Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ottisk
Ottisk – [rus. tiskat – basmaq, sixmaq] 1)mətbəədə çap olunmuş materialların ayrıca nüsxəsi; 2)poliqrafik üsulla yerinə yetirilmiş təsvir; 3)çap surəti, basma – səthinə boyaq cəkilmiş çap formasının kağız və ya başqa material üzərində alınan izi. Poliqrafiya proseslərində keyfiyyətin yoxlanması üçün çıxarılan surətə nümunə ottiski, kütləvi şəkildə hazırlanan surətə isə tiraj ottiski deyilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Etrusk dini
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. == Tanrılar == Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Etrusk mifologiyası
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. == Tanrılar == Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Etrusk doqquzdonu
Etrusk doqquzdonu (lat. Lonicera etrusca) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Ottuk Taş
Ottuk Taş — abidə; Uluğ-kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılıb. Daşın uzunluğu 87 sm-dir. İlk dəfə V.V.Radlov tərəfindən nəşr edilib.
Yəhudanın öpüşü
İudanın öpüşü və ya İsaya xəyanət — Sinoptik İncillərə görə, İudanın İsa Məsihin kimliyini qılınc və dəyənəklərlə onu həbs etməyə gələn baş kahinlərə və ağsaqqallara ifşa etməsi ilə xarakterizə olunan hadisə. Sonuncu şam yeməyindən sonra İuda Qefsimaniya bağında İsanı öpür və onun Sinedrion polisi tərəfindən həbs olunmasına səbəb olur. Əhdi-cədidin Məsihin həyatına aid hissəsində İsanın başına gələcək xəyanət və öz ölümü barədə kəhanəti birbaşa düşmən qüvvələr tərəfindən ələ keçirilməsinə və edamına işarə edir. Daha geniş mənada isə, İudanın öpüşü ifadəsi "zahirən dostyana görünən, əslində isə altında pis niyyətlər yatan əməl"ə istinad edir. == Əhdi-Cədiddə == İuda İsanın 12 müridindən biri idi. Müridlərin əksəriyyəti Qalileyadan olsa da, İuda İudeyadan idi. Həm Mattanın (26:47–50), həm də Markın (14:43–45) nəql etdiyi müjdədə yunanca "sevgi ilə öpmək, oxşamaq" mənalarına gələn καταφιλέω felindən istifadə olunub. Plutarx da Makedoniyalı İsgəndərin Baqoyu öpdüyü məşhur səhnəni təsvir edərkən məhz bu sözü işlədib.Matta 26:50-ə əsasən, İsa İudaya belə cavab verir: "Dostum, nə etmək üçün burdasansa, bax, onu et." Luka 22:48-də isə İsanın "İuda, Tanrının Oğluna öpüşlə xəyanət edirsən?" dediyi qeyd edilir.Bundan sonra İsa dərhal həbs edilir.
Ötmüş (Soyuqbulaq)
Ötmüş (fars. اوطميش‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (70 ailə).
İudanın öpüşü
İudanın öpüşü və ya İsaya xəyanət — Sinoptik İncillərə görə, İudanın İsa Məsihin kimliyini qılınc və dəyənəklərlə onu həbs etməyə gələn baş kahinlərə və ağsaqqallara ifşa etməsi ilə xarakterizə olunan hadisə. Sonuncu şam yeməyindən sonra İuda Qefsimaniya bağında İsanı öpür və onun Sinedrion polisi tərəfindən həbs olunmasına səbəb olur. Əhdi-cədidin Məsihin həyatına aid hissəsində İsanın başına gələcək xəyanət və öz ölümü barədə kəhanəti birbaşa düşmən qüvvələr tərəfindən ələ keçirilməsinə və edamına işarə edir. Daha geniş mənada isə, İudanın öpüşü ifadəsi "zahirən dostyana görünən, əslində isə altında pis niyyətlər yatan əməl"ə istinad edir. == Əhdi-Cədiddə == İuda İsanın 12 müridindən biri idi. Müridlərin əksəriyyəti Qalileyadan olsa da, İuda İudeyadan idi. Həm Mattanın (26:47–50), həm də Markın (14:43–45) nəql etdiyi müjdədə yunanca "sevgi ilə öpmək, oxşamaq" mənalarına gələn καταφιλέω felindən istifadə olunub. Plutarx da Makedoniyalı İsgəndərin Baqoyu öpdüyü məşhur səhnəni təsvir edərkən məhz bu sözü işlədib.Matta 26:50-ə əsasən, İsa İudaya belə cavab verir: "Dostum, nə etmək üçün burdasansa, bax, onu et." Luka 22:48-də isə İsanın "İuda, Tanrının Oğluna öpüşlə xəyanət edirsən?" dediyi qeyd edilir.Bundan sonra İsa dərhal həbs edilir.
