orqanik
Orlean gölü
OBASTAN VİKİ
Orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Hiperqalin orqanizm
Hiperqalin orqanizm- yüksək duzluluğa malik su hövzələrində yaşayan orqanizm- Artemia salina xərçəngi
Orqanizm toxumaları
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Avtotrof orqanizmlər
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir. Produsent və onun becərilmə şəraitinin seçilməsi. Ferment istehsalının ilk mərhələsi çoxlu miqdarda istənilən fermenti sintez edən produsentin seleksiya yolu ilə seçilməsidir. Produsent aşağıdakı tələbləri ödəməlidir: – ferment hüceyrədən xaricə sintez edilməlidir. Hüceyrəxarici fermentlərin alınması hüceyrə divarının parçalanmasını tələb etmir, çox asan və ucuz başa gəlir; – az müddət ərzində çoxlu ferment sintez etməlidir; – əmələgələn fermentin ayrılması asan getməlidir. Deməli, produsent əlavə ferment və zülallar sintez etməməli və ya az miqdarda sintez etməlidir, belə olduqda fermenti asanlıqla ayırırlar; – ştamm antibiotik və toksin əmələ gətirməməlidir.
Bentik orqanizmlər
Bentik orqanizmlər – su hövzələrinin dib çöküntülərində, torpağın içərisində və onun üstündə yaşayan canlılar. 2 böyük qrupa ayrılır: bentik bitkilər (fitobentos) və bentik heyvanlar (zoobentos). Bentik oqanizmləri ölçülərinə görə mikro- (mikronlarla ölçülənlər), mezo- (millimetrlərlə ölçülənlər) və makro- (sm-lə ölçülənlər) bentosa bölürlər. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Birhüceyrəli orqanizmlər
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Qeyd etmək lazımdır ki, bəzi təsnifatlarda göbələklər və bitkilərə aid olmayan bütün eukariotik canlılar Protista parafiletik qrupa daxil edilir. Bu təsnifatda Protista – İbtidailər (Protozoa), Yosunlar (Algae) və Göbələyəbənzər orqanizmlər (Oomycota, Labyrinthulomycota, Hyphochytriomycota, Myxomycota, Plasmodiophoromycota). İbtidailərin təsnifatı onların hərəkət və çoxalma xüsusiyyətləri əsasında aparılır. == Protista == Protista anlayışı ilk dəfə 1866-cı ildə Hekkel tərəfindən verilmişdir. O, canlı aləmi 3 aləmə ayırmışdı: İbtidailər (Protista), bitkilər (Plantae) və heyvanlar (Animalia). Sonralar bu sistem qəbul edilmədi, eukariotlar ikialəmli sistemdə (Plantae və Animalia) təsnif edildi. Yalnız 1969-cu ildə Uitteker (Whittaker, 1969) bütün eukariotları 4 aləmdə (Fungi, Animalia, Plantae və Protista) birləşdirdi. Burada Göbələklər (Fungi) – miseli əsaslı struktura malik, saprofit qidalanma ilə yaşayan orqanizmlərdir; Bitkilər (Plantae) – çoxhüceyrəli damarlı eukariotlar olub fototrof qidalanma ilə yaşayan orqanizmlərdir; Heyvanlar (Animalia) — çoxhüceyrəli eukariotlar olub heterotrof qidalanma ilə yaşayan orqanizmlərdir.
Böyük orqanizmlər
Böyük orqanizmlər — bu, Yer kürəsində rast gəlinən daxil olduqları sinif və ya dəstələrdə (sıralarda) ölçülərinə görə (kütlə, uzunluq, hündürlük və s.) ən böyük olan heyvan, bitki və digər orqanizmlərin siyahısıdır.
Günəş şüalarının orqanizmə təsiri
Günəş şüalarının orqanizmə təsiri — Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var. D vitamini uşaq və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Günəşdən gələn üç cür şüa var və onların hər birinin fərqli təsiri var. Əvvəllər yer səthinə A və B ultrabənövşəyi şüaları çatırdı, indi onlara S şüası da əlavə olunub. S şüaları ozon təbəqəsinin ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir.
