Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Assos
Assos (q.yun. Ἄσσος, lat. Assus), Bəhramkale və ya qısaca Bəhram ― Türkiyənin Çanaqqala ilinin Ayvacık ilçəsində tarixən mövcud olmuş zəngin şəhər. Şəhər Böyük Plininin dövründə Apollonia (Ἀπολλωνία) adını daşıyırdı. Aristotel Afinadakı Platon Akademiyasından ayrıldıqdan sonra (Ksenokratın da qatıldığı) Assosa gəlir. O burada Hermi tərəfindən qarşılanır və şəhərdə akademiya açır. Aristotel həmçinin Herminin övladlığa götürdüyü qızı Fisias ilə evlənmişdir. Aristotel Assos akademiyasında bir qrup filosofun başçısı olur və onlarla birlikdə zoologiya və biologiya mövzusunda yenilikçi müşahidələr edir. Farslar Assosa hücum etdikdə Kral Hermi tutuldu və öldürüldü. Aristotel dostu Makedoniyalı II Filippin idarə etdiyi Makedoniyaya qaçdı və burada Filipin oğlu Makedoniyalı İskəndərə dərs verməyə başladı.
Etnos
Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (1887—1939) adı ilə bağlıdır. Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur.
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. ==== Tarixi ==== Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
OASİS
OASIS (Organization for the Advancement of Structured Information Standards) – elektron ticarət sahəsində standartları hazırlayan beynəlxalq qurum. 1993-cü ildə qurulmuş OASIS’in dünyanın 100 ölkəsindən 600-dən artıq təşkilatı təmsil edən 5000-dən çox üzvü var. İnformasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan IBM, Novell, Oracle, Microsoft və Sun tərəfindən maliyyələşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
OHSAS
Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir. Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir. OHSAS 18001 standartı sağlamlıq və təhlükəsizlik menecment sisteminin inkişafı üçün səmərəli menecment təcrübəsini təqdim edir. O bütün işçilər və biznes fəaliyyətinin birbaşa təsirinə məruz qalmış başqa şəxslər üçün yüksək səviyyəli peşə təhlükəsizliyini təmin edən bir mexanizmdir. == OHSAS 18001-ın məqsədi == Bu standart təşkilat üçün gündəlik fəaliyyətlərdən və ya fəlakət şəraitindən doğa bilən yüksək risk faktorlarını nəzarətdə saxlamaq və idarə etmək üsullarını nümayiş etdirir. OHSAS 18001 kimə lazımdır? Bu standartlar silsiləsi təşkilat üçün beynəlxalq miqyasda tanınmış OHSAS 18001 stadartının prinsiplərinə uyğun olaraq menecment sistemini həyata keçirmək və sertifikat əldə etmək imkanı verir. Bu standartı həyata keçirməklə təşkilat nümayiş etdirir ki, o işçilər və fəaliyyətləri ilə əlaqədar olaraq peşə sağlamlığı təhlükəsinə məruz qala biləcək digər tərəflər üçün risklərin aradan qaldırılması və ya ən azından minimuma endirilməsi məqsədilə peşə sağlamlığı və təhlükəsizliyi menecment sistemini təşkil etmək arzusundadır == OHSAS 18001-ın prinsipləri == Əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi Deminq davamlı təkmilləşmə dairəsinə əsaslanır - Planlaşdır, Yerinə yetir, Yoxla və Hərəkət et, bunlar isə öz növbəsində növbəti dörd fəaliyyət istiqamətini özündə birləşdirir: - Əməyin təhlükəsizliyi və peşə sağlamlığı siyasəti - Planlaşdırma, tətbiq və hərəkət - Nəzarət, qiymətləndirmə və korrektiv hərəkətlər - Menecment icmalı == Faydalar == OHSAS 18001 sertifikatı təşkilatınızın işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünüzü və bü sahədə maraqlı olduğunuzu nümayiş etdirir. Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərərək aşağıdakı faydaları verəcək: - Sizin təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması - Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılması - Əməyin təhlükəsizliyi sahəsində qanun tələblərinin yerinə yetirilməsi - Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment strategiyası ilə əlaqədar xərclərin azalması - İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması - Sığorta risklərini azaldılması - Korporasiyanızın imicinin inkişaf etdirilməsi == OHSAS–ın İSO 9000 və İSO 14000 əlaqəsi == OHSAS standartı konseptual olaraq İSO 9000 və İSO 14000 standartları ilə oxşardır və eyni tərəfdən qaynaqlanır. Bu da öz növbəsində adı çəkilən standartların uzlaşmasına zəmin yaradır.
