Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Zərəd
Zərəd (fars. زرند‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 250 nəfər yaşayır (86 ailə).
Pərənd
Pərənd (fars. پرند‎) — İranın Tehran ostanınında yeni şəhər. Rubatkərim şəhərinin 10 km qərbində və Tehranın 35 km cənub qərbində yerləşir.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ ilə Dəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi. Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. == Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi == Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä.
Fabian Perez
== Həyatı == Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir , yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır. Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-də dərc olunan "Arzuların (obrazların) əksi" kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan "Yapon bayrağı" və "Medium insan" obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur.
Fernando Peres
Fernando Nestor Peres (11 september 1980, Argentina) — argentinalı futbolçu. Fernando Peres futbolçu karyerasına Deportivo MakAllister klubunda başlayıb. Sonra Bakı klubuna transfer olunub. 2005-2005 və 2007-2009-cu illərdə bu klubun heyətində Azərbaycan milli futbol çempionatında çıxış edib və 99 oyunda 40 qola imza atıb. 2011-ci ildən futbolçu karyerasını İspaniyanın Gimnastika de Torrelaveqa klubunda davam etdirir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Jorj Perek
Jorj Perek (fr. Georges Perec, 7 mart 1936[…], Parisin 19-cu dairəsi[d] – 3 mart 1982[…], İvri-sür-Sen) — fransız yazıçısı və kinorejissoru. == Yaradıcılığı == "Qeyb olma" əsərini yazarkən "E" hərfindən istifadə etməmişdir. == Həyatı == Jorj Perek 7 mart 1936-cı ildə Parisdə anadan olmuşdu. Jorj Perek müasir fransız ədəbiyyatının tanınmış nümayəndələridəndir. Onun “Ömrü sərf etmə yolu” adlı əsəri 1978-ci ildə “Medisi” ədəbiyyat mükafatına layiq görülüb. Bu yüz əlli ilə yaxın bir dövrü əhatə edən ensiklopedik bir romandır. Yüzdən çox tanınmış adamın həyatından parçalar əsərə böyük maraq yaradıb, onun yazıçı şöhrətini daha da artırıb. Jorj Perek 3 mart 1982-ci ildə vəfat edib.
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir. Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s.
Serxio Perez
Serxio Peres (isp. Sergio Pérez Mendoza) — Meksikalı Formula 1 pilotu, GP 2-nin vitse-çempionu. Perez evin kiçik uşağıdır.Onun bacısının adı Paola,qardaşının isə Antoniodur. Perez 7 yaşından etibarən Meksikada keçirilən kartinq yarışlarında iştirak edib. O 2003-cü ildə Meksikada Ford Mustang çempionatında yarışıb. FORMULA 1 Gənc yaş, kiçik seriyalı əhəmiyyətli uğurlar və böyük sponsorun dəstəyi ilə Serxio Dünya Kubokunun bir sıra komandalarına diqqətini çəkdi. 2011-ci ildə, döyüş pilotu müqaviləsi ilə rəhbərlik, İsveçrə qrupu Sauber ilə razılaşdı. Hal-hazırda Force India komandasinda istirak edir.
Şimon Peres
Şimon Peres (Perski) (1 avqust 1923[…] və ya 2 avqust 1923 – 28 sentyabr 2016[…]) — 1984–1986 və 1995–1996-cı illərdə İsrailin Baş naziri, 2007–2014-cü illərdə İsrailin prezidenti. Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. Ş. Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirdi. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyirdi. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı oxumuşdu və yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş. Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir. 1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
Pərdə (film, 2016)
Pərdə — Emil Quliyevin eyniadlı sosial dram trillogiyasının birinci filmi. Bu yaxınlarda Lalənin atası onu evləndirir. Sevgilisi Emil Lalənin qardaşı Zaurdan ona evdən qaçıb, özü ilə gizləməyə kömək etməyə xahiş edir. Film 2016-cı ilin aprelin 21-də ayında üzə çıxıb. Hazırda o, megogo saytında mövcuddur.
