Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qustavo Dias Ordas
Qustavo Dias Ordas Bolanyos (isp. Gustavo Díaz Ordaz Bolaños; 12 mart 1911[…] – 15 iyul 1979[…], Mexiko) — Meksika siyasətçisi, 1964–1970- ci illərdə Meksika Prezidenti. == Həyatı == Qustavo Dias Ordas Bolanyos 12 mart 1911-ci ildə Meksikanın Puebla ştatında anadan olmuşdur. O, 1937-ci ildə Puebla Universitetindən məzun olmuşdur. Qustavo Dias Ordas 1943–1946-cı illərdə Milli Konqresin deputatı, 1946–1952-ci illərdə senator olmuşdur. O, 1958–1963-cü illərdə Daxili İşlər naziri vəzifəsində çalışmışdır. Qustavo Dias Ordas 1964–1970-ci illərdə Meksika Prezidenti kimi xidmət etmişdir. O, prezidentliyi dövrdə dövlət iqtisadiyyatı sektorunu gücləndirmişdir. Bundan başqa, 1968-ci ildə tələbə iğtişaşları vəhşicəsinə yatırılmışdır. O, 1977-ci ildə Meksikanın İspaniyadakı səfiri vəzifəsində çalışmışdır.