Fransız öpüşü (dəqiqləşdirmə)
Fransız öpüşü — Bir öpüş forması. Fransız öpüşü (film, 1995) — 1995-ci il istehsalı olan ABŞ-Fransa filmi.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. == Məzmun == "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. == Nəşr == Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == Aydınlanma səyahəti == Xarici keçidlər == Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
Sosialist qardaşlıq öpüşü
Sosialist qardaşlıq öpüşü və ya sosialist qardaşlıq qucaqlaşması — sosialist ölkələrinin dövlət xadimləri arasında xüsusi salamlaşma forması idi. Bu hərəkat sosialist dövlətləri arasında xüsusi bir əlaqənin mövcudluğunu ifadə edirdi. Sosialist qardaş öpüşü yanaqlarda üç öpüşdən ibarət idi. Xüsusi günlərdə bir-birini daha yaxından görən iki lider bu yaxınlığı dodaq-dodağa öpərək nümayiş etdirirdilər. Sosialist liderlərin dodaq-dodağa öpüşməsi Qədim Roma və İranda əl öpmə iyerarxiyasından fərqli olaraq bərabərliyi ifadə edirdi. İosif Stalin Sovet lideri olduqdan sonra 1936-cı ildə hərbi pilot Valeri Çkalov onun dodaqlarından öpməyə cəhd edəndə əvvəlcə tərəddüd etmişdir, lakin o, tanış olmadığı bu ənənəyə öyrəşmiş və 1937-ci ildə hərbi pilot Vasil Molokovu özü öpüşmüşdür. Sosialist liderlər arasında Leonid Brejnev ən çox dodaqdan öpüşmə ilə məşhurdur. 1974-cü ildə Sovet İttifaqına səfər edən Kuba lideri Fidel Kastro Brejnevin öpüşməməsindən yayınmaq üçün puro çəkərək təyyarədən düşdüyü deyilir. Ən məşhur sosialist qardaşlıq öpüşü 1979-cu ildə Sovet lideri Leonid Brejnev və Şərqi Almaniya lideri Erix Honekker arasında Şərqi Almaniyanın yaranmasının 30-cu ildönümünü qeyd edən öpüşdür. Məşhur rəssam Dmitri Vrubel bu öpüşü 1990-cı ildə Berlin divarına qraffiti kimi çəkmişdir.
Asio otus
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Donald Tusk
Donald Tusk (pol. Donald Franciszek Tusk; 22 aprel 1957, Qdansk) — Avropa İttifaqı Şurasının keçmiş prezidenti.
Dəcəl öpüş
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Magnum opus
Magnum opus (lat. böyük iş) — yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri belə adlandırılır. Əlkimyada fəaliyyətin ən son nöqtəsi, yekunu-fəlsəfə daşının və həyat eliksirinin hazırlanması da bu anlayışla adlandırılır.
Opus Dei
Latın dilindən tərcümədə "Tanrı işi" mənasını ifadə edən bu təşkilat Roma Katolik Kilsəsinin prelaturasıdır (Katolik kilsəsində yüksək ruhani təbəqə). Opus Dei 1928-ci ildə Madriddə ispan keşişi Xosemariya Eskriva de Balaqer (1902–1975) tərəfindən yaradılmış, Katolik kilsəsinin nəzdində dünyəvi və dini təlim kimi meydana gəlmişdir. Məqsədi Papa ensiklikinə (Roma Papasının siyasət, din, əxlaq və s. məsələlərə dair bütün katoliklərə müraciəti) müvafiq cəmiyyət formalaşdırmaqdan ibarət olan bu təşkilat öz planlarını reallaşdırmaq üçün üzvlərini hökumət orqanlarında yerləşdirir, siyasi və iqtisadi sahələrdə nüfuz sahibi insanları sıralarına cəlb edirdi. İlkin dövrlərdə Opus Deinin təbliğ etdiyi ideyalar fəhlələr və tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır. 1930-cu ildə təşkilatın qadın bölməsi də yaradılmışdır. 1942-ci ildə Opus Deini Papa XII Piem "Provida Mater Ecclesia" konstitusiyası ilə təsdiqləmişdir. 1946-cı ildə isə keşiş Eskriva de Blaqer təşkilatın mərkəzini Romaya köçürmüşdür. 1931-ci ildə İspaniya respublika olduqdan sonra Opus Dei İspaniyanın mühafizəkar katolik dairəsini öz ətrafında birləşdirmişdir. Franko tərəfdarlarının qələbəsindən sonra isə təşkilat İspaniyada daha geniş yayılmışdır.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Oğurlanmış öpüş
Oğurlanmış öpüş (fr. "Le Baiser à la dérobée",ing. "The Stolen Kiss") — fransız rəssam Jan Onore Fraqonar tərəfindən 1786-cı ildə çəkilmişdir və hazırda rəsm Ermitaj muzeyində sərgilənir. Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J. O. Fraqonarın şedevr əsəri "Yelləncək" (1767) adlı tablosu hesab olunsa da, "Oğurlanmış öpüş" (və ya "Gizli öpüş") əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib. == Əsərin təsviri == Ön planda iki fiqur — oğlan və qız təsvir olunub, arxa planın sağ küncündə isə açıq qalmış qapıdan görünən otaqda üç qadın fiquru, sanki qızğın söhbət zamanı göstərilib. Onlar həm uzaq planda, həm də içəri otaqda olduqları üçün qaranlıq tonlarda işlənilib.
