ÖPÜŞ

сущ. поцелуй. Ana öpüşü материнский поцелуй, ehtiraslı öpüş страстный поцелуй, öpüş almaq сорвать поцелуй, öpüş vermək: 1. дать поцелуй; 2. подставить щеку для поцелуя
ÖPÜLMƏK
ÖPÜŞDÜRMƏ
OBASTAN VİKİ
Dəcəl öpüş
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Oğurlanmış öpüş
Oğurlanmış öpüş (fr. "Le Baiser à la dérobée",ing. "The Stolen Kiss") — fransız rəssam Jan Onore Fraqonar tərəfindən 1786-cı ildə çəkilmişdir və hazırda rəsm Ermitaj muzeyində sərgilənir. Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J. O. Fraqonarın şedevr əsəri "Yelləncək" (1767) adlı tablosu hesab olunsa da, "Oğurlanmış öpüş" (və ya "Gizli öpüş") əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib. Ön planda iki fiqur — oğlan və qız təsvir olunub, arxa planın sağ küncündə isə açıq qalmış qapıdan görünən otaqda üç qadın fiquru, sanki qızğın söhbət zamanı göstərilib. Onlar həm uzaq planda, həm də içəri otaqda olduqları üçün qaranlıq tonlarda işlənilib.
Öpüş (Qustav Klimt)
Öpüş (ing. The Kiss) — 1907–1908-ci illərdə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilmiş rəsm əsəri. "Öpüş" (The Kiss) Klimtin (Gustav Klimt) "Qızıl dövrü" (The Golden Period) adlandırılan, əsərlərində qızılı rənglər istifadə etdiyi dövrünə aid ən mükəmməl əsərlərindən biri sayılır. Qustav Klimtin qardaşı Ernst (Ernst Klimt) 1891-ci ildə Helen (Helene Flöge) ilə evlənmiş, lakin 1901-ci ildə vəfat etmişdir. Klimtin bu vəsiləylə tanıdığı Helenin bacısı Emili Luis (Emilie Louise) bu əsərdə təsvir olunan qadındır. Bu məlumatın düzgün olub-olmadığı bilinməsə də, Klimtin Emiliyə aşiq olduğu danılmaz faktlardandır. Sadə kompozisiyadan ibarət olan əsərin böyük hissəsini bir-birini qucaqlayan cütlük tutur. Kişinin qadın üzərindəki fiziki təsiri əsərdə özünü göstərir. Kişinin boynunun uzanış forması və qadını tutuşu, sahib olduğu ehtirası qadın üzərində ağalığa çevirmişdir. Cütlüyü əhatə edən qızılı rəng qədim dövrün kilsə rəsmlərində vurğunu artırmaq üçün qızılı rəngin istifadə texnikasından təsirlənmişdir.
Ümumdünya Öpüş Günü
Ümumdünya Öpüş Günü (ing. World Kiss Day və ya ing. World Kissing Day) — hər il 6 iyulda dünyanın 60-dan çox ölkəsində həvəskarlar tərəfindən keçirilən qeyri-rəsmi beynəlxalq bayram. Ümumdünya Öpüş Gününün vətəni Böyük Britaniya hesab olunur. Bu XIX əsrin sonlarında Albionun dumanlı sahillərində sevgililərin bir-biri ilə öpüşərək öz məhəbbətlərini bildirməsi bayramıdır.
Dəcəl öpüş (teleserial, 2010)
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
50 ilk öpüş (film, 2004)
50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. == Çəkiliş yeri == Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. == Rollarda == Adam Sandler …. Henri Rot Drü Berrimor … Lusi Vaytmore Rob Schneider …. Ula Sean Astin …. Doq Vaytmore Lusia Strus ….
Əlli ilk öpüş (film, 2004)
50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. Adam Sandler …. Henri Rot Drü Berrimor … Lusi Vaytmore Rob Schneider …. Ula Sean Astin …. Doq Vaytmore Lusia Strus ….
Fransız öpüşü (dəqiqləşdirmə)
Fransız öpüşü — Bir öpüş forması. Fransız öpüşü (film, 1995) — 1995-ci il istehsalı olan ABŞ-Fransa filmi.
Fransız öpüşü (film, 1995)
"Fransız öpüşü" — ABŞ-Fransa filmi. == Süjet == Keyt təyyarədə uçmaqdan qorxur. Amma əlacı yoxdur. Fransaya getmiş sevgilisi Çarlini qaytarmalıdır. Həm də əfsanəvi Parisi görməlidir. Canını dişinə yığlb təyyarəyə əyləşir.
Gizli öpüşlər (film, 2016)
Gizli öpüşlər (fr. Baisers cachés) — iki homoseksual gəncin sərgüzəştlərindən bəhs edən 2016-cı il istehsalı fransız filmi.
Mələyin öpüşü (film, 2017)
Mələyin öpüşü — rejissor Əsgər Əli Hacızadə tərəfindən 2017-cı ildə çəkilən dram janrlı tammetrajlı bədii film. Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır. Cahan xəstə atasına baxmaq üçün, iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileylənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məşhur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir səkildə işi qəbul etsə də başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir-birilərinə qarşı duyğuları dəyişir... Film Fuad Poladovun kinoda son işidir.
