Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Patrisi
Patrisilər (patricii, pater - ata) - Qədim Romada əvvələr, ehtimal ki, nəsli icmaya daxil olan və plebeylərə qarşı duran bütün yerli əhali; sonralar nəsli aristokratiya. E.ə. 6 əsrin sonunda siniflərin və dövlətin yaranması dövründə patrisilər Roma respublikasında hakim sinfə - təbəqəyə çevrildilər. Patrisilərin iqtisadi hökmranlığının əsasını ictimai torpaqlardan istifadə etmək üçün müstəsna hüquqa malik olmaları təşkil edirdi. Plebeylərin hüquqları patrisilərlə bərabərləşdirildikdən sonra (e.ə. 3 əsrin əvvələri) patrisilər ilə plebeylərin yuxarı təbəqəsi birləşib nobilitet təşkil etdi.
Kamilla Patrisia
Kamilla Patrisia (4 noyabr 1994, Sondriyo[d], Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; Patrisia həm də Dünya Çempionatlarının 1 qızıl və 4 gümüş medalını qazanıb. == Karyerası == Kamilla Patrisia 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Marta Pacnini ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Patrisiya Espinosa
Patrisiya Espinosa (isp. Patricia Espinosa Cantellano; 21 oktyabr 1958, Mexiko) — Meksikalı siyasi və dövlət xadimi, diplomat. 18 may 2016-cı il tarixindən BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi. Meksikanın Xarici İşlər Naziri (2006-2012). O, Mexiko Kollecini (El Colegio de México) və Cenevrə Universitetində Beynəlxalq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq üzrə aspiranturasını bitirib. Karyera diplomatı. 16 sentyabr 1981-ci ildən Meksika Xarici İşlər Nazirliyi sistemində o, BMT-nin Cenevrə ofisində Meksika missiyasında işləyib, xarici işlər nazirinin müavininin müşavirlərinin koordinatoru, beynəlxalq təşkilatların direktoru, Meksikanın Nyu-Yorkdakı BMT yanında Daimi Nümayəndəliyinin üzvü olub. Bu sonuncu vəzifədə o, BMT Baş Assambleyasının Üçüncü Komissiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan hüquqları, sosial inkişaf, qadınların irəliləyişi, uşaq hüquqlarının təşviqi və müdafiəsi kimi məsələlərə cavabdeh olub. Baş Assambleyanın 51-ci sessiyasında o, bu komissiyanın sədri olub. Daha sonra müxtəlif beynəlxalq təşkilatların rəhbəri olub.
Patrisiya Herrera
Patrisiya Herrera (d. 9 fevral 1993) — İspaniyanı təmsil edən su poloçusu. Patrisiya Herrera, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Patrisiya Kaas
Patrisiya Kaas (5 dekabr 1966[…]) — Fransız musiqiçisi. 1966-cı ildə Fransada anadan olmuşdur. 13 yaşında musiqi yaradıcılığına başlamışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Fransanı Et s'il fallait le faire mahnısı ilə təmsil etmiş və səkkizinci olmuşdur. 1987-ci ildə ilk hit mahnısı Mademoiselle Chante le Blues ilə dünya səviyəsində məşhur oldu. İlk albomu Fransa, Belçika, İsveçrədə məşhurlaşdı. 18 oktyabr 2017-ci ildə Heydər Əliyev Sarayında müğənninin konserti baş tutub. 1988 : Mademoiselle chante... 1990 : Scène de vie 1991 : Carnets de scène 1 1993 : Je te dis vous 1995 : Tour de charme 1 1997 : Dans ma chair 1997 : Black Coffee 1998 : Rendez-vous 1 1999 : Le Mot de passe 1999 : Christmas in Vienna VI 2000 : Long Box (Scène de vie, Je te dis vous, Dans ma chair & Le mot de passe) 2000 : Ce sera nous 1 2001 : Les indispensables de Patricia Kaas 1 2001 : Rien ne s'arrête/Best Of 1987–2001 2 2002 : Piano Bar 2003 : Sexe fort 2005 : Toute la musique...