Manuel Peres Trevinyo
Manuel Peres Trevinyo (isp. Manuel Pérez Treviño; 5 iyun 1890, Qerrero[d], Koauila[d] – 29 aprel 1945, Nueva-Rosita[d], Koauila[d]) — Meksika siyasətçisi və hərbi xadimi. O, Meksika inqilabı zamanı və ondan sonra mühüm fiqura çevrilmişdir. 1928-ci ildə prezident seçkilərində iştirak etmişdir. O, 1934-cü ildə o, Lasaro Kardenas del Rioya qarşı yarışmışdır. 1939-cu ilin yanvarında Melçor Torteqa və Xoakin Amaro ilə birlikdə İnqilabçı Antikommunist Partiyasını qurmuşdur.
Xose Manuel Peres
Xose Manuel Peres de Veqa (isp. José Manuel Pérez de Vega; 10 may 1947, Valensiya) — İspaniya bobsleyçisi. 1968 Qış Olimpiya Oyunlarında iştirakçı, 1970 Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur. Xose Manuel Peres 10 may 1947-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1968-ci ildə Qrenoblda keçirilən Qış Olimpiya Oyunlarında İspaniya milli komandasına daxil edilmişdir. İki nəfərlik yarışda Xose Mariya Palomo ilə birlikdə dörd yarışın yekununda 4 dəqiqə 51,16 saniyə nəticə göstərmiş, qızıl medal qazanan İtaliya təmsilçiləri Eucenio Monti və Luçano de Paolisə 10,62 saniyə fərq ilə uduzaraq 12-ci yeri tutmuşdurlar. Gilyermo Rosal, Nestor Alonso və Antonio Martinin də daxil olduğu ispaniyalı ekipaj dördlük yarışında iki qaçış üzrə 2:24,32 hesabı ilə qalib İtaliya komandasından 6,93 saniyə geri qalaraq sonuncu, yəni 19-cu olmuşdur.
Pərəm (Heris)
Pərəm (fars. پارام‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 833 nəfər yaşayır (172 ailə).
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Ilex perado subsp. iberica
Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.
Ilex perado var. iberica
Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.
Adolfo Peres Eskivel
Adolfo Peres Eskivel (isp. Adolfo Pérez Esquivel — (26 noyabr 1931 -ci il təvəllüdlü) argentinalı fəal, ictimai təşkilatçı, rəssam, yazıçı və heykəltaraşdır. Argentinanın son sivil-hərbi diktaturasına (1976–1983) qarşı çıxdığı üçün 1980-ci il Nobel sülh mükafatına layiq görüldü, bu müddət ərzində 14 ay həbsxanada yatdı, işgəncə gördü və mühakimə olunmadı; bu müddətdə həmçinin, məsafədən XXIII Papa İoann Sülh memorialını aldı. == Həyatı == === Yaradıcılıq yolunun başlanğıcı === Qalisiyalı ispan mühacir balıqçı ailəsində anadan olmuşdur. Anası Perezs Eskivel üç yaşında olanda ölür. Uşaqlığı və gəncliyi Katolik kilsəsi, eləcə də Mahatma Qandi, Avqustin Avreli, Tomas Merton və digər mütəfəkkirlərin kitablarını oxumaqla keçib. Buenos Ayresdəki Manuel Belqrano adına sənət məktəbini bitirib. Sonra La Plata Milli Universitetində təhsil alıb. 1956 -cı ildə üç övladı olan pianoçu Amanda Pereslə evlənirlər. Sonrakı illərdə, Peres Eskivel, əsərində Kolumbiyaya qədərki Amerikanın motivlərindən istifadə edən və alma-mater təhsili də daxil olmaqla Argentinanın müxtəlif təhsil müəssisələrində memarlıq fənlərindən dərs deyən məşhur heykəltaraş oldu.
