazanmış yeganə mülki şəxs hesab edilir. == Bioqrafiya == Enriko Toti 1882-ci ildə Romada anadan olub. 14 yaşında donanmaya xidmətə yollanmış və 1905-ci ilə qədər orada xidmət etmişdi. 1905-ci ildən dövlət dəmir yollarında ocaqçı kimi işə düzəldi. 2 mart 1908-ci ildə, Kolleferroda həmkarının səhvinə görə qatarın altına düşmüş və sol ayağını ağır zədələmişdi. Bundan sonra ayağı çanaq hissəsinə qədər amputasiya edilmişdi. Bir müddət 18 iyun 1904-cü ildə Piy qapılarının yanındakı binalardan birində açılan Bersalyerlər muzeyində işləmişdi.
Dal Monte Toti
Dal Monte Toti ing. Antonietta Meneghel;27 iyun 1893[…] – 26 yanvar 1975[…] — italyan müğənnisi,(soprano), dramatik aktrisa == Həyatı == Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. === Vəfatı === 26 yanvar 1975-ci ildə Trevizo əyalətinin Pyeve-di-Soliqo şəhərində vəfat edib. == Fəaliyyəti == === Səhnə fəaliyyəti === Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. Venesiyada B.Markizodan dərs alıb. Debütü 1916-cı ildə "La-Skala" (Milan) teatrında Byankafyore (R.Dzandonai, "Françeska da Rimini") metso-soprano partiyasında olmuşdur. 1917-ci ildən soprano partiyalarında çıxış etmişdir. İtaliyanın ("La Skala", 1922–32) və dünyanın aparıcı teatrlarının ("Kolon", Buenos-Ayres, 1923; Paris operası,1924–25-ci il; "Koventi-Qarden", London,1925) səhnələrində çıxış etmiş,öz dövrünün ən yaxşı lirik soprano müğənnisi kimi tanınmışdır. C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi ("Riqoletto operasındakı" Cilda partiyası ilə məşhurlaşmışdır), C.Puççini və U.Cordanonun operalarında çıxış etmişdir. Puççinin "Madam Batterflyay" operası onun iştirakı ilə saxlanılmış az sayda audioyazılarındadır (1939,B.Cili ilə duet, tamaşa bütövlükdə yazıya alınmışdır,dirijor T.Serafin).
Otöy istixanalar bağı
Otöy istixanalar bağı (fr. Jardin des Serres d'Auteuil Fransızca tələffüz: [ʒaʁdɛ̃ de sɛʁ dotœj]) — Paris şəhərinin Otöy məhəlləsindəki Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. == Tarixi == Bağın yerləşdiyi ərazi ilk olaraq 1761-ci ildə XV Lüdovikin hakimiyəti altında botanika bağı kimi fəaliyyət göstərmişdir. Bu günkü bağ 1895–1898-ci ildə memar Kamil Formij tərəfindən dizayn edilmişdir. 1998-ci ildə bağ Parisin botanika bağının bir hissəsi oldu. == Kolleksiyası == Bağda endemik bitkilərin qiymətli kolleksiyası qorunub saxlanılır. Hal-hazırda Otöy istixanalar bağında bələdiyyə binalarının iç dekorasiyası üçün ildə 100.000 bitki istehsal edilir.