Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Penisillin
Penisillin — 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf olunan antibiotik. Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları əsasında işlənib hazırlanmış ilk antimikrob dərman qrupudur. Onlar böyük β-laktam antibiotiklər (β-laktamlar) sinfinə aiddirlər. Bu sinfə həmçinin sefalosporinlər, karbapenemlər və monobaktamlar da daxildir. Bu antibiotiklərin quruluşunda dördüzvlü 《β》-laktam həlqəsi ümumidir. Təbiilər: ► Benzilpenisillinin (penisillinin) natrium və kalium duzları ► Benzilpenisillinin prokain (penisillinin novokain duzu) ► Benzatin benzilpenisillinin ► Fenoksimetilpenisillin Yarımsintetiklər: ► İzoksazolilpenisillinlər (Oksasillin) ► Aminopenisillinlər (Ampisillin, Amoksisillin) ► Karboksipenisillinlər (Karbenisillin, Tikarsillin) ► Ureidopenisillinlər (Azlosillin, Piperasillin) ► İnhibitordan müdafiə olunmuş penisillinlər (Amoksisillin/klavulanat, Ampisillin/sulbaktam, Tikarsillin/klavulanat, Piperasillin/tazobaktam) Penisillinlər (və bütün digər β-laktamlar) bakterisid təsirə malikdirlər. β-laktamları parçalayan xüsusi fermentlərin- β-laktamazaların hasil edilməsi ilə əlaqədar olaraq, mikroorqanizmlər arasında geniş yayılmış qazanılmış davamlılığı aradan götürmək üçün bu fermentlərin aktivliyini geri dönməyən ləngidən, β-laktamaz inhibitorları adlanan birləşmələr – klavulan turşusu (klavulanat), sulbaktam və tazobaktam işlənib hazırlanmışdır. Onlar kombinə edilmiş (inhibitordan müdafiə olunmuş) penisillinlərin hazırlanmasında istifadə edilirlər. Təbii penisillinlər aşağıdakılara qarşı aktivdirlər: ► Qrammüsbət bakteriyalar (Streptococcus spp., Staphylococcus spp., Bacillus spp., az dərəcədə- Enterococcus spp. qarşı) Enterokokklar (E. faecalis) listeriyalar (L. Monocytogenes) erizipelotriks (E. rhusiopathiae) əksəriyyət korinobakteriyalara (C.diphtheriae daxil olmaqla) və bir-birinə yaxın mikroorqanizmlərə.
İnsan penisinin uzunluğu
İnsan penisinin uzunluğu, penis uzunluğu, penis ölçüsü və ya penis boyu — penisin tam ereksiya formasında olduğu zaman penisin arxa tərəfindən həyata keçirilən ölçü ilə müəyyən edilən, penis başının ucu ilə onun xaya dərisi ilə birləşdiyi yuxarı hissəsi arasındakı məsafə. Cinsi əlaqə zamanı funksional olan uzunluqdur. Doğuş zamanı penis müəyyən bir uzunluğa malik olur. Yeniyetməlik dövründə uzunluqda müəyyən bir artım görünməyə başlayır. Yeniyetməlik dövrünün sonu ilə penis son uzunluğuna çatır. Cinsi fəaliyyət üzrə Avropa İttifaqı tərəfindən qəbul edilmiş qaydaya əsasən ereksiya vəziyyətində olmayan cinsiyyət orqanının uzunluğunun 7 sm və ya daha çox olması normaldır. Mövzu tibbi baxımdan pediatrik endokrinologiya, urologiya, uşaq cərrahiyyəsi və plastik, rekonstruktiv və estetik cərrahiyyə kimi tibb sahələrinin tədqiqat mövzusudur. Qeydə alınmış problemlərin çoxusu qısa penis uzunluğuna malik olan xəstələrin şikayətlərindən ibarətdir. Əsas məqsəd xəstələrin penis uzunluğunu cinsi əlaqə üçün kifayət edəcək qədər uzunluğa çatdırmaqdır. Penis qısalığının əsas səbəblərini tədqiq edərək öyrənmək yanaşmanın əsas prinsiplərindən biridir.