Oğurlanmış öpüşlər (film, 1968)
Oğurlanmış öpüşlər — 1968-ci ildə istehsal olunmuş Fransa filmi. rejissor: Fransua Trüffo Antuan Doanel (Jan-Pyer Leo) hərbi xidmətdən buraxıldı. Antuan sevgilisi Kristin'i (Klod Jad) ziyarət edir. Kristinin atası ona gecə qapıçısı kimi bir iş verir. Ancaq bu işi itirir və detektiv olur. Antuan bir müştərinin arvadına aşiq olduqda, sevgilisi Kristin'i tərk edir. Kristin-ə sevginin heyranlığı nəzərdə tutduğunu və heç vaxt ona heyran olmadığını söylədi. Ancaq Kristin onun yeganə sabitidir. Onu geri qazanacaq. Film bir çox beynəlxalq mükafat aldı.
Qatilin öpüşü (film, 1955)
"Qatilin Öpüşü" (ing. Killer`s Kiss) — 1955-ci ildə Stenli Kubrikin rejissorluğu ilə kriminal nuar janrında çəkilmiş ABŞ istehsalı film. Ssenari Kubrikin özü və Hovard Sakler tərəfindən yazılmışdır. Bu, Kubrikin rejissorluq etdiyi ikinci tammetrajlı filmdir, birincisi 1953-cü ildə çəkilmiş "Qorxu və tamah" filmi idi. Filmdə əsas rollarda Ceymi Smit, İren Keyn və Fren Silvera almışdılar. Film karyerasını bitirmək üzərində olan 29 yaşlı yarıağır çəkili Nyu-Yorklu boksçu Deyv Qordon və onun qonşusu rəqqasə Qloriya Pris (İren Keyn) və onun qəddar müdiri Vinsent Rapallo (Fren Silvera) ilə münasibətlərindən bəhs edir. Boksçu Deyvi Qordon rəqqasə Qloriya Pirsə hücum edən onun müdiri və məşuqu Vinsent Rapallonun qarşısını alır. Bu hadisə onları yaxınlaşdırır və onlar bir-birindən ayrılmaz hala gəlirlər, bu da Rapallonun narazılığına səbəb olur. Deyvi öldürmək üçün Rapallo qatillərə əmr verir. Ancaq səhv nəticəsində ölən Deyv yox onun meneceri olur.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. Aydınlanma səyahəti Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
Yəhudanın öpüşü
İudanın öpüşü və ya İsaya xəyanət — Sinoptik İncillərə görə, İudanın İsa Məsihin kimliyini qılınc və dəyənəklərlə onu həbs etməyə gələn baş kahinlərə və ağsaqqallara ifşa etməsi ilə xarakterizə olunan hadisə. Sonuncu şam yeməyindən sonra İuda Qefsimaniya bağında İsanı öpür və onun Sinedrion polisi tərəfindən həbs olunmasına səbəb olur. Əhdi-cədidin Məsihin həyatına aid hissəsində İsanın başına gələcək xəyanət və öz ölümü barədə kəhanəti birbaşa düşmən qüvvələr tərəfindən ələ keçirilməsinə və edamına işarə edir. Daha geniş mənada isə, İudanın öpüşü ifadəsi "zahirən dostyana görünən, əslində isə altında pis niyyətlər yatan əməl"ə istinad edir. İuda İsanın 12 müridindən biri idi. Müridlərin əksəriyyəti Qalileyadan olsa da, İuda İudeyadan idi. Həm Mattanın (26:47–50), həm də Markın (14:43–45) nəql etdiyi müjdədə yunanca "sevgi ilə öpmək, oxşamaq" mənalarına gələn καταφιλέω felindən istifadə olunub. Plutarx da Makedoniyalı İsgəndərin Baqoyu öpdüyü məşhur səhnəni təsvir edərkən məhz bu sözü işlədib. Matta 26:50-ə əsasən, İsa İudaya belə cavab verir: "Dostum, nə etmək üçün burdasansa, bax, onu et." Luka 22:48-də isə İsanın "İuda, Tanrının Oğluna öpüşlə xəyanət edirsən?" dediyi qeyd edilir. Bundan sonra İsa dərhal həbs edilir.