Ofşor
Ofşor (ing. offshore) — vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.1970ci illərdən bəri 30-a yaxın ofşor zona vardır.Panama,İrlandiya,İsveçrə,Norman adaları. Bu sadalananlar daha qədimdir. İsrail,Malta və Malaziya isə son illərdə yaranmış ofşor zonalardır.
Ordos
Ordos (çin. 鄂爾多斯沙漠) — Mərkəzi Asiyada yerləşən səhradan ibarət olan plato. Cənubdan Lyesso platosu ilə əhatələnir. Ən hündür nöqtəsi 2535 m təşkil edir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu —10°С, iyul ayının isə 23°С-dir. Şimal-qərbdən cənub-şərdə doğru yağıntının miqdarı 100 – 400 mm arasında dəyişir. Dolu müşahidə edilir. Ərazidə çoxlu sayda duzlu göllər vardır. Barxanlar əsasən insan və heyvanlar tərəfindən məhv edilmiş bitki örtüyü sayəsində geniş sahə tutur.
Rossoş
Rossoş — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Otis
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. == Həyatı == Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
Otto
Otto — Almaniyada yayılmış ad.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
ATMOS 2000
ATMOS 2000 (avtonom olaraq yük maşınına quraşdırılmış haubitsa sistemi) İsrailin hərbi məhsullar istehsal edən Soltam Systems şirkəti tərəfindən istehsal olunan 155 mm/52 çaplı özüyeriyən artilleriya sistemidir. == Təyinatı == Azərbaycan Ordusunun artilleriya hissələrində məhdud sayda mövcud olan, standart versiyada 6x6 çəkimli TATRA T815 VVN 6X6 şassisi bazasında hazırlanan İsrailin ATMOS 2000 özüyeriyən artilleriya qurğusu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikası və canlı qüvvəsini, idarəetmə bölmələrini və təminat məntəqələrini məhv etmək, uzunmüddətli müdafiə qurğularını dağıtmaq, habelə mina sahələrində və digər səhra maneələrində keçidləri təmin etmək üçün hazırlananan artilleriya sistemidir. == İstehsalçı == Əvvəlcə bu artilleriya sisteminin inkişafı “Soltam” tərəfindən həyata keçirilirmişdir. ATMOS 2000 ilk növbədə ixracyönümlü sistem olaraq hazırlandı, yalnız 2006-cı ildə İsrail ordusu tərəfindən onun sınaqlarına başlandı. 2010-cu ildən isə sonradan bu şirkət İsrailin “Elbit Sistems” kompaniyasının tərkibinə daxil oldu. Bu isə sonuncunu artilleriya sistemlərinin məşhur ixracatçılarından birinə çevirdi. “Soltam” indi də “Elbit Sistems” kompaniyasının tərkibində müasir tipli müxtəlif çaplı artilleriya silahlarının geniş assortimentinin layihələndirilməsini, hazırlanmasını və istehsalını həyata keçirir. Sistemlər bütün standart NATO döyüş sursatlarından istifadə edə bilir. Müştərilərin tələblərini ödəmək üçün “Soltam” artilleriya sistemləri atəşi idarəetmə sistemi, sürət RLS-i, ətalətli naviqasiya və hədəf aşkarlama sistemi və s. ilə təchiz edilir.
Ceyms Uotson
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[…], Çikaqo, İllinoys), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq. == Həyatı və kəşfləri == Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…" Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir. == Nəaliyyətləri == Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
Ceyms Votson
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[…], Çikaqo, İllinoys), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq. == Həyatı və kəşfləri == Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…" Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir. == Nəaliyyətləri == Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
Con Uotson
Con Votson (ing. John Broadus Watson; 9 yanvar 1878[…] – 25 sentyabr 1958[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan psixoloq, biheviorizmin nəzəri banisi. Psixologiyada subyektiv metodu tənqidinə görə məşhurdur. Şüurun elmi fakt olduğunu inkar edərək, klassik davranış psixologiyasının əsaslarını işləmişdir. 1913-cü ildə "Psixoloji xəbərlər" jurnalında Votsonun "Psixologiya: biheviorist onu nесə görür" adlı məqaləsi nəşr edildi. Məqalədə "Stimul — reaksiya" — biheviorizmin əsas devizi kimi elan olundu və həmin сәгәуаın başlıca ideyaları şərh edildi. Buna görə də sonralar həmin məqaləni "biheviorizmin manifesti" adlandırdılar. == Mənbə == Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya.
