Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. == Tarixi == Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Oreqon
Oreqon (ing. Oregon) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Seylem şəhəridir.
Verqon
Verqon (fr. Vergons, oks. Vergons) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04236. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 125 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 68 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 59,7%). Fəal olan 43 nəfərdən 38 nəfər (20 kişi və 18 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Erik Persson
Erik Persson (12 yanvar 1994) — İsveçi təmsil edən üzgüçü. Erik Persson İsveçi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Erik Persson birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.20 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nina Persson
Nina Elisabeth Persson — İsveçli müğənni. == Həyatı == Nina Persson 6 sentyabr 1974-ci ildə İsveçin Orebro şəhərində anadan olmuşdur. 16 İyun 2001-ci ildə ABŞ-lı musiqiçi Nathan Larsonla evlənmiş və 30 Sentyabr 2010-ci ildə Nils adını verdikləri bir oğlan uşaq dünyaya gətirmişdir. 1992-ci ildən bəri The Cardigans adlı İsveç musiqi qrupunun solistidir.
Pərəngin (Sultaniyə)
Pərəngin (fars. پرنگين‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (29 ailə).
Yörgen Persson
Yörgen Persson (22 aprel 1966) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Yörgen Persson İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Yörgen Persson İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Yörgen Persson İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Yörgen Persson İsveçi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Yörgen Persson İsveçi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Yörgen Persson İsveçi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Yörgen Persson İsveçi 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Dom Pérignon
Dom Pérignon — şampan markası. Marka şampan şərabının keyfiyyəti üçün mühüm öncüllərdən biri olan Benediktin keşişi Dom Perinonun adını daşıyır. == Tarix == Dom Perinyon (1638–1715) Ovillerdəki Benediktin abbatlığında keşiş və zirzəmi ustası idi. O, təxminən 1670-ci ildə bir sıra şərabçılıq üsullunun kəşfində öncülük etmişdir. Perinyon şərabları təzə və parlaq saxlamaq üçün yağda isladılmış ip ilə şüşələrə bərkidilən tıxacları (ağac əvəzinə) təqdim etdi və şüşələri gücləndirmək üçün daha qalın şüşələrdən istifadə etdi (o dövrdə partlamağa meyilli idi). Şampanda əsas istehsal tərzi kimi köpüklü şərabların inkişafı 19-cu əsrdə, Dom Perinyonun ölümündən bir əsrdən çox sonra tədricən baş verdi. Dom Pérignon markasına aid ilk istehsal prosesi 1921-ci ilə aid idi və məhsul yalnız 1936-cı ildə Nyu-Yorka üzən Normandie gəmisi ilə satışa buraxıldı.1971-ci ildə İran şahı Fars İmperiyasının 2500 illik yubileyi üçün Dom Perignon Rosé (1959) adlı buraxılışdan bir neçə şüşə sifariş etdi. Bu sifarişdən bir şüşə şampan 2008-ci ildə hərrac vasitəsilə 24 758 avroya satıldı.Dom Perignon 1981-ci ildə Ledi Diana Spenser və Şahzadə Çarlzın toyu üçün seçildi. 1961-ci il iyulun 29-da təqdim edilən Dom Pérignon şüşələri yalnız mərasim üçün yaradılmış xüsusi nişanları daşıyırdı.
Alvaro Obreqon
Alvaro Obreqon Salido (isp. Álvaro Obregón Salido; 19 fevral 1880 – 17 iyul 1928[…]) — Meksika hərbi və siyasi xadimi, Meksika inqilabının iştirakçısı, 1 dekabr 1920-ci ildən 30 noyabr 1924-cü ilə qədər Meksika Prezidenti. == Həyatı == Kiçik torpaq sahibi olmuşdur. O, yerli idarədə çalışmış və daha sonra, Meksika inqilabı illərində inqilabçılara qoşulmuşdur. O, 1913–1914-cü illərdə Viktoriano Uertaya qarşı çıxmış və prezident Venustiano Karransanın tərəfini tutmuşdur. 1920-ci ildə prezident seçkilərində qalib gəlmiş və inqilabi prosesə yenidən başlamışdır. Buna baxmayaraq, o, aqrar islahatları məhdudlaşdırmış və Amerikanın maraqlarına hörmət etmişdir. 1928-ci ildə yenidən respublikanın prezidenti seçilmiş və bir həftə sonra sui-qəsd nəticəsində öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Обрегон, Альваро // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Cozef Person
Cozef Person (ing. Joseph Pearson; d. 1868 – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi yarımmüdafiəçi idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Cozef Person 1868-ci ildə anadan olmuşdur. == Karyerası == 1892-ci ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Nyuberq (Oreqon)
Nyuberq (ing. Newberg) — ABŞ-nin Oreqon ştatının Yamhill dairəsində şəhər. Əsası 1889-cu ildə qoyulmuşdur. == Haqqında == 2013-cü il siyahıyaalmasına görə şəhər əhalisi 22508 nəfər təşkil edir. Şəhərdə həmçinin ictimai fəaliyyət üçün yararlı Sportsman Hava Limanı, Çehalem Hava Limanı, Corc Foks Universiteti fəaliyyət göstərir. Şəhərin adının Almaniyanın Noyberq şəhərinin adından götürüldüyü də istisna edilmir.