Heterotrof orqanizmlər
Heterotroflar (q.yun. ἕτερος — "başqa", "müxtəlif" və τροφή — "qida") — qeyri-üzvi yolla (fotosintez, hemosintez) üzvi maddələr sintez etmək qabiliyyəti olmayan orqanizmlər. Qidalanma prosesində hazır üzvi maddələrdən istifadə edən canlılar heterotrof (yun."hetero"-müxtəlif , "trofe"-qidalanma) orqanizmlər adlanır. Heterotroflar 2 yerə bölünür: saprofitlər və parazitlər. Saprofitlər hazır üzvi maddələrlə qidalanır, ancaq canlılara ziyan vermirlər. Bu cür qidalanmaya bakteriya və göbələklərdə daha çox rast gəlinir. Parazitlər canlı orqanizmlərdə yaşayır. Onlar sahib orqanizmdə qidalanır, ifrazat məhsullarını oraya xaric edir və xəstəlik törədir. Belə qidalanma üsuluna bakteriyalarda, göbələklərdə, bitki və heyvanlarda rast gəlinir. Viruslar da canlı orqanizmlərdə parazitlik edir.
Kolonial orqanizmlər
== Kolonial orqanizmlər == Kolonial orqanizmlər-su heyvanlarıdır. Qeyri cinsi çoxalma zamanı əmələ gələn yeni fərd ana fərddən ayrılmayaraq koloniya əmələ gətirir. Kolonial bitkilərə müxtəlif birhüceyrəli yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır. Kolonial heyvanlara bəzi qamçılılar, şüalılar, infuzorlar, süngərlər və bağırsaqboşluqlar aiddir. İbtidai xordalılardan sinassidilər, slaplar, və nəsli kəsilmiş qraptolitlər kolonial orqanizmlərdir.Salam == Koloniya == Koloniya-(lat. colonia -köçmə) orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşma. Orqanizmlərin (növ və fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşmalardır. Koloniyaları əsasən oturaq heyvanlar əmələ gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola bilər (məs.
Orqanizmlərin koloniyası
Orqanizmlərin koloniyası Bir növ orqanizmlərin daimi və ya müvəqqəti birgə yaşayan qrupu, onlardan hər biri ayrılıqda yaşamaq qabiliyyətinə də malikdir. Lakin evolyusion qonşuluqda yaşamağa alışaraq biri digərindən fayda alır. Oturaq həyat keçirən orqanizmlərin daimi sığınacaqda məskən salması (bəzi yarasa növləri, qarışqalar və s.). Heyvan koloniyası olduqca müxtəlifdir: a) tək-tək formaların sadə ərazidə yığışması; b) Koloniyanın mürəkkəb forması-məskunlaşmış heyvanlar bir neçə funksiyanı birgə (əlbir) yerinə yetirir (düşməndən müdafiə, ehtiyat siqnalı). məs., qağayı, kayra, qaranquş, dolaşa, albatros; v) həşərat birliyinə xarakterik olan olduqca mürəkəb kaloniya tipi (termitlər, qarışqalar, arılar və s.). Belə koloniya ana və qız ailələrindən ibarət olub qohumluq əlaqəsini nizamlayır. Bu vaxt həşəratlar bir çox əsas funksiyanı birgə yerinə yetirir (çoxalma, müdafiə, özünü və nəslini yemlə təmin etmək və s.). Bu zaman fərdlər və yaş qrupları arasında məcburi əməkbölgüsü yerinə yetirilir. Kaloniyanın üzvləri biri-birilə daimi məlumat mübadiləsi əsasında fəaliyyət göstərir.
Orqanizmlərin sayı
Orqanimzlərin sayı aşağıdakı kimidir. Vahid sahədə hər hansı bir növün fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s. (gözəyarı və ya nisbi uçot metodları ilə) Növün populyasiyasında və ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hindistanda fillərin sayı və s.) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq). Orqanizmlərin hədsiz çoxalması; populyasiyanın sıxlığı məskunlaşdığı yerin həcmini maksimal doldurur. Bu fazada zərərvericilər kənd təsərrüfatına, maldarlığa və insanlara böyük ziyan yetirir.
Pelagial orqanizmlər
Suyun bitki orqanizmində hərəkəti
Suyun bitki orqanizmində hərəkəti — suyun bitkidə hərəkətinə təsir edən amillər. Kökün cavan hissələrinin ən kənar təbəqələrindəki hüceyrələrə torpaqdan osmotik təzyiqlə su daxil olub apoplast ilə hərəkət edir. Torpaqda su bir neçə formada olur, lakin bitkilər onlarin hamsını mənimsəyə bilmir. Belə su formalarindan suxurların tərkibində olan su bitkilər tərəfindən alına bilmir, torpaq kolloidlərindəki hidratlaşma suyu daha çox möhkəm birləşdiyindən mənimsənilmir. Lakin torpaqdakı məsamələrdə olan və kapillyyar suyu adlandırılan su bitkilər tərəfindən asanliqla mənimsənilə bilir. Bunun üçün bitkilər, hər şeydən əvvəl, torpağın sorucu qüvvəsini aradan qaldırilmalıdır. Bu qüvvə, potensial şişmə, osmotik təzyiqlərin cəmindən ibarətdir. Torpaq quruduqca,onun sorucu qüvvəsi artır. Çox hallarda π {\displaystyle \pi } 5atm-dən az olduğu halda şoran torpaqlarda bəzən 30 atm-dən də böyük olur. Alçaq temperaturda suyun udulması və bitkilərdə hərəkəti çətinləşir.
