Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
İtuçan şəlaləsi
İtuçan şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonunun Şin kəndi ərazisində yerləşən şəlalə. İtuçan şəlaləsi elmi ədəbiyyata yeni daxil edilən şəlalələrdən biridir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 2023-cü ilin avqust ayında Şəki rayonu Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı şəlalə aşkar edilib. Şəlalə Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr hündürlükdə, tarixi Axtı-Şəki yolunun üzərində yerləşir. Alim Qafqaz Ağabalayev verdiyi məlumata görə, Elvin Qarayev tərəfindən aşkar edilən yerli əhalinin "İtuçan" adlandırdığı şəlalə bugünə qədər elmi mənbələrdə qeyd olunmayıb. Şəlalə yerli əhali tərəfindən İtuçan adlandırılır. Şəlalənin yerli əhali tərəfindən "İtuçan" adlandırılmasının əsas səbəbi isə əvvəlki vaxtlarda həmin şəlalənin yerləşdiyi bu yoldan bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır. Şəlalə 14 metr hündürlükən tökülməkdədir.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
F-14 Tomcat
F-14 Tomcat — Grumman Aerospace tərəfindən istehsal olunmuş supersonik, iki mühərrikli və dəyişən həndəsi qanadlı önləmə təyyarəsidir. Əsas vəzifəsi ABŞ Hərbi Donanmasını düşmənin supersonik hərbi təyyarələrindən və qanadlı raketlərindən müdafiə etməkdir. Bu məqsədlə F-14-ə çox güclü bir atışa nəzarət radarı (AN/AWG-9) və uzun mənzilli raketlər (AIM-54 Phoenix) inteqrasiya edilmişdir. AN/AWG-9 radarı sayəsində təyyarə 100 mil ərazini müşahidə altında saxlaya bilir, eyni zamanda bu məsafə içərisindəki 24 təyyarəni izləyə və bununla paralel olaraq AIM-54 Phoenix döyüş raketi ilə 6 ədəd təyyarəyə hücum edə bilər. Radarının izləmə gücü sayəsində Tomcat reaktiv təyyarələri mini AWACS kimi də istifadə edilə bilər. Yüksək optik böyüdücü televiziya kameraları hədəflərini 30 mildən çox məsafədən tanıyır və hədəfləri vizual olaraq izləməyə və müəyyən etməyə imkan verir. Uçuş heyəti pilot və radar zabitindən ibarətdir. Təyyarə dəyişkən həndəsi qanadlara malikdir. Uçuş zamanı avtomatik olaraq 20 ilə 68 dərəcə arasında dəyişə bilən bu qanadlar, qalxma zamanı önə doğru açılaraq havanın qaldırma gücünü artırır, sürət tələb edən uçuşlarda geriyə doğru bağlanaraq qanad sahəsini kiçildib sürtünməni azaldır və sürəti artırır. Bu isə öz növbəsində, təyyarəyə sabit qanadlı təyyarələrdə əldə edilə bilinməyən bir üstünlük verir.
Grumman F-14 Tomcat
F-14 Tomcat — Grumman Aerospace tərəfindən istehsal olunmuş supersonik, iki mühərrikli və dəyişən həndəsi qanadlı önləmə təyyarəsidir. Əsas vəzifəsi ABŞ Hərbi Donanmasını düşmənin supersonik hərbi təyyarələrindən və qanadlı raketlərindən müdafiə etməkdir. Bu məqsədlə F-14-ə çox güclü bir atışa nəzarət radarı (AN/AWG-9) və uzun mənzilli raketlər (AIM-54 Phoenix) inteqrasiya edilmişdir. AN/AWG-9 radarı sayəsində təyyarə 100 mil ərazini müşahidə altında saxlaya bilir, eyni zamanda bu məsafə içərisindəki 24 təyyarəni izləyə və bununla paralel olaraq AIM-54 Phoenix döyüş raketi ilə 6 ədəd təyyarəyə hücum edə bilər. Radarının izləmə gücü sayəsində Tomcat reaktiv təyyarələri mini AWACS kimi də istifadə edilə bilər. Yüksək optik böyüdücü televiziya kameraları hədəflərini 30 mildən çox məsafədən tanıyır və hədəfləri vizual olaraq izləməyə və müəyyən etməyə imkan verir. Uçuş heyəti pilot və radar zabitindən ibarətdir. Təyyarə dəyişkən həndəsi qanadlara malikdir. Uçuş zamanı avtomatik olaraq 20 ilə 68 dərəcə arasında dəyişə bilən bu qanadlar, qalxma zamanı önə doğru açılaraq havanın qaldırma gücünü artırır, sürət tələb edən uçuşlarda geriyə doğru bağlanaraq qanad sahəsini kiçildib sürtünməni azaldır və sürəti artırır. Bu isə öz növbəsində, təyyarəyə sabit qanadlı təyyarələrdə əldə edilə bilinməyən bir üstünlük verir.
Oturan pələng, gizlənən əjdaha (film, 2000)
Oturan pələng, gizlənən əjdaha (çincə: 臥虎藏龍, pinyin: Wò Hǔ Cáng Lóng, ing. Crouching Tiger, Hidden Dragon) — 2000-ci ildə istehsal edilmiş filmdir. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülmüşdür. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" (ing. The Crane-Iron Series) adlı əsəri əsasında hazırlanmışdır. Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır... "Oturan pələng, gizlənən əjdaha (saundtrek)" — 2000-ci ildə "Sony Classical" səsyazma firması tərəfindən istehsal edilmişdir.