Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paqanizm
Bütpərəstlik – təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır.
Azərbaycanda Paqanizm
Şərqi Zaqafqaziyada xristianlıqdan və İslamdan əvvəlki mifologiya haqqında çox az şey məlumdur; bununla bağlı mənbələrin əksəriyyəti əsasən Strabo kimi Yunan tarixçilərinə və arxeoloji dəlillərə söykənməktədir. === Bərhail === Barhail iki əsas Tanrıdan biri idi. Sağ əlində günəş, sol əlində ay tutur. Sağ əli Şərqi, sol əli isə Qərbi göstərir. Əgər bir anlıq sağ əlini düşürsə, dünya əbədi zülmətə qərq olacaq. Günlərin daha uzun və ya daha qısa olmasına qərar verir. === Səbail === Səbail iki böyük tanrıdan biri idi. Dəniz və küləyin qoruyucusu idi. Bərhailə qarşı dik durur. Sol əli okeanı qitələrdən ayırır, daşqınların qarşısını alır.
Roma paqanizmi
Qədim Romada din — qədim zamanlardan b.e. IV əsrində xristianlığın hökmranlığına qədər Roma dövlətinin sakinlərinin inancları və adətləri. Romalılar üçün din gündəlik həyatın bir parçası idi. Məhəllələrdə yerləşən ziyarətgahlar, bulaqlar, bağlar kimi müqəddəs yerlər şəhəri əhatə edirdi.Bu, Qədim Yunanıstan dini kimi, vahid təşkilat və qanunlara malik deyildi, lakin politeizm olmaqla, müxtəlif tanrıların kultlarından ibarət idi. Ailə həyatı və şəxsi işlərlə bağlı dini ayinləri ailənin atası özü yerinə yetirirdi. Kənddə onu xüsusi səlahiyyətlərə sahib mülkün ağası əvəz edə bilərdi. Rəsmi dövlət mərasimləri dolayısı ilə bəzi ali hakimiyyət daşıyıcıları tərəfindən həyata keçirilirdi. Bu, ilk növbədə sözdə keşiş padşahları vasitəsilə bir kral kimi, sonra konsul və pretor kimi, kritik anlarda isə diktator kimi həyata keçirilirdi. Eyni zamanda, baş pontifik funksiyasını birləşdirən imperator adətən öz təşəbbüslərini ifadə etmirdi. Kahinlər institutu Numa Pompili ənənəsi ilə təqdim edilmişdir.
Orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Satanizm
Satanizm — şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm özü-özlüyündə bir neçə məzhəbə bölünməkdədir. Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. LaVeyan satanizmi Allahın, ya da şeytanın varlığına inanmayan, lakin şeytani dəyərlərə üstünlük verən cərəyandır. Əsasən xristianlığa, ümumiyyətlə isə bütün dinlərə qarşı dini-fəlsəfi cərəyan olaraq ortaya çıxan, keçmişi olduqca qədim tarixə söykənməsinə baxmayaraq yaxın zamandan etibarən yeni bir din mahiyyətinə bürünən əhəmiyyətli bir inancdır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir. Bu səbəbdən, başda İngiltərə, Fransa və Almaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-də ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm; şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifət və oyanışı əsas alaraq, dinin və dini olan hər şeyin qarşısında, lakin şeytanın və onun təmsil etdiyi düşüncənin yanında iştirak edir.
