Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pantsir-S1
Pantsir-S1 (rus. Панцирь-С1, NATO kod adı: SA-22 Greyhound) — Rusiyanın Tula şəhərində yerləşən KBP korporasiyası tərəfindən istehsal olunan qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksi. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub. Pantsir-S1 hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur. == Dizayn == 1995-ci ildə ilk hazırlanmış variant 1L36 radarı ilə təchiz olunmuşdu. Bu radar sonradan başqa bir sistemlə əvəz edilmişdir. Bu qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi təkərli və ya tırtıllı maşınların üzərində yerləşdirilə bilər. Sistemin hava hücumundan müdafiə komplektinə avtomatik zenit-artilleriya topu, səth-hava raketləri, radar və ya optik axtarış sistemi və radio-nəzarət məntəqəsi daxildir. Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır.
Bankir
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır.Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir. == Tarix == Qədim Babildə, Misirdə, Yunanıstanda bank fəaliyyətinin olduğu etibarlı tarixi qaynaqlardan məlumdur.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Kanser
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Panjin
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Pansori
Pansori (kor. 판소리 - phansori) — müğənni ilə davulçü tərəfindən ifa edilən Koreya musiqili nağılbazlıq janrı. Cənubi Koreya hakimiyyəti pansori müğənniləri yaşayan milli xəzinə olduğunu sayır. 2003-cü ildə o, UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. == Etimologiya == Pansori sözü phan (kor. 판) və sori (kor. 소리) sözlərdən ibarətdir. Phan sözünün müxtəlif mənaları var və tədqiqatçılar onun bu sözdə nə məna daşıdığı haqqında razılıqda deillər. Mənalardan biri toplaşmadır, başqası isə fərqli tonlarda bəstələnən mahnıdır. Sori sözü isə səs demək.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Pendir
Pendir — südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Adətən ağ və açıq-sarı rəngdə, deşikli və ya deşiksiz olur. Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir. Pendirin hazırlanmasında istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar, kiflər, sonrakı emalı (barlanma, duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir.
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki «yuxarı» və sə «baş», «hündür» sözlərindəndir (Yuxarıbaş kəndi). == Tarixi == Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər ( indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253 -cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsi ilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Pəncşir
Pəncşir vilayəti (fars. پنجشیر‎, hərfi "beş aslan") — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.610 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 139.1 min nəfər, inzibati mərkəzi Bazarək şəhəridir. Pəncşir vilayəti Əfqanıstanın 34-cü vilayəti olaraq 13 aprel 2004-cü ildə yaradılmışdır. Pəncşir vilayəti Əfqanıstanın şərqində, Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında yerləşir. Vilayət Bəğlan və Təxar vilayətləri ilə, cənubda Lağman və Kapisa vilayətləri ilə, şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə, qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir. == Əhalisinin etnik tərkibi == Əhalisi əsasən taciklərdən, həzaralardan, paşayilərdən, nuristanilərdən, Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir.Taciklər sünni-islam etiqadlı farsdilli xalqdır. Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar. Vilayətin Saləng rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar. Həzaralar şiə-islam etiqadlı qədim türk (faktlara əsasən qədim Dəri dilində danışırlar) kökənli xalqdır.
Ramşir
Ramşir — İranın Xuzistan ostanının şəhərlərindən və Ramşir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,782 nəfər və 4,604 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhərin qədimki adı Xələfabad idi və müşəşəilər qəbiləsindən olan Seyid Xələf Müşəşəi tərəfindən yaradılmışdır.
Spanair
Spanayr və ya Spanair — İspaniya, Malyorkada bir hava yolu şirkətidir. SAS Group-una aiddir. Aprel 2003-cü ildən etibarən Spanayr bir Star Alliance hava yolu ittifaqı üzvüdür. 28 Yanvar 2012 də iflas etmişdir, bütün uçuşlarını dayandırmışdır. == Qəza == Ən son qəzası: 20 Avqust 2008-ci ildə JK 5022 səfər sıralı Madrid-Kanariya adaları uçuşunu reallaşdıracaq MD-82 tipli təyyarə qalxış zamanı sol mühərrikinin alov alması nəticəsində yerə düşdü. Bu qəzada 154 sərnişin ölmüşdür.
Xansar
Xansar və ya Xunsar — İranın İsfahan ostanının şəhərlərindən və Xansar şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,490 nəfər və 6,019 ailədən ibarət idi. Əhlisinin əksəriyyəti Xansarlardan və yəhudilərdən ibarətdir, xansar dilində və Yəhudi-Xansar dilində danışırlar və şiə müsəlman və yəhudidirlər.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). == İqtisadiyyat == Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Banşi
Banşi (ing. Banshee) - İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Pamir
Pamir dağları — Orta Asiyada Tacikistan-Çin, Sincan-Uyğur Muxtar Rayonu sərhədlərində olan və Himalay dağlarının şimal silsilələrini təşkil edən sıra dağlar. Hisar vadiləri Tanrı dağlarını Pamir dağ sistemindən ayırır. Bir digər adıda Zalım Xalıd olan Pamir dağları, eyni zamanda Sincan-Uyğur Muxtar Rayonu daxilinə 1.760 km girir. Ən yüksək zirvəsi 7495 m. yüksəkliyi ilə İsmayıl Samani zirvəsidir. Pamir dağlarından gələn Seyhun və Ceyhun çaylarının sularının toplanması ilə bu gün qurumaqda olan Aral gölü həyata qayıdır. Xaşxaşın vətəni sayılır.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.