Patrisiya Kroun
Patrisiya Kroun (ing. Patricia Crone; 28 mart 1945 – 11 iyul 2015, Prinstom, ABŞ) — Amerika tarixçisi. Patrisiya Kroun 1945-ci ildə Danimarkada anadan olub. Patrisiya Kroun 11 iyul 2015-ci ildə ABŞ-də vəfat edib. Slaves on Horses : The Evolution of the Islamic Polity (1980) ISBN 0-521-52940-9 Meccan Trade and the Rise of Islam (1987) ISBN 1-59333-102-9 Roman, Provincial and Islamic Law : The Origins of the Islamic Patronate (1987, Paperback: 2002) ISBN 0-521-52949-2 Pre-Industrial Societies : Anatomy of the Pre-Modern World (2003) ISBN 1-85168-311-9 God's Rule : Government and Islam. Six Centuries of Medieval Islamic Political Thought (2004). Columbia University Press. ISBN 0-231-13290-5. Also ISBN 0-231-13291-3. Medieval Islamic Political Thought (2005).
Patrisiya Strenius
Patrisiya Karolina Strenius (23 noyabr 1989) — İsveçli qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İsveçi təmsil edir. Patrisiya Strenius dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Rui Patrisio
Rui Pedro Dos Santos Patrisio (15 fevral 1988) — Portuqaliyalı futbol qapıçısı. İtaliyanın Roma klubunun və futbol üzrə Portuqaliya milli komandasının qapıçısı. Portuqaliya milli futbol komandasında 2010-cu ildən qapıçıdır.
Patrinia
Patriniya (lat. Patrinia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Patriniya
Patriniya (lat. Patrinia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Patrisiat
Patrisilər (patricii, pater - ata) - Qədim Romada əvvələr, ehtimal ki, nəsli icmaya daxil olan və plebeylərə qarşı duran bütün yerli əhali; sonralar nəsli aristokratiya. E.ə. 6 əsrin sonunda siniflərin və dövlətin yaranması dövründə patrisilər Roma respublikasında hakim sinfə - təbəqəyə çevrildilər. Patrisilərin iqtisadi hökmranlığının əsasını ictimai torpaqlardan istifadə etmək üçün müstəsna hüquqa malik olmaları təşkil edirdi. Plebeylərin hüquqları patrisilərlə bərabərləşdirildikdən sonra (e.ə. 3 əsrin əvvələri) patrisilər ilə plebeylərin yuxarı təbəqəsi birləşib nobilitet təşkil etdi.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Ortaboy patriniya
Ortaboy patriniya (lat. Patrinia intermedia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin patriniya cinsinə aid bitki növü.
Patricia Aulitzky
Patricia Aulitzki (7 iyul 1979, Zalsburq) — Avstriyalı aktrisa.
Patrinia intermedia
Ortaboy patriniya (lat. Patrinia intermedia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin patriniya cinsinə aid bitki növü.
Patrisya qasırğası
Patrisya Tropik Qasırğası (ing. Hurricane Patricia) — Qərb yarımkürəsində səbt olunmuş ən güclü tropik qasırğadır. Bu qasırğa, 2015 oktyabr ayının ortasında, Meksikanın cənub qərbdə yerləşən Tehuantepek körfəzində daha güclənib və 5ci qat tropik qasırğa adlanıbdır. Patrisya qasırğası Meksika sahillərində 325km/h sürəti yellər və 14 metirlik hündürlükdə dalğalar yaradıb, Meksikada böyük qorxu və xəsarətə səbəb olub gücsüzləşəndən sonra ABŞ Tekzas ştadına doğru yönlənmişdir. Son rəsmi rəqəmlərə görə bu qasırğa mustəqim olaraq 8 nəfər və qeyri mustəqim 5 nəfərin ölümünə və ən azı 37 milyon dollar maddi xəsarət vurmuşdur.
