Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pedikür
Pedikür — ayaq və ayaq dırnaqlar görünüşü yaxşılaşdırması üçün bir yoldur. Maniküra oxşar xidmət verir. == Qaynaqlar == Minu Molazadə. "Venus makiyaj və bəzəmə təlimi".
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. == Tarixi == Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Cərəcur nekropolu
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Cərəcur qəbiristanlığı
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Peşəkar güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Matyo Kereku
Matyo Kereku (fr. Mathieu Kérékou; 2 sentyabr 1933[…] – 14 oktyabr 2015, Kotonu) — Benin hərbi və dövlət xadimi, iki dəfə ölkə prezidenti, briqada generalı vəzifələrində çalışıb. == Bioqrafiyası == === Erkən illəri === Ölkənin şimal-qərbində anadan olub, milliyyətcə Somba. Hərbi təhsilini Mali və Seneqalda alıb. 1960-1961-ci illərdə Fransa ordusunda xidmət edib. 1961-1963-cü illərdə o, prezident Hubert Maqinin köməkçisi olub. 1967-ci ildə əmisi oğlu Moris Kuandete hakimiyyətə gələrək Hərbi İnqilab Şurasının 1-ci müavini, sonra sədri olanda hərbi çevrilişdə iştirak etdi. 1968-1970-ci illərdə Fransada hərbi məktəbdə təhsil alıb. Vətənə qayıtdıqdan sonra mayor rütbəsi, baş qərargah rəisinin müavini və Ouidada paraşüt bölməsinin rəisi vəzifəsini almışdır. === Birinci prezidentlik === 26 oktyabr 1972-ci ildə polkovnik-leytenant rütbəsində olan digər üç polkovnik-leytenant (Aikpe, Assogba və Alladaye) ilə birlikdə inqilab elan edilən hərbi çevriliş həyata keçirdi.
Peşəkar (film, 2011)
Peşəkar, Jason Statham, Clive Owen, Robert De Niro, Yvonne Strahovski və Dominic Purcellin rol aldığı 2011-ci ildə çəkilən bir döyüş filmidir. Film 1991-ci ildə Sir Ranulph Fiennes tərəfindən yazılmış The Feather Men kitabına əsaslanaraq çəkilmiş və filmin rejissoru Gary McKendry olmuşdur. == Süjet xətti == Ekran əsəri real hadisələrə əsaslanır. Muzdlu qatil Denni Brays Meksikada baş vermiş dəhşətli hadisələrdən sonra oyundan çıxmağa və sakit həyata qayıtmağa qərar verir. Ancaq həmkarı və dostu Hanterin zəngin ərəb şeyxinin adamları tərəfindən girov götürüldüyünü öyrənir. Hanterin sərbəst buraxılması üçün Braysın qarşısına çətin şərt qoyurlar. O dostunun yarımçıq qalmış işini sona çatdırıb üç xüsusitəyinatlı agenti qətlə yetirməlidir. Əlacsız qalan Brays son missiyanı yerinə yetirmək üçün peşəkar qatillərdən ibarət dəstə yığır....
Peşəkar Futbol Liqası
Azərbaycan Peşəkar Futbol Liqası və ya qısaldılmış adı ilə AzPFL — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. == Tarixi == Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Jorj Perek
Jorj Perek (fr. Georges Perec, 7 mart 1936[…], Parisin 19-cu rayonu[d] – 3 mart 1982[…], İvri-sür-Sen) — fransız yazıçısı və kinorejissoru. == Həyatı == Jorj Perek 7 mart 1936-cı ildə Parisdə anadan olmuşdu. Jorj Perek müasir fransız ədəbiyyatının tanınmış nümayəndələridəndir. Onun “Ömrü sərf etmə yolu” adlı əsəri 1978-ci ildə “Medisi” ədəbiyyat mükafatına layiq görülüb. Bu yüz əlli ilə yaxın bir dövrü əhatə edən ensiklopedik bir romandır. Yüzdən çox tanınmış adamın həyatından parçalar əsərə böyük maraq yaradıb, onun yazıçı şöhrətini daha da artırıb. Jorj Perek 3 mart 1982-ci ildə vəfat edib.
Merkur Spiel-Arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Azərbaycan Peşəkar Futbol Liqası
Azərbaycan Peşəkar Futbol Liqası və ya qısaldılmış adı ilə AzPFL — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. == Tarixi == Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı. == Tarixi == 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular. == Tərkibi == Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir. == Tədbirləri == 2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir. == Mənbə == Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.
Peşəkar futbol liqası birinciliyi
PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir. İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir. Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.
Serenkur (Val-d'Uaz)
Serenkur (fr. Seraincourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.261 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimalda, Serji belediyyənin 15 km şimal-şərqdə yerləşir.
Serenkur (Val-d’Uaz)
Serenkur (fr. Seraincourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.261 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimalda, Serji belediyyənin 15 km şimal-şərqdə yerləşir.
Müqəddəs Məryəm kilsəsi (Ərəkül)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir. == Tarixi == Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir. 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir.1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir. == Memarlıq xüsusiyyətləri == Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir. Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir. Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur.20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir. Üçnefli bazilikanın günbəz ilə birlikdə olan hündürlüyü 18 metrə bərabərdir. Günbəz tağlar vasitəsi ilə dörd gözəl pilon tərəfindən saxlanılır.
Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan)
Birinci Peşəkar Futbol Liqası (bolq. Първа професионална футболна лига), Bolqarıstan Birinci Liqası və ya Barva liqa kimi də tanınır, hazırda efbet Liqası sponsor adını daşıyır ― Bolqarıstan futbol liqası sisteminin ən üst peşəkar futbol liqası. 14 komandanın yarışdığı liqa həmçinin İkinci Peşəkar Futbol Liqası ilə yüksəliş və düşmə sistemi üzərində fəaliyyət göstərir. Bolqarıstan futbol çempionatı 1924-cü ildə Bolqarıstan Dövlət Futbol Çempionatı olaraq təqdim olunmuşdur və və A qrupunun qurulduğu 1948-ci ildən bəri liqa formatında keçirilir. Birinci Liqa çempionları, liqanın Avropa əmsalına əsasən UEFA Çempionlar Liqasının seçmə mərhələlərində iştirak etmək hüququna malikdirlər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ya qısaca TİPİİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri. Bakı şəhərində yerləşir. Direktoru Vəfa Yaqubludur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. İnstitutun fəaliyyət istiqamətləri: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması; müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi; keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması; ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması; müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması. == Tarixi == Əvvəlki adı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olmuş, 2 dekabr 2015-ci ildən indiki adını daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası ilə birlikdə vahid qurumda birləşdirilməsi nəzərdə tutulmuşdur. == Strukturu == İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir: İnsan resursları mərkəzi; Əlavə təhsilin məzmun standartları söbəsi; Tədris resursları şöbəsi; Qiymətləndirmə şöbəsi; Monitorinq şöbəsi; Beynəlxalq layihələr şöbəsi; Layihələrin idarə edilməsi şöbəsi; Kadrlar şöbəsi; İnformasiya şöbəsi; Mühasibatlıq şöbəsi; Təsərrüfat şöbəsi.