Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perdikka
Perdikka (q.yun. Περδικκας; e.ə. 365 – e.ə. 321, Misir) – Makedoniyalı İsgəndərin dostu və silahdaşı, İsgəndərin ölümündən sonra (e.ə.323-cü il) regent, diadoxlardan (sələflərdən) biri, Atropatena dövlətinin banisi Atropatın kürəkəni. == Bioqrafiya == Perdikka təx.e.ə. 360-cı ildə Yuxarı Makedoniya dağlıq bölgəsində Orestidada zadəgan ailəsində anadan olub. Onun Alketa adlı qardaşı və Atalanta adlı bacısı var idi Perdikkanın adı ilk dəfə hökmdar II Filippin cangüdəni - somatofilak - kimi çəkilir. Sicilialı Diodorun məlumatına görə, Perdikka e.ə. 336-cı ildə baş verən II Filippin Pavsani tərəfindən öldürüməsinin şahidi olub, digər somatofilaklar Leonnat və Attal ilə Pavsanini təqib edib və nizə ilə onu öldürüb. E.ə.335-ci ildə artıq Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə İlliriyada Klitə və Qlavkiyə qarşı kampaniyada Perdikka orestidalılara və linkestidalılara başçılıq edirdi.
II Perdikka
II Perdikka (q.yun. Περδίκκας Β΄ της Μακεδονίας) — e.ə.454-413-cü illərdə hökmranlıq edən Makedoniya çarı. I Aleksandrın ölümündən sonra oğulları arasında daxili münaqişə yarandı və bu münaqişədə Perdikka qalib gəldi. Onun taxta çıxdığı dövrdə Makedoniya geridə qalmış bir dövlət idi, həm cənubda Afina dəniz ittifaqı, həm də şimalda Odris krallığı tərəfindən işğal edilmək təhlükəsi ilə üzləşmişdi. Əvvəlcə Perdikka hər vasitə ilə açıq silahlı qarşıdurmadan qaçmağa və yalnız sərhədlərində bir çox yunan koloniyalarının yaranmasına müşahidə etməyə məcbur oldu. Peloponnes müharibəsinin başlaması ilə Makedoniya kralı, dövlət üçün maksimum fayda ilə, Halkidiki, Afina, Sparta və Korinfdəki yunan polisləri arasındakı mürəkkəb əlaqələrdən istifadə etdi. Perdikka ən azı on dəfə müharibənin əsas iştirakçıları ilə ittifaqlara girdi və onu dayandırdı. Perdikkanın ikisifətli siyasəti Afinanın təsirinin ölkədə zəifləməsinə səbəb oldu. Makedoniya regionda əsas oyunçuya çevrildi. Makedoniya üçün Perdikkanın əsas xidmətləri ölkə tarixinin kritik anlarında dövləti qoruyub saxlaması olmuşdur.