Con Votson
Con Votson (ing. John Broadus Watson; 9 yanvar 1878[…] – 25 sentyabr 1958[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan psixoloq, biheviorizmin nəzəri banisi. Psixologiyada subyektiv metodu tənqidinə görə məşhurdur. Şüurun elmi fakt olduğunu inkar edərək, klassik davranış psixologiyasının əsaslarını işləmişdir. 1913-cü ildə "Psixoloji xəbərlər" jurnalında Votsonun "Psixologiya: biheviorist onu nесə görür" adlı məqaləsi nəşr edildi. Məqalədə "Stimul — reaksiya" — biheviorizmin əsas devizi kimi elan olundu və həmin сәгәуаın başlıca ideyaları şərh edildi. Buna görə də sonralar həmin məqaləni "biheviorizmin manifesti" adlandırdılar. == Mənbə == Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya.
Doktor Uotson
Doktor Uotson
Dolby Atmos
Dolby Atmos - Dolby Laboratories tərəfindən hazırlanmış 360 dərəcə səs təcrübəsi təqdim edən səs texnologiyadır. O, səsləri üçölçülü obyektlər kimi şərh etməyə imkan verən hündürlük kanalları əlavə etməklə mövcud surround səs sistemlərini genişləndirir. Atmos-un cinema bazarına giriş etməsinin ardınca Atmos brendi altında in-ceiling və up-firing dinamiklərdən istifadə edən bir neçə istehlak texnologiyası təqdim olundu.
Donald Uotson
Donald Uotson (ing. Donald Watson, 2 sentyabr 1910, Cənubi Yorkşir[d], Yorkşir və Hamber[d] – 16 noyabr 2005) — ingilis ictimai xadimi, Veqan cəmiyyətinin yaradıcısı və Veqan termininin müəllifidir. == Bioqrafiyası == Donald Uotson İngiltərənin Cənubi Yorkşir əyalətindəki Mexborough adlı kiçik mədən şəhərində bir məktəb direktoru üçün anadan olub. Nə ailədə, nə də uşaqlıqda Donald ətrafındakılar arasında vegetarianlar yox idi. Ancaq Donaldın valideynləri övladlarının tərbiyəsi mövzusunda liberal görüşlərə sahib idilər və öz həyat yollarını axtarmalarında onlara dəstək oldular. Uotson, çox erkən yaşlarında heyvandarlığın bəzi cəhətlərini dərk etdi - bu, sonradan vegetarian və sonra bir vegeterian olmaq qərarına təsir etdi. Budur, əmisi Corcun ferması haqqında xatırladığı şey: Donuzların onlardan birinin öldürüldüyünü görəndə "verdiyini" və həyatının dəyişdiyini başa düşdü: 14 yaşında Uotson bir vegetarian olduğunu, fikirlərini bölüşən bir nəfəri tanımadığını söylədi. 15 yaşında məktəbi bitirdikdən sonra Uotson dülgər olmaq üçün oxumağa getdi. 20 yaşından etibarən dülgərlik dərsi verdi - əvvəlcə Lesterdə (burada Leicester Vegetarian Cəmiyyətinin işində fəal iştirak etdi), sonra Kesvikdə. 1940-cı illərdə süd hazırlama prosesinin təfərrüatlarını öyrəndikdən sonra bir Veqan oldu.
Emma Uotson
Emma Uotson (tam adı; Emma Şarlotta Dyuyerre Uotson, ing. Emma Charlotte Duerre Watson; 15 aprel 1990[…], Le Mare[d], Paris) — Böyük Britaniya aktrisası. Emma Uotson 2001-ci ildən başlayaraq bütün səkkiz Harri Potter filminin hər birində Deniel Redkliff və Rupert Qrintlə yanaşı rol alaraq bu filmlər seriyasında yaratdığı Hermiona Qreyncer obrazı ilə məşhurlaşıb. Hermiona olaraq heyətə daxil olarkən onun doqquz yaşı var idi və daha əvvəl yalnız məktəb tamaşalarında oynamışdı. On il ərzində, Uotson dünya şöhrəti, mühüm təriflər və 10 milyon funtdan artıq pul qazanmışdı. 2007-ci ildə Uatson iki filmdə yer almışdır: "Balet ayyaqqabları" romanı əsasında çəkilən film və Despero adlı cizgi film. Balet Ayaqqabıları filmi 2007-ci ildə nümayiş etdirilmiş və 5,2 milyon tamaşaçı sayı toplamışdır. Dikamillo romanı əsasında çəkilmiş Despero cizgi filmi isə 2008-ci ildə ekranlara çıxmış və 70 milyon dollar gəlir əldə etmişdi. İlk modellik təcrübəsini isə 2009-cu ildə Burberrynin payız-qış mövsümündə etmişdir. 2011-ci ildən 2014-cü ilə kimi film çəkilişlərinə ara verib təhsilini davam etdirərək Braun Universiteti və Oksford universitetində təhsil almış və 2014-cü il may ayında Brown universitetini İngilis ədəbiyyatı ixtisası üzrə bitirmişdi.