Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[1][2][…], 1553[3] və ya 1554[4], Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.[5]
Çələbi Lütfi Paşa | |
---|---|
العريس لطفي باشا | |
| |
13 iyul 1539 – May 1541 | |
Əvvəlki | Ayaz Mehmed Paşa |
Sonrakı | Xədim Süleyman Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1488 |
Doğum yeri | |
Vəfat tarixi | 1562, 1563, 27 mart 1564[1][2][…], 1553[3] və ya 1554[4] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir.
I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən İraqeyn səfərinə qatıldı. Səfərin ardından bir müddət Anadolu və Rumeli bəylərbəyi kimi fəaliyyət göstərdikdən sonra üçüncü vəzir olaraq qübbə vəzirliyinə təyin olundu. 1537 tarixli Korfu səfərində kaptan-ı dərya Barbaros Xeyrəddin Paşa ilə birlikdə Osmanlı donanmasına rəhbərlik etdi. Venesiyaya aid Korfu adasına 25.000 əsgər və 30 hərbi top çıxara bildi. Padşahın əmriylə Korfu mühasirəsi qaldırıldıqdan sonra İstanbula dönən Lütfi Paşa bir müddət dövlət işlərindən uzaq durdu. Daha sonra 30 may 1538 tarixində ikinci vəzir olaraq divan məclisinə daxil oldu. Bu vəzifədə ikən padşahın yanında Boğdan səfərinə qatıldı (iyul 1538). Səfər əsnasındakı ən önəmli xidməti padşahı Memar Sinanla tanış etməsi və Memar Sinanın Prut çayı üzərində qısa müddətə körpü inşa edərək ordunu qarşı tərəfə keçirməsi oldu. Səfərdən sonra 13 iyul 1539 tarixində Ayaz Paşanın ölümü ilə sədrəzəmliyə yüksəldi.
Sədrəzəmliyi əsnasında Osmanlı-Venesiya müharibəsi başa çatmışdır. Eyni zamanda Habsburq elçiləri ilə gedən sülh danışıqlıqlarına da rəhbərlik edən Lütfi Paşa 1540 tarixli sülh müqaviləsinin imzalanmasında önəmli rol oynamışdır. Ancaq Budin səfərinə hazırlıq işləri davam edərkən 1541-ci ilin mayında anidən vəzifədən alındı. Vəzifədən alınmasına səbəb isə ərinə xəyanətlə günahlandırılan bir müsəlman qadını dini və hüquqi baxımdan zidd bir cəza ilə cəzalandırması və buna görə də xanımı, eyni zamanda I Səlimin qızı olan Şah Sultanla olduqca sərt şəkildə mübahisə etməsi olmuşdur. Hətta Şah Sultanın Paşaya;
Hangi vezir zamanında bu yüzden keşf-i avret kılınmıştır ki, senin asrinda vaki ola? |
dediyi bəzi mənbələrdə qeyd olunur. Ardından Şah Sultan paşadan boşanmış, Lütfi Paşanın sarayla olan qohumluğu baş çatmışdır.
Vəzifədən alındıqdan sonra illik 200.000 axca təqaüdlə Dimetokadakı evinə çəkilən Lütfi Paşa 1542-ci ildə bağışlandı və həccə getməsinə icazə verildi. Döndükdən sonra qalan 20 ilini Osmanlı tarixi haqqında əsərlər yazmaqla keçirən Lütfi Paşa Dimetokadakı evində vəfat etmişdir.