Daniyel Ayyala Peres
Daniyel Ayyala Peres (isp. Daniel Ayala Pérez; 21 iyul 1906 – 20 iyun 1975) — Meksika skripkaçısı, dirijoru və bəstəkarı. == Həyatı == Daniyel Ayyala Peres 21 iyul 1906-cı ildə Meksikada, Yukatanda yerləşən Abala şəhərində anadan olmuşdur. O, 1922-ci ildən 1927-ci ilə kimi Mexiko şəhərindəki Konservatoriya Milli Musiqi Məktəbində skripka və bəstəkarlıq təhsili almışdır. Bir müddət "Salon Mexico" gecə klubunda çıxış edərək pul qazanmışdır. 1934-cü ildə o, həmkarları Salvador Kontreras, Blas Qalindo və Xose Pablo Monkayo ilə birlikdə "Dördlər qrupu"nu yaratmışdır. 1975-ci ildə vəfat etmişdir. == Seçilmiş əsərləri == === Balletlər === El hombre maya (1939) La gruta diabólica, for chamber orchestra (1940) === Orkestr === Cinco piezas infantiles, for string orchestra (1933) Tribu, sym. poem, (1934) En la llanura (On the Prairie) La serpiente negra (The Black Serpent) La danza del fuego (Fire Dance) Paisaje (Landscape), suite, (1935) Panoramas de México, suite (1936) Sonora Veracruz Yucatán Mi viaje a Norte América (My North-American Journey), suite (1947) Acuarela nocturna (en San Salvador), op. 20 (1949) Suite veracruzana (1957) Concertino for Piano and Orchestra (1974) === Vokal === Uchben X'coholte (In an Ancient Cemetery), for soprano and chamber orchestra (1931) Cuatro canciones, for soprano and piano (1932) El grillo (The Cricket, words by Daniel Castañeda), for soprano, clarinet, violin, piano, and rattle (1933) U kayil chaac (Mayan rain song), for soprano and chamber orchestra with indigenous percussion (1934) Suite infantil (Children's Suite), for soprano and chamber orchestra (1936) Duerme.
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Eredu
Eredu (şum. 𒉣𒆠) — Mesopotamiyanın cənubunda (indiki Ziqar mühafəzəsi, İraq) arxeoloji sahə. Eredu uzun müddət Cənubi Mesopotamiyanın ən erkən şəhəri hesab olunurdu. Urdan 12 km cənub-qərbdə yerləşən Eredu, məbədlərin ətrafında, demək olar ki, birgə inkişaf etdikləri Şumer şəhərlərinin ən cənubunda yerləşirdi. Burada binalar çiy kərpicdən hörülmüş və üst-üstə tikilmişdir. Məbədlərin yuxarıya doğru tikilməsi və kəndin çölə doğru böyüməsi ilə daha böyük şəhər halına gəldi. Şumer mifologiyasında Eredu əvvəlcə şəhərin əsasını qoymuş hesab edilən, sonralar akkadlar tərəfindən Ea kimi tanınan Enkinin evi idi. Onun məbədi Eabzu adlanırdı, çünki Enkinin bütün həyatın qaynaqlandığına inanılan və su təbəqəsi olan Abzuda yaşadığına inanılırdı. == Tədqiqat tarixi == Sahədə 8 kurqan var: 1-ci kurqan — Ziqqurat müqəddəs ərazisi 2-ci kurqan — Erkən sülalə sarayı 3-cü kurqan — 300×150 metr sahədə, 2,5 metr hündürlükdə, Əbu Şəhreynin 2,2 kilometr cənub cənub-qərbində (İsinlarsa saxsı qabları tapıldı.) 4-cü kurqan — 600×300 metr sahədə, Əbu Şəhreynin 2,5 kilometr qərbində (Kassit saxsı qabları tapıldı.) 5-ci kurqan — 500×300 metr sahədə, 3 metr hündürlükdə, Əbu Şəhreyn, Yeni Babil və Əhəmənilər dövlətlərinin 1,5 kilometr şərqində 6-cı kurqan — 300×200 metr sahədə, 2 metr hündürlükdə, Əbu Şəhreyndən 2,5 kilometr cənub-qərbində 7-ci kurqan — 400×200 metr sahədə, 1,5 metr hündürlükdə, Əbu Şəhraindən 3 kilometr şərqində 8-ci kurqan — Usalla Bəsrə yaxınlığındakı Təll Əbu Şəhreyndəki yer dörd dəfə qazılıb. Bura əvvəlcə 1855-ci ildə Con Corc Teylor, 1918-ci ildə R. Kempbell Tompson və 1919-cu ildə H. R. Holl tərəfindən qazılmışdır.