Püşk (qürrə)
Püşk (çöp) - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. == Oyunun qaydaları == Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Otus scops
Adi meşə bayquşcuğu (lat. Otus scops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 15-20 sm, kütləsi 60-130 q, qanadlarının uzunluğu 50 sm-ə qədər olur. Rəngi kürək lələklərində xalları olan boz-qəhvəyi olur.
Fransız öpüşü (film, 1995)
«Fransız öpüşü» — ABŞ-Fransa filmi. == Süjet == Keyt təyyarədə uçmaqdan qorxur. Amma əlacı yoxdur. Fransaya getmiş sevgilisi Çarlini qaytarmalıdır. Həm də əfsanəvi Parisi görməlidir. Canını dişinə yığlb təyyarəyə əyləşir. Hər şey də ondan sonra başlayır... == Rollarda == Meq Rayan — Keyt Kevin Klayn — Lük Timoti Xatton — Çarli Jan Reno — Jan Pol Loran Şpelfoqel — Otel konserji Fransua Klyüze — Bob == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Fransız öpüşü — Internet Movie Database saytında.
Mələyin öpüşü (film, 2017)
Mələyin öpüşü — rejissor Əsgər Əli Hacızadə tərəfindən 2017-cı ildə çəkilən dram janrlı tammetrajlı bədii film. == Məzmun == Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır. Cahan xəstə atasına baxmaq üçün, iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileylənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məşhur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir səkildə işi qəbul etsə də başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir-birilərinə qarşı duyğuları dəyişir... == Film haqqında == Film Fuad Poladovun kinoda son işidir.
Qatilin öpüşü (film, 1955)
"Qatilin Öpüşü" (ing. Killer`s Kiss) — 1955-ci ildə Stenli Kubrikin rejissorluğu ilə kriminal nuar janrında çəkilmiş ABŞ istehsalı film. Ssenari Kubrikin özü və Hovard Sakler tərəfindən yazılmışdır. Bu, Kubrikin rejissorluq etdiyi ikinci tammetrajlı filmdir, birincisi 1953-cü ildə çəkilmiş "Qorxu və tamah" filmi idi. Filmdə əsas rollarda Ceymi Smit, İren Keyn və Fren Silvera almışdılar.Film karyerasını bitirmək üzərində olan 29 yaşlı yarıağır çəkili Nyu-Yorklu boksçu Deyv Qordon və onun qonşusu rəqqasə Qloriya Pris (İren Keyn) və onun qəddar müdiri Vinsent Rapallo (Fren Silvera) ilə münasibətlərindən bəhs edir. == Süjeti == Boksçu Deyvi Qordon rəqqasə Qloriya Pirsə hücum edən onun müdiri və məşuqu Vinsent Rapallonun qarşısını alır. Bu hadisə onları yaxınlaşdırır və onlar bir-birindən ayrılmaz hala gəlirlər, bu da Rapallonun narazılığına səbəb olur. Deyvi öldürmək üçün Rapallo qatillərə əmr verir. Ancaq səhv nəticəsində ölən Deyv yox onun meneceri olur. Rapallonun qisasından yayınmaq üçün Qordon və Qloriya şəhərdən qaçmağa qərar verirlər...