Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atskuri kilsəsi
Atskuri və ya Atskuri Məryəmin Ölümü kilsəsi (gürcücə: აწყურის ღვთისმშობლის მიძინების სახელობის ტაძარი) — cənubi Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Axısqa bələdiyyəsində yerləşən Atskuri kəndində tikilmiş orta əsrlər kafedralıdır. İlk dəfə X və XI əsrlərdə tikilmiş olan kilsə 1283-cü ildəki zəlzələ nəticəsində dağıldıqdan qısa müddət sonra yenidən inşa edilmişdir. Kafedral şrqində üç çıxıntısı olan xaçlı qübbə kilsəsi idi. Kafedral dövründə Gürcüstandakı ən böyük kafedrallardan biri olmuşdur, ancaq kilsədən geriyə sadəcə uçuq dıvarlar qalmışdır. 2016-cı ildə kilsəni tamamən yeniləmə layihəsi başladılmışdır. Kilsə Gürcüstanın Milli Əhəmiyyətə Sahib Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxildir. == Tarixi və memarlığı == Kilsə Kür çayının sağ sahilindəki kiçik təpənin ətəyində yerləşməkdədir. Biri 10 və 11-ci əsr, digəri 13 və 14-cü əsrlərə aid edilən iki inşaat qatı ayırd edilir. İkinci qat 1283 zəlzələsindən sonra inşa edilən strukturlardan ibarətdir. Atskuri Gürcüstanın mərkəz qismindəki ən önəmli xristian mərkəzlərdən biri olmuşdur.
Atskuri qalası
Atskuri qalası (gürcücə: აწყურის ციხე) — Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Borcomi qəsəbəsinə 30 kilometr məsafədə, Kür çayının sağ sahilində yerləşən orta əsrlərə aid qaladır. Qala orta əsrlər boyunca Gürcütanın müdafiəsində mühüm rol oynamış və müxtəlif vaxtlarda müxtəlif dövlətlər tərəfindən hücuma məruz qalmış və ələ keçirilmişdir. == Haqqında == X əsrdə inşa edilmiş Atskuri qalası orta əsrlər boyunca Gürcüstanın müdafiəsində mühüm rol oynamış qala bürcü olmuşdur. 1260-cı illərdə Arqun Ağa rəhbərliyindəki monqol ordusu Gürcüstan kralı VI Davidin monqol dövlətinə qarşı üsyan başladıb sığındığı bu qalanı mühasirəyə almışdır. XIII əsrin sonunda güclü zəlzələ bütün bölgəyə və qalaya böyük ziyan vurmuşdur. Övliya Çələbi XVII əsrin ortalarında qala haqqında bunları yazmışdır: "Qalaya İsgəndərin uçurumu deyilirdi. Şərəfnaməyə görə, bu struktur Gürcüstanda inşa edilmiş ilk qaladır. böyük İsgəndər tərəfindən ucaldılan qala böyüklüyü, dörd bucaqlı forması və qranit daşalrı il əməşhurdur. Bu dörd künclü antik qala Gürcüstana bağlı Axısqa valiliyinin əsas mərkəzi olmuşdur. Qalanın cənuba baxan böyük qapısı vardır.