Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Paştet
Paştet (alm. Раstеtе‎) 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Kastel-de-Kastels
Kastel-de-Kastels (isp. Castell de Castells) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 493 nəfərə çatmışdır.
Kastel Rotsone
Kastel Rotsone (it. Castel Rozzone) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 40 kilometr (25 mil) şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) cənubda yerləşir. Əhalisi 2545 nəfər, əhalinin sıxlığı 2545 nəfər/km²-dir. Sahəsi 1 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Copy-paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Dev Patel
Dev Patel (23 aprel 1990) — Böyük Britaniya aktyoru. Gənclik serialı "Skins"də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan çıxmış milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o, "BAFTA" mükafatına namizədlik əldə etmişdir. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Cut, copy, paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Hostel
Hostel (ing. hostel - yataqxana) — qonaqları qısa və ya uzun müddətli yaşayış ilə təmin edən Avropada yaşayış sistemi. Bir qayda olaraq, otaqda əlavə imkanlar olmayan bir yataqxana. Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Kassel
Kassel — Almaniyanın Hessen vilayətindəki universitet şəhəri. Fulda (d) çayı sahillərində.
Naxtel
Naxtel — Naxçıvan Muxtar Respublikasında yerləşən GSM və LTE operatoru. NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. "NAXTEL" 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaratmışdır. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Pascal
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Pisten
Pistən
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Bastet
Bast, həmçinin Bastet, Baset, Ubasti və ya Paşt (q.misir 𓎰𓏏𓏏, qibt. Ⲟⲩⲃⲁⲥⲧⲉ) — Misir mifologiyasındakı tanrıçalardan biri. Per-Bast öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir. Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü. Ranın qızı sayılan Bast da "Ranın gözü" olan tanrılardan biri idi.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.