Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Paranoya
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər. Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar. == Tarixi == Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Patnos
Patnos — Ağrı ilinin ilçəsi.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir == Coğrafiyası == Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. == Tarixi == Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Arnyoy adası
Arnyoy adası (norv. Arnøy, Ş.saam. Árdni) və ya Arnyoya (norv. Arnøya) — Ada Şervyoy kommunasına daxildir. Norveçin ən böyük 10 adası siyahısına daxildir. Sahəsi 276 km²-dir. Maksimal hündürlüyü 900 metr olan bir neçə zirvəyə sahibdir. Maksimal hündürlüyü 1168 metrdir (Arnyoyxyoqda). Adada bir neçə balıqçı qəsəbəsi vardır.
Karsten Tarnou
Pannon boymadərəni
Pannon boymadərəni (lat. Achillea pannonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Pannon rusinləri
Pannon rusinləri — Rusinlərə aid olan etnik qrup. Əsasən Serbiyanın muxtar ərazisi olan Voevodina və Xorvatiyada yayılmışdır. Rusinlər Xorvatiya və Serbiya ərazisinə Avstriya-Macarıstan İmperiyası dönəmində azad vətəndaşlar olaraq indiki Şərqi Sloveniyadan gəlmişlər. Onların bir qrupu özlərinmi ukraynalılar, digərləri isə rusinlər hesab edir. Serbiyada ayrıca xalq hesab edilirlər. Cənubi rusin dili Voevodina ərazisində altı rəsmi dildən biri sayılır. . == Demoqrafiya == 2011-ci il siyahıya alınmasına görə Voevodina ərazisində 14 246 rusin yaşayır (1981-ci ildə sayları 23 min idi). Rusinlərin mədəni mərkəzi Kula dairəsində olan Ruski-Krestur kəndidir. Rusinlərin üstünlük təşkil etdiyi kəndlər — Kosur və Bikiç Dol (Şid dairəsi). Rusinlər həmcinin Şərqi Slovakiyada və Xorvatiya ərazisində yayılmışlar.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Vasili Barnov
Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi. == Həyatı == Vasili Koda (indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli)) kəndində, feodal ənənələrinin hakim olduğu zəngin keşiş ailəsində anadan olmuşdur. Tiflis və Moskvadakı ilahiyyat seminariyalarında təhsil almışdır. 1882-ci ildə vətəninə qayıdaraq Senaki, Telavi və Tiflisdə gürcü dili və ədəbiyyatından dərslər verir. Tbilisi İlahiyyat Seminariyasında ədəbiyyat müəllimi olaraq həm folklordan, həm də gürcü ədəbiyyatının öyrənilməsi üçün xüsusi dərslər verir. Xüsusilə bunun üçün "Gürcü ədəbiyyatı tarixinin dərsləri" dərsliyini yazır(1919). Bu dərslik ilə məktəbli gürcü gəncləri milli folklor nümunələri ilə tanış olurlar və doğma ədəbiyyat tarixinə yiyələnirlər. Vasili Barnov Tiflis kursant məktəbində gürcü ədəbiyyatı kursundan dərs demişdir. O, həmçinin jurnalistika ilə məşğul idi, gürcü folklorunu öyrənirdi. == Yaradıcılığı == Vasili Barnov gürcü ədəbiyyatında tarixi roman janrını canlandırır.
Yuri Barboy
Yuri Barboy (tam adı: Yuri Mixayloviç Barboy, rus. Юрий Михайлович Барбо́й; 17 oktyabr 1938 — 31 dekabr 2017, Sankt-Peterburq) — Rusiya teatrşünası, professoru, elmlər doktoru, Rusiya Federasiyasının əməkdar artisti (2008), Rusiyanın Humanitar Akademiyasının həqiqi üzvü. == Bioqrafiya == Yuri Mixayloviç Barboy 17 oktyabr 1938-ci il tarixində anadan olmuşdur. Barboy Leninqrad Teatr İnstitutununun (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) məzunu olmuşdur. Barboy daha sonra Uzaq Şərq Dövlət İnstitutunun teatr fakültəsinə daxil olmudur. Barboy ömrünün çox hissəsini Sankt-Peterburq şəhərində keçirmişdir. Onun əsas araşdırma mövzuları teatr tarixi, teatr tənqidçiliyi, teatr sosiologiyası və drama nəzərriyəsidir. 1980-ci illərdə o "Sosiologiya və Teatr" araşdırma qrupunun üzvü olmuşdur. Yuri Barboy Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun teatr şöbəsinin professoru və rəhbəri idi. O həmçinin, Sankt-Peterburq Avropa Universitetinin incəsənət tarixi fakültəsinin professoru idi.
