Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Daş Pasak (Xoy)
Daş Pasak (fars. داش پسك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (14 ailə).
I Vasak
I Vasak (doğum tarixi naməlumdur — 1040) – Sünik knyazlığının 998 – 1040-cı illərdə hakimiyyətdə olmuş II knyazı. == Bioqrafiya == I Vasak taxtda atası I Smbatı əvəz etmişdi. Ani çarı I Qagikdən vassal asılılığını qəbul etməyə məcbur olmuş I Vasak onun 1003-cü ildə Azərbaycanın Parisos vilayətinə təşkil edilmiş yürüşündə də iştirak etmişdi. Baqratuni sülaləsindən olan Ani çarı I Qagik I Vasakın qızı Ketramidə ilə evlənmişdi. O, kəndli hərəkatını yatırmış, X əsrin ortalarında erməni katolikosu I Ananiya Mokaçi tərəfindən dağıtdırılaraq lənətlənmiş Tatev monastırını yenidən bərpa etdirmiş və müdafiə sistemini möhkəmlətmişdir. Onun hakimiyyət dövrü əsasən sülhlə keçmişdir ki, bu da ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və tikinti işlərinin aparılmasına imkan vermişdir. I Vasak və onun varisi II Smbatın hakimiyyəti dövründə Sünik knyazlığı öz çiçəklənmə dövrünü yaşamış, Qafanda geniş quruculuq işləri aparılmışdı. Oğlu olmadığına görə, o, ömrünün sonunda qızının övladları – Smbat və Qriqora (ataları Aşot Aşotyan) dövlət idarəçiliyini öyrətmişdi. I Vasakın ölümündən sonra Sünik taxtına II Smbat keçmişdir.
Karel Vasak
Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis. == Həyatı == Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır. 1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri, sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.
Pasar (Tarım)
Pasar (az-əbcəd. پاسار‎, fars. پسار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (54 ailə).
Rasim Başak
Rasim Başak (17 fevral 1980, Bakı) — Azərbaycan-Türk peşəkar basketbolçusu Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.
Vasak Qabur
Vasak Qabur, Vasak Haykazun (Qabur – hərfi tərcümədə “yumşaq, həlim”) (təxm. 859-cu ildə vəfat edib.) – IX əsrin II yarısında Qeqarqunik hakimi. Sünik sülaləsinin Qeqarqunik haykazunları nəslindən olan Vasak I Qriqor Supanın böyük oğludur. Xarici siyasətdə Baqratuni sülaləsinin Şirak qoluna meyl etmişdir. Vasak İşxanikin səfərdə olduğu dövrdə bütün Sünik ərazisini idarə etmişdir.. I Aşot Baqratuninin Sivəng monastırını inşa etdimiş qızı Məryəmlə evli olmuşdur. Onları üç oğlu vardı: II Qriqor Supan, Saak və Vasak..
Vasak Süni
Vasak Süni (387 – 452, Ktesifon, Sasanilər dövləti) — 409-cu ildə qardaşı Vaqinak Süninin ölümündən sonra hakimiyyətə gəlmiş Sünik knyazı. 442–451-ci illərdə Ərməniyyə və İberiyanın mərzbanı. Qədim Sünik sülaləsinin nümayəndəsi olan Vasak 449-cu ildə Vardan Mamikonyan və bir çox erməni zadəganları ilə birgə Ktesifona dəvət edilmiş və xristianlıqdan imtina edərək zərdüştiliyi qəbul etməyə məcbur edilmişdir. Sasanilərin Qafqazda xristianlığı yaymağa çalışmaları, 449-cu ildə Vardan Mamikonyanın başçılığı ülə üsyanın başlamasına səbəb oldu. Üsyanın erkən mərhələsində Vasak Süni də üsyançılara qoşulsa da, sonradan II Yezdəgirdlə razılaşaraq Sasanilərin tərəfinə keçmişdir. Ağrı vadisini özünə tabe edən Vasak Süni, alban və iber tayfalarını özünə tabe etmiş, daha sonra isə Dərbənd qalasını möhkəmləndirmişdir. Vasak Süni Avarayr döyüşündə Sasanilərin tərəfində döyüşmüş və bu döyüşdə üsyançı qüvvələr məğlub edilərək Vardan Mamikonyan öldürülmüşdür. Döyüşdən bir müddət sonra Vasak Süni Ktesifona çağırılaraq xəyanətdə günahlandırılmış və öldürülmüşdür.
Vasak İşxanik
Vasak İşxanik - Sünik knyazı. 850 – ci illərdə erməni knyazlarla birgə ərəb sərkərdəsi Buğa tərəfindən əsir alınmışdı. Əsirlikdə olduğu dövrdə taxtda onu Sünik sülaləsindən olan Geqarqunik knyazı Vasak Qabur əvəz etmişdir. Əsirlikdən qayıtdıqdan sonra yenidən Sünik taxtına sahib olan Vasak Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdir. Xristian birliyini parçalamağa çalışan Ərəb Xilafəti Qafqazın xristian vilayət hakimlərinin müstəqillik cəhdlərini dəstəkləsə də Vasak “varisləri tərəfindən üsyançı kimi tanınmaq istəmədi” və “Ani çarlığına bağlılığını qorudu". Ölümündən sonra taxtda qardaşı Aşot Süni onu əvəz etmişdi..
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[…], 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Mir Paşa
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Məsih Paşa
Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür. Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur.
Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Natiq Paşa
Natiq Hidayət oğlu Paşa 1966-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1983-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA)Geoloji Kəşfiyyat fakültəsini, geofizik, dağ mühəndisi ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirib. 2007-ci ildə AMEA Geologiya İnstitutunda AMEA müxbir üzvü Arif Həsənovun və Akademik Ziyad Səmədzadənən rəhbərliyi ilə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi (PhD), “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarəedilməsi) ixtisası üzrə iqtisad elmlər namizədi (PhD) dissertasiya işini müdafiə edib. 2011-ci ildə Dosent elmi adı alıb. 40-dan çox elmi əsərin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyası RSXM-də böyük elmi işçi, Rusiya Federasiyası DR Beynəlxalq Şərq Universitetində Tədris hissəsi müdiri, Qafqaz Universitetində Tədris hissə müdiri, İnzibati işlər idarəsinin müdiri, Baş katib, Prorektor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasında dosent, Qərbi Kaspi universitetində Mühəndislik fakultəsinin dekanı vəzifələrdə işləyib. Hazırda Azərbaycan Texniki Universitetində Sənaye ekologiyası və HFT kafedrasının dosentidir. 2017-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. N.H.Paşa 40-dan çox elmi əsərin müəllifidir.
Nuru Paşa
Nuru Killigil və ya Nuru Paşa (türk. Nuri Killigil; 1889, Konstantinopol, Osmanlı imperiyası – 2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar. O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu. Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı.
Osman Paşa
Osman Paşa
PAŞA Bank
2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. PAŞA Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir. PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb.