Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levçay
Levçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını Murovdağ silsiləsindən götürür. Tərtər çayının sol qolunu təşkil edir. Uzunluğu 36 km, hövzəsinin sahəsi 367 km²-dir. Mənbəyi Hinaldağın cənub yamacında dəniz səviyyəsindən 3250 m yüksəklikdən başlayır. Axımı qar, yağış və yeraltı sulardan formalaşır. Suyu suvarmada istifadə edilir.
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Pervıy Kanal
Pervıy Kanal (rus. Первый канал) — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından sonra SSRİ-nin və Rusiyanın ikinci ən böyük telekanalıdır. Rusiya əhalisinin 98,8 %-i "Pervıy Kanalı" izləyə bilir. Baş qərargahı "Ostankino" telemərkəzinin binasında yerləşir. Ölkənin əsas telekanallarından biridir. Qardaş kanalı olan "Pervıy Kanal - Vsemirnaya Set" vasitəsilə verilişləri bütün dünyaya yayımlanır. Qazaxıstanda "Pervıy Kanal - Avrasiya", Ermənistanda "TV1", Belarusda isə "ONT" vasitəsilə yayımlanır. "Pervıy Kanal" Rusiyada ən yaşlı televiziya sayılır. Çünki bu televiziya özünü 1951-ci ildə yaradılmış SSRİ Mərkəzi Televiziyasının davamçısı kimi təqdim edir.
Percy Hobart
Persi Hobart və ya Sir Percy Cleghorn Stanley Hobart (14 iyun 1885[…], Naynital[d], Britaniya Hindistanı – 19 fevral 1957[…], Farnem[d], Surrey) - İngilis mühəndisi və tank zabitidir. O, İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın 79-cu Zirehli Diviziyasına komandanlıq etmişdir. Xüsusilədə Müasir Zirehli Müharibələr ilə bağlı olan nəzəriyyələri ilə tanınır. Tankların döyüş meydanlarında ilk dəfə olaraq müvəffəqiyyətlə istifadə edildiyi ilk döyüş olan Kembray döyüşündə tankların hərəkətini planlaşdırmışdır. O, məşhur komandir Bernard Montqomerinin qaynıdır.
Levçay civə yatağı
Levçay sürmə yatağı
Evci (İğdır)
Evci — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 9 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 1277 nəfər erməni yaşayırdı.