Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pireney
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
Pərəndək
Pərəndək — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,184 nəfər və 1,631 ailədən ibarət idi.
Pətənək
Pətənək — quşların mədə hissəsi. == Mətbəxdə == Pətənək Azərbaycan milli mətbəxində geniş istifadə olunur. Toyuq pətənəyindən qovurma da hazirlanir.Hazırlanma qaydasi:Toyuq pətənəyi isti suda dəfələrlə yuyulduqdan sonra,3-4 saat bişirilir.3-4 saat bişirildikdə yumşaqlaşmış pətənək kərə yağında qovrulur.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Cənubi Pireney
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). == Coğrafiya == Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. == İnzibati bölgü == Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Murad Paranuk
Murad Salehoviç Paranuk (rus. Мурат Салихович Паранук; 5 may 1912, Kuban vilayəti[d] – 4 iyul 1970, Maykop, Krasnodar diyarı) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur. == Həyatı == Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır. "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir.
Partene (rayon)
Partene (fr. Parthenay) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dö-Sevr. Suprefektura — Partene. Rayon əhalisi 2006-cı ildə 63 230 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 40 nəf / km². Rayon ərazisi — 1585 km².
Pireney dağları
Pireney dağları (fr. Pyrénées, isp. Pireneos) — Fransa ilə İspaniya arasında dağ sistemi.
Pireney xıncalausu
Pireney yarımadası
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
Pəçənək dili
Pəçənək dili — peçeneqlər tərəfindən danışılan Oğuz qrupuna aid bir türk dilidir. Pəçənəklər Orta Asiyadan Avropaya gəlmişlər və Balkanlara yerləşmişlər. Bizansa axınlar etmişlər Pəçənək Xanlığını qurmuşlar. Daha sonra Pəçənək Xanlığı Bizanslılar tərəfindən yıxılmışdır.
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Yuxarı Pireney
Yuxarı Pireney (fr. Hautes-Pyrénées, oks. Hauts Pirenèus, Auts Pirenèus) — Fransanın cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 65. İnzibati mərkəzi — Tarb. Əhalisi — 237 945 nəfər (departamentlər arasında 84-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 4464 km². Əsasən dağlıq ərazidir. Departamentə 3 rayon, 34 kanton və 474 kommun daxildir. == Tarixi == Yuxarı Pireney — 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir.
Şərqi Pireney
Şərqi Pireney (fr. Pyrénées-Orientales) — Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən departament. Fransa departamentlərinin sıra sayına görə Şərqi Pireney 67-ci sırada yer almışdır. 2010-cu ilin departamentlər arasındakı siyahıya alınmasına əsasən əhalinin sayı 457.238 nəfərə çatmışdır. == Coğrafiyası == Departament ərazisi 4116 km²-dir. Pireney sistemində, şərq hissəsi Aralıq dənizi ilə, cənubda isə İspaniya ilə sərhəddədir. Departamentə 3 rayon, 31 kanton və 226 kommuna daxildir. Şərqi Pireney, 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir. Katalan dili bu ərazidə geniş yayılmış və buna görə də departament çox zamalar Katalon torpaqları adlanmışdır.
Pireney pişiyi
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü.
Pireney quşsüdü
Pireney quşsüdü (lat. Ornithogalum pyrenaicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-65 sm olan bitkidir. Soğanağı qismən iri, yumurtaşəkilli, eni 1,5-3 sm olub, bayır tərəfinin çox hissəsi ağ pərdəşəkilli, şəffaf və ya qonur rəngli qurumuş qınla örtülüdür. Gövdəsi düz, dəyirmi, çılpaq, içi boş, möhkəm və yarpaqlardan uzundur. Yarpaqları ensiz-neştərvaridir, qismən novşəkillidir, eni 4-6 mm-dir və gövdədən qısadır. Çiçək qrupu çoxçiçəklidir, uzunluğu 10-25 sm-dir. Çiçəkləri qismən uzun saplaq üzərində yerləşmişdir; aşağı hissədəki saplaqlar yuxardakılardan qısadır; çiçəkləmə dövründən sonra saplaq çiçək qrupunun oxuna doğru qismən sıxılır. Çiçək qrupunun uzunluğu 10 25 sm-dir. Çiçəkaltlıqları çiçək saplağından qısadır, neştərvaridir, sivriləşmişdir və ağ pərdəvaridir.
Areca parens
Areca parens (lat. Areca parens) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
David Areneo
David Areneo (6 iyun 1995) — Malavilı oxatan. David Areneo Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == David Areneo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində İtaliyanın nümayəndəsi David Paskualuççi ilə üz-üzə gəldi. Həmin görüşdə David Areneo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Pörnək (Puldəşt)
Pörnək (fars. پورناك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 599 nəfər yaşayır (150 ailə).
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. == Tarixi == Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Türkman eli.
Sost (Yuxarı Pireney)
Sost (fr. Sost) — Fransada kommuna, Cənub-Pireney regionunda yerləşir. Yerləşdiyi departament — Yuxarı Pireney. Moleon Barus kantonuna daxildir. Banyer-de-Biqor rayonunda yerləşir. Kommunanın INSEE kodu — 65431-dir. == Coğrafiyası == Kommuna təxminən Parisdən 680 km cənubda, Tuluza şəhərindən 105 km cənub-qərbdə, Tarb şəhərindən isə 55 km cənub-şərqdə yerləşir.Urs-de-Sost çayı kommunanın ərazisindən axır. Kommunanın ərazisinin böyük hissəsini meşələr tutur. == İqlimi == İqlimi demək olar ki, bütün il ərzində günəşli isti hava və bol yağıntı ilə müşahidə edilir.