Dress-kod
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması.
"Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir.
Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi.
Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək.
Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq.
Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim.
Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter.