Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Karol Ci
Karolina Giraldo Navarro (isp. Carolina Giraldo Navarro; 14 fevral 1991, Medellin, Kolumbiya) — Karol Ci adı ilə tanınan Kolumbiya müğənnisi.
Karol G
Karolina Giraldo Navarro (isp. Carolina Giraldo Navarro; 14 fevral 1991, Medellin, Kolumbiya) — Karol Ci adı ilə tanınan Kolumbiya müğənnisi.
Karol Laythay
Karol Laythay (d. 7 dekabr 1886 – ö. 1945) — macar film rejissorudur. == Həyatı == Karol Avstriya-Macarıstan ərazində yerləşən Marosvasarhelidə (hal-hazırda Rumıniyanın Transilvaniya bölgəsində yerləşən Tırgu- Mureş şəhəri) doğulmuşdur. Film karyerasına 1916-cı ildə başlamışdır. Karol 1916-1944-cü illər ərzində 17 filmə rejissorluq etmiş, həmçinin, 1916-1920-ci illər ərzində 13 filmdə rol almışdır. Karol Laythay 1945-ci ildə vəfat etmişdir.
Karol Linetti
Karol Linetti (2 fevral 1995) — Polşalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubu və Polşa milli komandasının yarımmüdafiəçisi. Linetti Polşa milli komandasında, 18 yanvar 2014-cü ildə Norveçə qarşı oyunda debüt edir və ilk oyunda milli komandanın heyətində ilk qolunu vurur. O, həmçinin Avro 2016-da, Polşa milli komandasının üzvü idi. 2018-ci ilin iyun ayında Rusiyada təşkil edilən 2018 FIFA Dünya Kuboku zamanı Polşanın 23 nəfərlik heyətində yer alıb. == Karyera statistikası == === Klub === Sonuncu dəfə 23 may 2021 tarixində yeniləndi === Milli komanda === Sonuncu dəfə 19 iyun 2021 tarixində yeniləndi ==== Milli komandadakı qolları ==== Hesablar və nəticələr ilk növbədə Polşanın qol sayını göstərir.
Karol Voytıla
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. == Həyatı == 1938–1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Pavol Çervenak
Pavol Çervenak (1 iyul 1987-ci ildə anadan olub) — Pavol Kervenak kimi də tanınan, Slovakiyanı təmsil edən peşəkar tennisçidir. Pavol Çervenak Ştutqart turnirinin ikinci dövrəsində torpaq kortda Tommi Haasa qalib gəlmişdir.(6–4, 6–4).
Tina Karol
Tina Qriqoryevna Karol (ukr. Тіна Григорівна Кароль), doğum adı Tatyana Qriqoryevna Liberman (ukr. Тетяна Григорівна Ліберман; d. 25 yanvar 1985, Orotukan, Yaqodin, Maqadan vilayəti, RSFSR, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2017). Tina Karol 25 yanvar 1985-ci ildə Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olmuşdur.1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçən Tina 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirmişdir."Novaya Volna-2005" müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanmışdır. 2006-cı ildə buraxdığı “Show me your love” albomu uğur qazanır və Ukrayna Tinanı 2006 Avroviziya Mahnı Müsabiqəsinə göndərməyi qərara alır. Yunanıstanın paytaxtı Afinada keçirilən müsabiqədə Tina “Show Me Your Love” (Azərbaycan dilində: "Mənə sevgini göstər") mahnısını ifa edir və 7-ci yerə layiq görülür. İndiyədək onun 3 albomu və 8 sinqlı işıq üzü görüb.
Şarol (rayon)
Şarol (fr. Charolles) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sona və Luara. Suprefektura — Şarol. Rayon əhalisi 2006-cı ildə 100 904 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 40 nəf / km². Rayon sahəsi — 2500 km².
Pavol Nedo
Pavol Nedo (y.sorb Pawoł Nedo; 1 noyabr 1908[…] – 24 may 1984[…], Leypsiq) — sorb müəllimi, professor, etnoqraf və ictimai xadim. "Domovina" mədəni və ictimai cəmiyyətinin sədri (1933-1950). 1 noyabr 1908-ci ildə Veissenberg şəhəri yaxınlığındakı Kotetsy sorb kəndində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra 1928-ci ildə Bautzendəki orta məktəbdə oxuyub. Sonra 1932-ci ilə qədər Leypsiq Universitetində oxumuş, burada etnologiya, pedaqogika və alman filologiyası üzrə təhsil almışdır. Yalnız burada, kollecdəki sorb dostlarının əhatəsində o, sorb dilini, ədəbiyyatını və folklorunu dərindən öyrənməyə başlayır. Burada o, həm də Sorb Tələbələri Assosiasiyasının üzvü və daha sonra sədri olur. Nasist rejimi hakimiyyətə gəldikdən sonra yerli hakimiyyət orqanları tərəfindən “Vendiya mədəniyyəti üzrə texniki məsləhətçi” vəzifəsinə təyin edilib. Domovina üzvlərinin 27 dekabr 1933-cü ildə keçirilən qurultayında o, nasist rejimini dəstəkləməyə çağırırdı. Həmin qurultayda o, yekdilliklə sorb Domovina ictimai təşkilatının sədri seçildi.
Paro Taktsanq
Paro Taktsanq — Butanın Paro vilayətində yerləşən buddist məbədi “Taxsanq Lakxanq” Paro şəhərinin Şimalında, hündürlüyü 3120 m olan bir uçurumun üstündə yerləşir. Məbədin bir çox adı var:Taksanq-lakxanq, Paro Taksanq və Taxsanq-dzonq. Adı “Pələng yuvası” kimi tərcümə olunur. Məbədin tikildiyi qayanın yamacları demək olar ki, dikdir və məbəd binalarının xarici divarları uçurumun ən kənarında, sanki qayaya "gömülmüş" kimi inşa edilmişdir. İlk baxışda məbədə giriş əlçatmaz görünür, lakin əslində Taxsanq Lakxanq məbədinə çatmağın bir neçə yolu var: şimal-qərbdən və ya cənubdan (zəvvarlar adətən bu yolla gedirlər) və ya şimaldan "Yüz min Pəri" və ya “Bumda” adlanan qayalı bir yayladan. Daha sonra şam meşəsindən keçən qatır yolu var. Bu yol mamır çələngləri və rəngli bayraqlar ilə bəzədilib. Məbəd 1692-ci ildə inşa edilib. İlk vaxtlar meditasiya üçün istifadə edilib. Məbədlə bağlı çoxsaylı əfsanələr gəzir.
Yetti Parl
Yetti Parl (27 may 1921, Amsterdam) — Niderland müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "De Vogels Van Holland" mahnısı ilə təmsil etmişdir.
Space Patrol Luluco
Space Patrol Luluco (宇宙パトロールルル子, Uchū Patorōru Ruruko) — Trigger tərəfindən Hiroyuki İmaişinin ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Anime 1 aprel 2016-cı ildən 24 iyun 2016-ci ilə kimi Ultra Super Anime Time veriliş bloku vasitəsilə Yaponiyada yayımlanmışdır. Luluko Kosmik Patrul üçün işləyən atası ilə birlikdə yaşayan on üç yaşlı qızdır. Onlar Günəş sisteminin sərhədində yerləşən, kosmik məskunlaşma zonasında olan Ogikobo adlanan ərazidə yaşayırlar. 20 il əvvəl yad immiqrantların öz ecazkarlığı ilə seçilən bu şəhərə gəlmələrinə baxmayaraq, Luluko normal məktəbli qızın həyatını yaşayırdı. Hekayə bir gün Lulukonun atasının təsadüfən özünü dondurması ilə başlayır. Luluko isə çıxış yolu olmayaraq atasının iş yerinə gedir. Burada şöbə müdiri tərəfindən Kosmik Patrulun üzvü seçilir. Bundan sonra Lulokunun normal həyatında əsaslı dəyişikliklər baş verir. Luluko yeni iş tərəfdaşı AΩ Nova ilə birlikdə Ogikobonu kosmik cinəyatkarlardan qorumaq üçün hər gün yeni-yeni missiyalara göndərilir.
Yozef Karol Hell
Yozef Karol Hell (alm. Josef/ph Karl Hell‎, mac. Hell József Károly, slovak. Jozef Karol Hell) — dağ mühəndisi və ixtiraçı. Dünyanın ilk avtomatik su nasosunun müəllifi. Mədən mühəndisi Matey Kornele Hellenin oğludur. 1731-ci ildən atası ilə birlikdə mühəndislik təhsili alır. 1737-ci ildə Mədən Məktəbinin professoru Samuil Mikovininin tələbəsi olur və riyaziyyat, həndəsə və geodeziya üzrə dərin nəzəri biliklər alır. 17-ci əsrin sonu — 18-ci əsrin əvvəllərində Avstriya İmperiyasının dağ-mədən sənayesində böhran baş verir. Mədənlər daha da dərinləşir, yeraltı suların olması mədən işlərinə mane olur və su çəkilmədən işlənmə qeyri-mümkün olur.
II Karol (Rumıniya kralı)
II Karol (rum. Carol de Hohenzollern-Sigmaringen; 15 oktyabr 1893[…], Peleș qəsri[d] – 4 aprel 1953[…]) — IV Rumıniya kralı. Rumıniya kralı I Ferdinandın ən böyük oğlu kimi, atasının əmisi I Karolun vəfatından sonra Rumıniya taxt-tacının vəliəhdi oldu. Sələflərindən fərqli olaraq, ölkədə dünyaya gələn ilk Rumıniya kralı idi. Üstəlik ana dili rumın dili olan və ailənin provaslov məzhəbinə mənsub ilk üzvü idi. Bir yandan Birinci Dünya Müharibəsi illərində cəbhədən qaçması barədə yayılan xəbərlər, digər yandan isə iki dəfə taxt-tacdan imtina etməsi həyatı və səltənəti boyunca onunla birlikdə anıldı. Birinci Dünya Müharibəsi illərində tanış olduğu Zizi Lambrino ilə ailəsinin qarşı çıxmasına baxmayaraq 31 avqust 1918-ci ildə Odessada gizlicə evləndi. Ailəsinin, xüsusilə də atası I Ferdinandın kəskin etirazının ardından parlament 1919-cu ilin avqustunda cütlüyün nigahını ləğv etdi və buna etiraz olaraq Şahzadə Karol bütün taxt hüququndan imtina etdi. Ancaq daha sonra tərəflər razılaşdı və taxt-tacın vəliəhdi olaraq qaldı. Zizi Lambrino və vəliəhddən doğulan oğlunun bütün məsrəfləri isə vəliəhd və Rumıniya kral xəzinəsi tərəfindən qarşılandı.
I Karol (Rumıniya kralı)
I Karol (rum. Karl Eitel Friedrich Zephyrinus Ludwig von Hohenzollern-Sigmaringen; 20 aprel 1839[…], Ziqmaringen – 10 oktyabr 1914[…], Peleș qəsri[d], Rumıniya) — I Rumıniya kralı. 20 aprel 1866-cı ildə Moldova-Valaxiya birliyinin idarəsinə gətirildi. 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından müstəqillik qazandı və 15 mart 1881-ci ildə özünü kral etdi. Beləliklə, həm Rumıniya krallığının, həm də 1947-ci ilədək bu krallığı idarə edən Hohensollern-Ziqmaringen sülaləsinin əsası qoyuldu. Səltənəti boyunca ordu komandanı kimi də xidmət edən I Karol 1913-cü ildə cənubi Dobrucanı ələ keçirdi. 1883-cü ildə Avstriya-Macarıstan ilə gizli ittifaq bağlasa da, Birinci Dünya Müharibəsinin başlamasının ardından bitərəf qaldı. Ancaq çox keçmədən I Karolun ölümündən sonra 1916-cı ildə Antanta birliyinə qatıldı. 15 noyabr 1869-cu ildə Silva Karmen adıyla əsərlər yazan yazıçı Noyvidli Yelizaveta ilə evləndi və cütlüyün yalnız 4 yaşında vəfat edən Mariya adlı bir qızı dünyaya gəldi. Bu səbəblə səltənəti boyunca qardaşı Leopoldu, onun və oğlu Vilyamın taxt hüququndan imtina etmələrinin ardından isə qardaşının ən kiçik oğlu Ferdinandı vəliəhd elan etdi.
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
GATÖL
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.
Karlo
Karlo — ad. Karlo Ponti — İtaliya kinoprodüseri. Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. Karlo Qoldoni — Venesiya dramaturqu.