İudanın öpüşü
İudanın öpüşü və ya İsaya xəyanət — Sinoptik İncillərə görə, İudanın İsa Məsihin kimliyini qılınc və dəyənəklərlə onu həbs etməyə gələn baş kahinlərə və ağsaqqallara ifşa etməsi ilə xarakterizə olunan hadisə. Sonuncu şam yeməyindən sonra İuda Qefsimaniya bağında İsanı öpür və onun Sinedrion polisi tərəfindən həbs olunmasına səbəb olur. Əhdi-cədidin Məsihin həyatına aid hissəsində İsanın başına gələcək xəyanət və öz ölümü barədə kəhanəti birbaşa düşmən qüvvələr tərəfindən ələ keçirilməsinə və edamına işarə edir. Daha geniş mənada isə, İudanın öpüşü ifadəsi "zahirən dostyana görünən, əslində isə altında pis niyyətlər yatan əməl"ə istinad edir. İuda İsanın 12 müridindən biri idi. Müridlərin əksəriyyəti Qalileyadan olsa da, İuda İudeyadan idi. Həm Mattanın (26:47–50), həm də Markın (14:43–45) nəql etdiyi müjdədə yunanca "sevgi ilə öpmək, oxşamaq" mənalarına gələn καταφιλέω felindən istifadə olunub. Plutarx da Makedoniyalı İsgəndərin Baqoyu öpdüyü məşhur səhnəni təsvir edərkən məhz bu sözü işlədib. Matta 26:50-ə əsasən, İsa İudaya belə cavab verir: "Dostum, nə etmək üçün burdasansa, bax, onu et." Luka 22:48-də isə İsanın "İuda, Tanrının Oğluna öpüşlə xəyanət edirsən?" dediyi qeyd edilir. Bundan sonra İsa dərhal həbs edilir.
Sosialist qardaşlıq öpüşü
Sosialist qardaşlıq öpüşü və ya sosialist qardaşlıq qucaqlaşması — sosialist ölkələrinin dövlət xadimləri arasında xüsusi salamlaşma forması idi. Bu hərəkat sosialist dövlətləri arasında xüsusi bir əlaqənin mövcudluğunu ifadə edirdi. Sosialist qardaş öpüşü yanaqlarda üç öpüşdən ibarət idi. Xüsusi günlərdə bir-birini daha yaxından görən iki lider bu yaxınlığı dodaq-dodağa öpərək nümayiş etdirirdilər. Sosialist liderlərin dodaq-dodağa öpüşməsi Qədim Roma və İranda əl öpmə iyerarxiyasından fərqli olaraq bərabərliyi ifadə edirdi. İosif Stalin Sovet lideri olduqdan sonra 1936-cı ildə hərbi pilot Valeri Çkalov onun dodaqlarından öpməyə cəhd edəndə əvvəlcə tərəddüd etmişdir, lakin o, tanış olmadığı bu ənənəyə öyrəşmiş və 1937-ci ildə hərbi pilot Vasil Molokovu özü öpüşmüşdür. Sosialist liderlər arasında Leonid Brejnev ən çox dodaqdan öpüşmə ilə məşhurdur. 1974-cü ildə Sovet İttifaqına səfər edən Kuba lideri Fidel Kastro Brejnevin öpüşməməsindən yayınmaq üçün puro çəkərək təyyarədən düşdüyü deyilir. Ən məşhur sosialist qardaşlıq öpüşü 1979-cu ildə Sovet lideri Leonid Brejnev və Şərqi Almaniya lideri Erix Honekker arasında Şərqi Almaniyanın yaranmasının 30-cu ildönümünü qeyd edən öpüşdür. Məşhur rəssam Dmitri Vrubel bu öpüşü 1990-cı ildə Berlin divarına qraffiti kimi çəkmişdir.
Fransız öpüşü
Fransız öpüşü (ing. french kiss), dərin öpüş (ing. deep kiss) — bir partnyorun dilinin digərinin ağzına nüfuz etməsi və/və ya partnyorların bir-birinin dillərinə toxunması ilə dərin, intim öpüş . Rusiyada XVIII əsrin əvvəllərinə qədər “tatar öpüşü” adlanırdı. == Texnika == Dilin iştirak etdiyi öpüş ən intim öpüş növüdür. Bəzi seksoloqların fikrincə, dilin iştirakı olmadan əsl sevgi öpüşü yoxdur. "Fransız öpüşü" ilə onurğa sinirləri və daxili sekresiya vəziləri aktivləşir, mədəaltı vəzi və aralıq sinir ucları cinsi oyanmaya səbəb olur. Fransız öpüşü Kama Sutrada təsvir edilən "samayana" texnikasına bərabərdir. Eyni zamanda, Kama Sutra samayana kimi təsnif edilən müxtəlif dil öpüşlərini təsvir edir: "dəyirman" - bir partnyorun dilini digərinin ağzına daxil etmək və dili partnyorun ağzında fırlatmaq; "zərif öpüş" - dili partnyorun ağzına daxil etmək və damağı boyunca sürüşmək; "kral öpüşü" - dili dişlərin üzərinə sürüşdürmək və partnyorun yanağının arxasına qoymaq; "qıcıqlanan öpüş" - dilin ortağın ağzına kəskin və qısa bir şəkildə daxil edilməsi ilə partnyorun dodağını əmmək ; "Fransız öpüşü" zamanı adi öpüş zamanı olduğundan daha sıx tüpürcək mübadiləsi olur. Bu ya partnyora həyəcanverici təsir göstərə bilər, ya da əksinə onu dəf edə bilər .
Gizli öpüşlər
Gizli öpüşlər (fr. Baisers cachés) — iki homoseksual gəncin sərgüzəştlərindən bəhs edən 2016-cı il istehsalı fransız filmi.
Sevgili öpüşü
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.

Значение слова в других словарях