Blez Paskal
Blez Paskal (19 iyun 1623[…] – 19 avqust 1662[…], Paris, Fransa krallığı) — fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı.
Eyni zamanda böyük bir riyaziyyatçı olan Torriçelli (Torricelli) təxəllüsü ilə əsərlər yazan və ilk hesab maşınını icad etmiş olan Paskalın ən məşhur əsəri ölümündən sonra yayımlanmış olan "Düşüncələr"dir.
1642-ci ildə fransız fiziki, riyaziyyatçı və filosof Blez Paskal (Blaise Pascal) tərəfindən ilk mexaniki hesablama qurğusu yaradılmışdır. Ədədlərin üzərində toplama əməliyyatı aparan bu cəmləyici maşın Paskalina (Pascalina) adlanırdı. Paskal bu qurğunu vergi işçisi olan atasının hesablama işlərini asanlaşdırmaq üçün hazırlamışdı.
== "Düşüncələr" əsəri ==
O 1654-cü ildə dini bir təcrübə yaşamış, hayatının bundan sonraki dövrünə, elmi fəaliyyətdən çox, din və Allah haqqında mübahisələr aparmışdır. Başqa sözlə, Paskal deist bir hümanizmin, rasional bir şübhəciliyin ve sərbəst düşüncənin hakim olduğu bir zamanda və cəmiyyətdə, Allahın və İlahi qüvvənin gərəkliyini və gücünü göstərmək istəmişdir. Descartes'ı həm qəbul edən həm də təkmilləşdirən, Dekardın riyazi üsulun istifadə sahəsini genişləndirmək istədiyi yerdə, riyazi üsulun digər sahələrə uyğunlaşdırılması ve yararı mövzusunda şübhəci bir münasibət sərgiləyən Paskal, bu üsulun teolojiyle də, metafiziklə də bir əlaqəsi olmadığını demişdir. Soyut, analitik ve tümdengelimsel düşünen ağıl, Paskala görə, Allahın varlığını sübut edə bilməz. Həqiqəti bilmənin, mütləq doğruluğa çatmanın tək yolunun ağıl, riyazi ya da elmi üsul olmadığını deyən Paskala görə, qurtuluş urək və inancdadır.