Parrot OS
Parrot OS təhlükəsizlik, məxfilik və inkişafa diqqət yetirən Debian-a əsaslanan Linux distributividir. == Nüvəsi == Parrot Linux 5.10 nüvəsi ilə Debian-ın "sınaq" bölməsinə əsaslanır. O, yayma buraxılış (Rolling release) inkişaf modelini izləyir. İş masası mühitləri MATE-dir və standart displey meneceri LightDM-dir. == Buraxılışlar == Parrot Debian-a əsaslanan və müxtəlif iş masası mühitləri olan çoxsaylı növlərə malikdir. === Parrot Security === Parrot hücumun azaldılması, təhlükəsizlik araşdırması və zəifliyin qiymətləndirilməsi üçün istifadə olunacaq nüfuzetmə testi alətləri dəstini təmin etmək üçün nəzərdə tutulub. O, nüfuz sınağı, zəifliyin qiymətləndirilməsi və azaldılması, kompüter ekspertizası və anonim internetə baxış üçün nəzərdə tutulmuşdur. === Parrot Home === Parrot Home gündəlik istifadə üçün nəzərdə tutulmuş Parrot-un əsas nəşridir və o, noutbuklarında və ya iş stansiyalarında "yüngül" sistemə ehtiyacı olan adi istifadəçiləri hədəfləyir. Dağıtım gündəlik iş üçün faydalıdır. Parrot Home həmçinin insanlarla şəxsi söhbət etmək, sənədləri şifrələmək və ya anonim şəkildə internetə baxmaq üçün proqramları ehtiva edir.
Amaro Parqo
Amaro Rodriquez-Felipe y Tejera Maçado və ya Amaro Parqo (3 may 1678 – 4 oktyabr 1747) — İspan pirat. == Həyatı == Gəncliyində Karibdə tarlalarda işlətmək üzrə aparılan Afrikalı qul ticarəti daxil olmaqla ticarət işlərə və pirat fəaliyyətlərinə başladı. Sor María de Jesús ilə olan yaxın dostluğu səbəbiylə xeyir işləri də etməyə başladı. Amaro Parqo, məmləkəti San Kristobal de La Laqunada 4 oktyabr 1747-ci il tarixində vəfat etdi, eyni şəhərdə olan Santo Dominqo monastrına basdırıldı. Amaro Parqo, İngilis və Hollandalılara qarşı verdiyi mübarizə səbəbiylə İspaniyada milli bir qəhrəman olaraq qəbul edildi.
Arföy (Alye)
Arfyoy (fr. Arfeuilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 685 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 404 nəfər (15–64 yaş) arasında 258 nəfər iqtisadi cəhətdən, 146 hərəkətsiz (fəaliyyət göstərici 63,9%, 1999-cu ildə 66,5%) idi. Fəal olan 258 nəfərdən 226 nəfəri (138 kişi və 88 qadın), 32 nəfəri işsiz (15 kişi və 17 qadın) idi. Aktiv olmayan 146 nəfər arasında 23 nəfər şagird və ya tələbə, 71 nəfər təqaüdçü, 52 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Karoy Kişfaludi
Karoy Kişfaludi (mac. Kisfaludy Károly; 5 fevral 1788[…], Tet[d], Dyör-Moşon-Şopron – 21 noyabr 1830[…], Peşt[d], Peşt medyesi) — Macarıstan dramaturqu və sənətçisi, Şandor Kişfaludinin qardaşıdır. Milli dramın təsisçisi idi. == Həyatı == Karoy ailədə səkkiz övladın ən kiçiyi idi, anası onu dünyaya gətirərkən vəfat etmişdi. Atası ilə münasibətində bir sıra çətinliklər yaşayırdı. 1804-1811-ci illərdə orduda xidmət edərkən poemalar və mahnılar yazmağa başladı. İtaliya, Serbiya və Bavariyada Napoleon müharibələrində xidmət etmişdi. 1810-cu ildə geri döndükdən sonra Katalin Hepper adlı bir xanımla qısa bir münasibət yaşadı, lakin onunla ailə həyatı qurmadı. Ordudan istefa etdikdən sonra atası ilə münasibətləri daha da pisləşdi və Vaş medyesində bacısı Terezin evində yaşamağa məcbur oldu. İncəsənəti oxudu və 1812-ci ildə Vyanaya, 1815-ci ildə isə İtaliyaya səfər etdi, lakin 1819-cu ilin aprel və iyun aylarına kimi nə yazıçılıqda, nə də rəssamlıqda uğur qazanmağı bacarmadı.