Patritsiya Libreqts
Patritsiya Libreqts (d. 22 fevral 1966) — Niderlandı təmsil edən su poloçusu. Patritsiya Libreqts, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Eyzenhauer matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Eyzenhaver matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Nüvə matrisi
Nüvə matrisi — biologiyada nüvə matrisi hüceyrə nüvəsinin içərisində yerləşən liflər şəbəkəsidir və müəyyən dərəcədə bir hüceyrənin sitoskeletinə bənzəyir. Bununla birlikdə, sitoskeletdən fərqli olaraq, nüvə matrisi dinamik bir quruluş hesab olunur. Nüvə plitəsi ilə birlikdə hüceyrə daxilində genetik məlumatların təşkilində kömək edir. Bu matrisin dəqiq funksiyası hələ də müzakirə mövzusudur və onun mövcudluğu şübhə altındadır. Belə bir quruluşa dair dəlillər 1948-ci ildə (Zbarsk və Debov) tanındı və buna görə də bir çox matrisə bağlı zülallar aşkar edildi. Uzun müddətdir ki, polimer şəbəkəsi, "nüvə matrisi", "nüvə skleti" nın vacib komponenti olub-olmaması müzakirə mövzusu olaraq qalmaqdadır. İnterfazada qatılaşdırılmış metafaza xromosomlarının ekvivalenti olan xromosom ərazilərinin nisbi mövqeyinin, yüksək səviyyədə qurulmuş səthləri arasındakı əngəllər və ya elektrostatik itələyici qüvvələr səbəbiylə saxlanıla biləcəyinə dair sübutlar olsa da, bu anlayış müşahidələrə uyğun olmalıdır. Klassik matris çıxarma prosedurları ilə müalicə olunan hüceyrələr, nüvə matrisinin asidik zülallarının kiçik bir hissəsinin sərbəst buraxıldığı nöqtəyə qədər xüsusi əraziləri saxlayır - çox güman ki, nüvə skeleti ilə əlaqələrini idarə edən zülallardır. Nüvə matrix proteomu struktur zülallardan, şaperonlardan, DNT və RNT bağlayan zülallardan, xromatinin yenidən qurulması və transkripsiya faktorlarından ibarətdir . Genomik DNT-ni nüvə skeletinə bağladığı düşünülən DNT bölgələri, getdikcə artan qurulmuş bioloji fəaliyyət spektrini nümayiş etdirir.
Parisin yenidənqurulması
Parisin yenidən qurulması -,İkinci imperiya vaxtı Parisin yenidən qurulması - böyük dərəcədə Parisin müasir görünüşünü müəyyən edən, III Napoleonun tapşırığı ilə, Sena departamenti prefekti baron Hausmannın XIX əsrdə apardığı şəhərsalma işləri. Yenidənqurmaya ehtiyac çoxdan vardı. XVIII əsrin birinci yarısından başlayaraq şəhər hakimiyəti Parisin mərkəzinin yenidənqurulması barədə düşünürdülər, və məhz; Sena sahilini abıra salmaq və körpülər üzərindəki evləri sökmək. İntensiv sənaye inkişafı vaxtı Parisin əhalisi olduqca sürətlə artırdı - bir əsr ərzində əhalinin sayı 5 dəfə artmışdı -1800 ildəki 0,55 mln-dan,1901 ildəki 2,7 mln-a qədər. Bəzi məhəllələrdə əhali sıxlığı 100 000/km² nəfərə çatırdı. Şəhər bu qədər insan yerləşmirdi: sıx-sıx binalarla tikilən əyri dar küçələr şəbəkəsi, küçə hərəkatını çətinləşdirirdi, olduqca pis sanitar şərait isə epidemiyaların yayılmasına gətirirdi ki, bu öz növbəsində varlı şəhərlilərin Parisin kənarına, şimala və qərbə köçməsinə təkan verirdi, şəhərin mərkəzi isə, tez-tez sosial partlayışlar olan yoxsulların kvartalaına çevrilirdi. Bu problemləri aradan qaldırmaq üçün yeni nəhəng yenidənqurma tələb olunurdu.
Patrişa Morison
Patricia Morison amerikalı mezzo-soprano ifaçı, aktrisa, artist.
Saadet Partisi
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Parisin məhəllələri
Parisin 20 rayonunun hər biri rəsmi olaraq 4 məhəlləyə bölünür, Parislilərin özləri inzibati istifadədən kənarda (siyahıyaalma, poçt şöbələrinin və digər dövlət xidmətlərinin yer təyini) onlara çox nadir hallarda istinad edirlər və onların xüsusi administrasiyası və ya siyasi nümayəndəliyi yoxdur,