Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pereyra
Pereyra (isp. Pereira) — Kolumbiyanın qərbində yerləşən, 1863-cü ildə əsası qoyulan bir şəhərdir. Risaralda departamentinin inzibati mərkəzidir. Şəhərin sahəsi 702 km²-dir. == Tarixi == Müasir şəhər ərazisinə avropalıların gəlməsindən əvvəl, Kumbaya nümayəndələri və mədəniyyəti mövcud olmuşdur. Ərazidə ilk ispan qəsəbəsi təxminən 1540-cı ildə meydan gəlmişdir. 1870-ci ildən və xüsusilə 1876 və 1885-ci illərdəki vətəndaş müharibələri nəticəsində əraziyə Antokiya departamentindən gələn yeni bir immiqrant dalğası daxil oldu. 1863-cü il və sonrakı illərdə yerləşmiş qrup yalnız bir torpaq sahəsinə sahib olmaq istəyən meşə istehlakçıları tərəfindən yaradılmışdı, ikinci qrup isə daha böyük həvəs və böyük sahibkarlıq qabiliyyətli kişilərdən ibarət idi. Bunlar dağları düzəldən və heyvandarlığa başlayıb, fəaliyyətlərini maliyyələşdirən Antokiya kapitalistlərlə əlaqəli idi. XIX əsrin sonunda və XX illərin əvvəllərində bir sıra tacirlər və peşəkarlar şəhərinə gəlişi sosial fərqliliyin yeni bir səbəbi kimi təqdim etdi.
Stanislav Rostoski
Stanislav İosifoviç Rostotski (rus. Станислав Иосифович Ростоцкий; 21 aprel 1922, Rıbinsk, Rıbinsk quberniyası[d], RSFSR[d] – 10 avqust 2001, Vıborq, Leninqrad vilayəti) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. SSRİ xalq artisti (1974). SSRİ dövlət mükafatı laureatı (1970, 1975). 1951-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Həyatı == Stanislav Rostotski 1922-ci ildə Rıbinsk şəhərində anadan olmuşdur. 1952-ci ildən kino fəaliyyətinə rejissor kimi başlamışdır. Əhvalat Penkovda baş vermişdir (1958), Bazar ertəsinədək yaşayıb görərik (1968), Şəfəqlər burada sakitdir (1972), Qaraqulaq ağ Bim (1977) və s. filmlər çəkmişdir. Onun bir çox filmləri ümumdünya kinofestivallarında mükafatlar qazanmışdır.
Pseudococcus comstocki
Pseudococcus comstocki (lat. Pseudococcus comstocki) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin pseudococcidae fəsiləsinin pseudococcus cinsinə aid heyvan növü. == Ümumi xarakteristikası == Pseudococcinae fəsiləsinə aiddir. Yaşlı dişinin bədəni oval formada, çəhrayı rəngdə, ağ tozvari mumla örtülmüş olur. Bədənin kənarı boyunca seqmentlərin arasından 2 sıra xırda çılpaq dəri sahələri keçir. Bədənin kənarı boyunca 17 cüt mum sap vardır. Bu sapların sonuncudan əvvəlki cütü təqribən eyni uzunluqlu ilk 15 cütdən, demək olar ki, 2 dəfə uzundur, arxa cüt isə çox vaxt bədən uzunluğunun ²/3 hissəsinə bərabər olur. Mum saplarsız bədənin uzunluğu 5.0 mm.-ə çatır. == Çoxalması == Temperaturdan asılı olaraq, sürfələrin yaz doğuluşu aprelin əvvəlində, kütləvi yumurtadan çıxma müşahidə edilir. Mayın əvvəlində tut yarpaqlarında ziyanvericinin ilk sürfələri görünür.
Georgi Kostaki
Georgi Kostaki (yun. Γεώργιος Κωστάκης rus. Гео́ргий Диони́сович Коста́ки, ləqəbi Qrek(yunan); 5 iyul 1913, Moskva, Rusiya imperiyası — 9 mart 1990, Yunanıstan) — yunan əsilli sovet kolleksiyaçısı; rus avanqardizminin tarixində ən böyük kolleksiyaçısı. === Georgi Kostaki haqqında məqalələr === Starr S. F., Costakis G., Rakitin V., Bowlt J. E. Russian avant-garde art. The George Costakis collection. New York. Harry N. Abrams, Inc. 1981. Костаки Георгий. Мой авангард.
Stanislav Potoçki
Stanislav Revera Potoçki (1579, Kamenets-Podolski – 27 fevral 1667, Lvov, Polşa Krallığı Taxt-tacı) — Polyak zadəgan, komandir və hərbi lider. == Həyatı == Tufan dövründə Stefan Czarniecki ilə birgə işğalçı isveçlilər və rusları məğlub etmişdirlər. Kral II Jan Kazimierz Wazanın ən etibarlı məsləhətçisi idi. Polşa-İsveç müharibələrində iştirak etmişdir. == Ölümü == Stanislav Revera Potoçki 27 fevral 1667-ci ildə vəfat etmiş Podhajcedəki Müqəddəs Üçlük Kilsəsində dəfn edilmişdir.
Couto Pereira
Kouto Pereyra (port. Estádio Major Antônio Couto Pereira) — Braziliyanin Koritiba şəhərində 1932-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi "Koritiba" komandasıdır.
Endi Pereyra
Endi Pereyra (31 avqust 1989) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Endi Pereyra Kubanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Endi Pereyra Kubanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Ernani Pereyra
== Karekanın oynadığı klubun formasını geyinib == Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın cənub-şərqindəki Belu-Orizonti (Minas-Jerays ştatı) şəhərində anadan olub. Vətənində o, əsasən, ortabab klublarda oynayıb. Məsələn, Ernani "Quarani"nin (Kampinas) şərəfini qoruyub. Bu komanda yalnız 1978-ci ildə Braziliya çempionu olması ilə öyünə bilər. Hazırda Braziliya çempionatının B seriyasında yarışan "Quarani"ni azərbaycanlı futbolsevərlərə daha yaxından tanıtmaq üçün vaxtilə bu klubda Kareka, Calminya, Sonni Andersson, Aylton, Elano və s. futbolçuların oynadığını qeyd etmək olar. == Superliqanın debütantına keçdi == Ernani 2003-cü ilin yayında Avropaya – Türkiyəyə üz tutdu. Onda "Konyaspor" Superliqaya yeni vəsiqə qazanmışdı. Heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirən Konya təmsilçisinin transferləri arasında Ernani də vardı. 2003/04 mövsümündə braziliyalı müdafiəçi cəmi 10 oyunda komandanın formasını geyinsə də, "Konyaspor" Superliqada yerini qorudu (11-ci yer).
Fransielle Pereyra
Fransielle Pereyra (10 noyabr 1995) — Braziliyanı təmsil edən bədii gimnast. Fransielle Pereyra 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Qabrielle da Silva ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kavan Pereyra
Kouto Pereyra
Kouto Pereyra (port. Estádio Major Antônio Couto Pereira) — Braziliyanin Koritiba şəhərində 1932-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi "Koritiba" komandasıdır.
Sivuçi Kamen Vostoçnı
Sivuçi Kamen Vostoçnı adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şərqində, sahildən 0,5 km aralıda yerləşir. Öz növbəsində ada Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Komandor qoruğu ərazisinin tərkib hissəsini təşkil edir. Adada yaşayış yoxdur.
Duglas Pereyra dos Santos
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.