Üzvi maddələrin bitki orqanizmində hərəkəti
İnformasiya orqanizmi
İnforq və ya informasiya orqanizmi — infosferada mövcud olan informasiyadan ibarət olan, informasiyanın təcəssümü olan orqanizm. İnformasiya ilə bağlı olaraq təcəssüm olunmuş bu orqanizmlərə təbii agentlər də deyilir. İnforqlar Lusiano Floridi tərəfindən infosferanı təşkil edən obyektləri təsvir etmək üçün istifadə edilmişdir. Sözün istifadəsi "müstəqil və unikal varlıqlar"ı deyil, informasiyadan ibarət olan orqanizmləri təsvir edir. İnforqların bu təsviri onların infosferada süni agentlərlə yanaşı təbii agentlər kimi mövcud olmasına imkan verir. İnforqlar hibrid agentin bir hissəsi ola bilər, məsələn, rəqəmsal kameralar, mobil telefonlar, planşetlər və notbuklar kimi rəqəmsal cihazları olan bir ailədir. Norbert Viner orqanizmləri davamlı Şannon informasiyasının nümunələri ilə müəyyən edilmiş varlıqlar kimi təsvir edir. Klod Şennonun adını daşıyan Şennon informasiyası təbiət və elm qanunları ilə manipulyasiya olunmağa imkan yaradan informasiyaları fiziki aləmdə yerləşdirir. Beləliklə, inforqlar maddə, enerji və Şennon informasiyasından ibarətdir. İnforqlar və Şennon informasiyasının komponentini dəstəkləyən bir təcrübə məlumatların saxlanması üçün bir vasitə kimi DNT-nin istifadəsidir.
Orqanizmlərin quruluşu
Morfologiya — orqanizmlərin forma və quruluşunu, onların spesifik struktur xüsusiyyətlərini öyrənən biologiya bölməsi. Bura görünüşün aspektləri (forma, quruluş, rəng, naxış, ölçü), yəni xarici morfologiya (və ya eidonomiya), həmçinin sümüklər və orqanlar kimi daxili hissələrin forması və quruluşu, yəni daxili morfologiya (və ya anatomiya) daxildir. Bu, ilk növbədə funksiya ilə məşğul olan fiziologiyadan fərqlidir. Morfologiya bir orqanizmin və ya taksonun və onun tərkib hissələrinin ümumi quruluşunun öyrənilməsi ilə məşğul olan həyat elminin bir sahəsidir. == Tarixi == "Morfologiya" sözünün etimologiyası qədim yunanca "forma" mənasını verən μορφή (morphḗ) və "söz, öyrənmək" mənasını verən λόγος (loqos) sözlərindən gəlir. Biologiyada forma anlayışı funksiyadan fərqli olaraq Aristotelə gedib çıxsa da, morfologiya sahəsi Yohann Volfqanq Göte (1790) alman anatomisti və fizioloqu Karl Fridrih Burdah tərəfindən işlənib hazırlanmışdır (1800). Digər mühüm morfoloji nəzəriyyəçilərə Lorenz Oken, Jorj Küvye, Jofrua Étyen Sent-İller, Riçard Ouen, Karl Gegenbaur və Ernst Hekkel daxildir. == Morfologiyanın bölmələri == Müqayisəli morfologiya — orqanizmin bədən planı daxilində strukturların yerləşmə nümunələrinin təhlilidir və taksonomik təsnifatın əsasını təşkil edir. Funksional morfologiya — morfoloji əlamətlərin quruluşu və funksiyası arasındakı əlaqəni öyrənir. Eksperimental morfologiya — genetik mutasiyaların təsiri kimi eksperimental şəraitdə orqanizmlərin morfologiyasına xarici amillərin təsirinin öyrənilməsidir.

Значение слова в других словарях