Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulbophyllum othonis
Bulbophyllum othonis (lat. Bulbophyllum othonis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Marağalı Övhədi
Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. == Həyatı == Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz.
Todi
Todi (it. Todi) — İtaliyada kommuna - Ərazi bölgü vahidi. == Əsas göstəriciləri == Umbriya regionunda yerləşir. Perudja ərazi mərkəzinə aiddir. Əhalinin sayı 2004-cü ilin məlumatlarına əsasən 17 075 nəfər, sahəsi isə 223 кm²-dir. Poçt indeksi 6059. Telefon kodu isə 075-dir. Yaşayış məntəqəsinin mühafizəkarı San Fartuna hesab edilir. 14 oktyabrda onun şərəfinə bayram keçirilir. Roma Papası Martin I burada doğulub.
Henriyetta Onodi
Henriyetta Onodi (mac. Henrietta Ónodi; 22 may 1974, Bekeşçaba) ― Macarıstan bədii gimnastı. 1992 və 1996 Yay Olimpiya Oyunların iştirakşısı olan Onodi 1992-ci ildə qızıl və gümüş medalları qazanmışdır. 1997-ci ildə gimnast karyerasını bitirdikdən sonra ABŞ-yə köçdü, amerikalı olimpiya beşnövçüsü Cimbo Heyli ilə evləndi və ABŞ vətəndaşı oldu. 2010-cu ildə adı Beynəlxalq Gimnastika Şöhrət Zalına salındı. == Karyerası == Gimanstlar arasında "Henni" kimi də tanınan Onodi gimnastika fəaliyyətinə 1978-ci ildə başladı və beynəxalq səviyyədə ilk dəfə 1986-cı ildə çıxış etdi. Yaşı çatmadığı üçün 1988 Yay Olimpiadasına vəsiqə qazana bilmədi. Böyüklər arasında debütu 1989-cu ilə təsadüf etdi, həmin ilin dünya çempionatında Macarıstan təmsilçiləri arasına salındı və burada çoxnövçülükdə 19-cu, gimnastika tiri yarışında isə 5-ci yeri tutdu. Növbəti bir neçə il ərzində Onodi böyük yarışlarda medallara iddialı yarışçı kimi göstərdi. 1989-cu ildə Avropa çempionatında müxtəlif hündürlüklü qollar yarışında qızıl medal qazanan ilk qadın macar gimnastı oldu; 1990-cı il Avropa çempionatında çoxnövçülük və sərbəst hərəkətlər yarışlarında üçüncü yeri tutdu.
Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (d. 20 fevral, 1953) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi(2018) == Həyatı == Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. == Elmi fəaliyyəti == Elmi tədqiqat istiqamətləri: ХХ əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi. Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir. 27 noyabr 2018-ci ildə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib." Əsas elmi naliyyətləri: Beynəlxalq kominternşünaslıq və iranşünaslıq sahəsində Fundamental monoqrafiya və digər tədqiqatlar Azərbaycan kitabxana və arxivlərində saxlanılan dövrü mətbuatı (ərəb əlifbasında, 18 dildə, 1050 adda) Ümumi Kataloqları – 3 kitab (Bakıda, Londonda vəTehranda nəşr olunmuşdur) 1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən "Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3monoqrafiya) == Əsas elmi işləri == 6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin (referat, rəy və s.) müəllifidir.
Amblyseiulella thoi
Amblyseiulella thoi (lat. Amblyseiulella thoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.