Nyuport (Oreqon)
Nyuport (ing. Newport) — ABŞ-nın Oreqon ştatı, Linkoln dairəsi şəhər. Şəhər Amerika Bİrləşmiş Ştatlarının Sakit okean sahillərində yerləşir. Bu səbəbdən burada Oregon Coast Aquarium, Hetfild Dəniz elmi mərkəzi (ing. Hatfield Marine Science Center), Yakina mayakı (ing. Yaquina Head Light) yerləşir. == İqlim == Nyuport şəhəri yumşaq iqlimə sahibdir. Dəniz axınları və yumşaq havahərzaman qış ayları yağıntı verir. 1962-ci ilin oktyabrında şəhərdə güçü 222 km/s olan küləklər müşahidə edilmişdir. Bu hadisə Kolumb Günü fırtınası zamanı (ing.
Periqö (rayon)
Periqö (fr. Périgueux) — Fransanın Akvitaniya regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Dordon. Suprefektura — Periqö. Rayon əhalisi 2006-cı ildə 181 182 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 54 nəf / km². Rayon ərazisi — 3337 km².
Portlend (Oreqon)
Portlend (ing. Portland) — ABŞ-nın Oreqon ştatında şəhər.
Oreqon ştatı
Oreqon (ing. Oregon) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Seylem şəhəridir.
Xərəqan-i Süfla
Xərəqan-i Süfla (fars. خرقان سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 67 nəfər yaşayır (20 ailə).
Eva Peron
Mariya Eva Duarte de Peron (isp. María Eva Duarte de Perón, həmçinin Evita); 7 may 1919, Los Toldos, Buenos Ayres — 26 iyul 1952, Buenos Ayres) — Argentinanın birinci xanımı, 39 və 41-ci prezidentin Xuan Peronun ikinci həyat yoldaşı. == Həyatı == Eva Peron 1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Xuan Duarte və Xuana İbargurenin ailəsində anadan oldu. Amma nə üçünsə anadan olma tarixi sonralar 1922-ci il, 7 may tarixi, adı isə Mariya Eva Duarte kimi göstərildi. Halbuki xaç suyuna salınarkən qeydiyyat dəftərində Eva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilib. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Əslində həmin dövrdə Latın Amerikasına köç edənlərin yerli qadınlarla evlənərək daha sonra onları orada buraxaraq başqa yerlərə köç etmələri və ya doğma vətənə qayıtmaları adi bir hal idi. Eva da belə bir əlaqənin meyvəsi olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Eva bir yaşında olarkən Xuan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi.
Peron (kommuna)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Peron yarımadası
Peron yarımadası (ing. Peron Peninsula) — Avstraliyanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Yarımada Qərbi Avstraliya ştatında, Hamelin-Pul buxtası ilə Demen körfəzi arasında yerləşir. Ondan qərbdə Derk-Hartoq, cənub-qərbdə isə İdel-Land yarımadası yerləşir. İdel Land yarımadasında materikin ən ucqar qərb nöqtəsi olan Stip-Poynt burnu yerlşir. Yarımadada yeraltı artezian suları vardır ki, onlardan quyular vastəsi ilə su çıxarılırYarımada kvars əsaslı qumdan rtəşkil olunmuşdur. O 2 mln — 10 min il öncə meydana gəlmişdir. Qumlar qırmızı rəngə çalırYarımadada Fransua Peron Milli Parkı yerləşir. Burada ümumdünya irsinə daxil olan Şark körfəzi yerləşir. Yarımadanın şimalında yerləşən park 52 min ha ərazini əhatə edirFlora və fauna baxımından zəngin bir regiondur.
Xuan Peron
Xuan Dominqo Peron (isp. Juan Domingo Perón, 8 oktyabr 1895 — 1 iyul 1974) — Argentina hərbçisi və dövlət xadimi, 1946-1955 və 1973-1974-cü illərdə Argentina prezidenti. == Həyatı == 16 yaşında hərbi məktəbə girir; Milli Hərbi Akademiyanı bitirib, daha sonra hərb tarixi müəllimi olur. 1930-cu ildə prezident İ.Yrigoyenin devrilməsində iştirak edir. 1936–1937-ci illərdə Çilidə, 1939–1941-ci illərdə - İtaliyada Mussolini ilə hərbi attaşedə faşizm ideologiyasına cəlb olunmaq üçün görüşür. === Siyasi karyera === 1941-1943-cü illərdə 1943-cü ilin iyununda dövlət çevrilişinə cəhd edən birləşmiş Məmurlar Qrupunun liderlərindən biri idi. Hərbi diktatura dövründə əmək naziri (1943-1944), müharibə naziri və vitse-prezident vəzifələrini tutmuşdur (1944-1945);sosial islahat proqramı hazırlamışdı. 1945-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilir. Ona dəstək olan işçilərin kütləvi nümayişləri sayəsində sərbəst buraxıldı. 1946 və 1952-ci illerdə prezident seçildi.
Yeva Peron
Mariya Eva Duarte de Peron (isp. María Eva Duarte de Perón, həmçinin Evita); 7 may 1919, Los Toldos, Buenos Ayres — 26 iyul 1952, Buenos Ayres) — Argentinanın birinci xanımı, 39 və 41-ci prezidentin Xuan Peronun ikinci həyat yoldaşı. == Həyatı == Eva Peron 1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Xuan Duarte və Xuana İbargurenin ailəsində anadan oldu. Amma nə üçünsə anadan olma tarixi sonralar 1922-ci il, 7 may tarixi, adı isə Mariya Eva Duarte kimi göstərildi. Halbuki xaç suyuna salınarkən qeydiyyat dəftərində Eva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilib. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Əslində həmin dövrdə Latın Amerikasına köç edənlərin yerli qadınlarla evlənərək daha sonra onları orada buraxaraq başqa yerlərə köç etmələri və ya doğma vətənə qayıtmaları adi bir hal idi. Eva da belə bir əlaqənin meyvəsi olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Eva bir yaşında olarkən Xuan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi.
Xristian Henrix Person
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. == Əsərləri == Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).