Vaginizm
Vaginizm — səbəbləri 90% ehtimalla psixoloji təlaşla bağlıdır. 10% isə orqanik (yəni quruluşla bağlı) səbəblər rol oynayır. Orqanik (quruluşla bağlı) vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və ya yüksək kənarlı olması, qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu), vagina içindəki ara bölmələr, bartolin absesi, vulvar vestibulit sindromu, PID və vaginitlər daxildir. Bütün bu səbəblərlə doğru müalicəyə başlamazdan əvvəl ginekoloji müayinənin böyük əhəmiyyəti vardır. Vaginizm çox geniş yayılmış şüuraltı problemdir. Ümumiyyətlə vaginizmə səbəb olan keçmişdə baş vermiş mənfi cinsi təcrübələr və ya şüuraltına yerləşmiş şişirdilmiş qorxular vardır. == Vaginizmin psixoloji səbəbləri == Vaginizm problemini həll etmək üçün altında yatan səbəb və ya səbəbləri tapmaq şərt deyildir. Əsas məsələ “əzələ yaddaşının yenidən təşkil olunmasını” bacarmaqdır. Qızlıq pərdəsinin qorunması ilə bağlı uşaqlıqdan qalan mesajlar və qorxular Həddindən çox daxili intizam, qoruma xarakterli ailə nizamı Cinsi travmalar (sataşma, təcavüz, insest, fiziki şiddət, cinsi istismar, pornoqrafik filmə baxıb iyrənmə, ana-atanın cinsi əlaqəsinin şahidi olma kimi) Hamilə qalma qorxusu yaşayanlar (abort və ya doğum onlar üçün demək olar ki, dəhşətli bir şeydir) Hədsiz sərt bir cəmiyyət içində yaşama, sərt əxlaq qaydaları və qadağalar Cinsəlliyin günah, ayıb kimi anlayışlarla bərabər tutulması, ənənələrə əsaslanan ailə quruluşu Valideynlərdən birinin tələbkarlığı (avtoriteti) İlk gecə ilə bağlı yanlış, şişirdilmiş və yarımçıq məlumatlar və mənfi rəylər (ilk gecədə ağrı və ya qanamanın çox olacağı ilə bağlı düşüncələr) Cinsi əlaqə zamanı sıxılma və rüsvay olma qorxusu Vaginanın normaldan dar və kiçik olması, penisin girməsinin qeyri-mümkün olması düşüncəsiXüsusilə bizim kimi cəmiyyətlərdə gənc qızlara kiçik yaşlarından şişirdilmiş şəkildə “qızlıq pərdəsinin cəvahirat kimi çox dəyərli olması” düşüncəsi ilə bu mövzuda sərt rəftara məruz qalan qadınlar risk altındadırlar. Bundan başqa, uşaqlıq dövründə mənfi təcrübə və xatirələr də (sataşma və ya təcavüzlər, ev içində şiddət, sərt valideyn rəftarı) vaginizmə yol aça bilər.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat."Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı.Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. == Terminologiya == === Etimologiya === Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır. Nikoles Uitsen adlı holland bir səyyah 17-ci əsrin sonlarında bu sözü Qərbi Avropaya gətirdi. O, "Noord en Oost Tataryen" (1692) adlı kitabında tunqus və samodi dillərində danışan yerli Sibir xalqları və bu ərazilərdə qalması haqqında yazdı.
Ateistik satanizm
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Dini satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Ellis, Bill, Raising the Devil: Satanism, New Religions and the Media (Lexington: University Press of Kentucky, 2000).
Hiperqalin orqanizm
Hiperqalin orqanizm- yüksək duzluluğa malik su hövzələrində yaşayan orqanizm- Artemia salina xərçəngi
LaVeyan Satanizm
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Nikkolo Paqanini
Nikkolo Paqanini (it. Niccolò Paganini: 27 oktyabr 1782[…], Genuya, Genuya Respublikası[…] – 27 may 1840[…], Nitsa, İyul monarxiyası[…]) – italyan bəstəkar, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri. Baxmayaraq ki, onun yaşadığı XIX əsr bir neçə dahi skripkaçının şahidi olmuşdu, Paqaninin ustalığı həmkarlarının ustalığını üstələyirdi. Müasirləri onun bu istedadını qəlbini Şeytana satması müqabilində aldığı haqqında şayələr yayırdılar. == Həyatı == Nikkolo Paqanini Genuya şəhərində 6 uşağı olan Antonio Paqanini (1757–1817) və Tereza Boççardo ailəsinin üçüncü uşağı olmuşdur. Paqanininin atası müvəffəqiyyətsiz ticarətçi olmuş, lakin mandolinada musiqi ifa edərək öz gəlirini artırmağın öhdəsindən gəlmişdir. Paqanini, 5 yaşında olarkən atasından mandolinada, 7 yaşında isə skripkada ifa etməyi öyrənir. Musiqiçinin xatırladığına görə kifayət qədər məşğul olmadıqda atası onu ciddi şəkildə cəzalandırır və bu öz növbəsində onun sağlamlığına pis təsir göstərirdi. Sonralar Nikkolo özü musiqi aləti ilə maraqlanır və yeni musiqi növləri tapıb dinləyiciləri təəccübləndirməyi ümid edirdi. Uşaqlığında skripka üçün bir neçə əsərlər yazmış və məharətlə ifa etmişdir.
Teistik satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Ellis, Bill, Raising the Devil: Satanism, New Religions and the Media (Lexington: University Press of Kentucky, 2000).
Ənənəvi satanizm

Chenopodium paganum
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Chenopodium album var. paganum