1. İşlətmək və ya istifadə üçün yararlı hala salmaq, hazır etmək. Avtomaşını yola hazırlamaq. Vannanı hazırlamaq. Yorğan-döşəyi hazırlamaq.
// Hər hansı məqsəd üçün öyrətmək, lazımi bilik vermək, təlim etmək. Kadr hazırlamaq. Mütəxəssislər hazırlamaq. Uşağı birinci sinfə hazırlamaq.
2. Bir şeyi yerinə yetirmək, həyata keçirmək üzərində çalışmaq, əlləşmək. Rolunu hazırlamaq. Tamaşa hazırlamaq. Layihə hazırlamaq.
3. Xörək və s. bişmiş bişirmək, bişmiş hazır etmək. Xörək hazırlamaq. Qəlyanaltı hazırlamaq. Uşaq üçün südlüsıyıq hazırlamaq.
// Çay qoymaq.
// Süfrə salmaq, yemək-içmək üçün lazım olan hər şeyi süfrə üzərinə qoymaq.
4. Sonradan işlətmək üçün tədarük etmək, ehtiyatını görmək, hazır etmək. Heyvanlar üçün yem hazırlamaq. Qışa odun hazırlamaq.
5. Bir iş görmək niyyətində olmaq, bir şey etməyə hazırlaşmaq, bir şey qurmaq. Hiylə hazırlamaq. Tələ hazırlamaq.
6. Qayırmaq, düzəltmək. Dərman hazırlamaq. Metaldan detallar hazırlamaq. Fabrik üsulu ilə məmulat hazırlamaq. – [Tapdıq] iki gün əlləşdi.
7. Qabaqcadan düşünüb yazmaq, tərtib etmək, hazır etmək. Ərizə hazırlamaq. Rəisin adına məktub hazırlamaq.
// Qabaqcadan düşünüb nəzərdə tutmaq, hazır etmək, yadda saxlamaq. Cavab hazırlamaq.
8. Olmuş və ya gözlənilən acı bir hadisə xəbərini dərk etmək üçün birində qabaqcadan müvafiq əhval-ruhiyyə yaratmaq.