Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peresvet
Peresvet — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Prespa gölü
Prespa — cənub-şərqi Avropada Albaniya, Yunanıstan və Makedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür. Böyük Prespa Gölü (alb. Liqeni i Prespës, yun. Μεγάλη Πρέσπα, mak. Преспанско Езеро) Albaniya, Yunanıstan və Makedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (alb. Prespa e Vogël, yun. Μικρή Πρέσπα) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.
Mikri-Prespa gölü
Mikri-Praspa gölü və ya Kiçik Prespa gölü (yun. Λίμνη Μικρή Πρέσπα, Limni Mikri Prespa; alb. Prespa e Vogël, mak. Мало Преспанско Езеро, Malo Prespansko Ezero) — Yunanıstan (hövzəsinin sahəsi 138 km², səthinin sahəsi 42,5 km²) ilə Albaniya (hövzəsinin sahəsi 51 km², səthinin sahəsi 4,3 km²) arasında yerləşən tektonik göl. İki Prespa gölündən ən kiçiyidir. == Haqqında == Mikri-Praspa gölü nadir quş növlərinin çoxalması və qidalanması üçün uyğun olan bataqlıqlara malik olması ilə tanınır. Burada dünyanın ən böyük qıvrımlələk qutan koloniyası çoxalır. Gölün florasını 1.500-dən çox bitki növü təşkil edir. Bu növlərdən 146-sı Ohrid gölü üçün, 39 növü Prespa gölləri üçün endemikdir. Göldə Aqios Axillios adlı ada yerləşir.
Oxrid-Prespa qoruğu
Oxrid-Prespa qoruğu (mak. Прекуграничен биосферен резерват „Охрид-Преспа“ ; alb. Oher – Prespe, Rezerve Ndërkufitare Biosfere) ― Şimali Makedoniya və Albaniya sərhəddindəki Oxrid və Prespa göllərini əhatə edən qoruq. Qoruq su hövzələri və ətrafındakı dağlıq relyefi əhatə edən 446 244,52 hektar əraziyə malikdir. Oxrid-Prespa bölgəsi 11 iyun 2014-cü il tarixində İsveçdə keçirilən UNESCO beynəlxalq komissiyasının sessiyasında biosfer qoruğu elan edilmişdir. == Ekologiya == Oxrid-Prespa qoruğu göllərin ətrafındakı dağlıq ərazilərdən başlayaraq su hövzələri ətrafındakı subtropik meşələrə qədər müxtəlif ekosistemləri əhatə edir. Oxrid-Prespa göl sistemi Avropadakı ən böyük sistemlərdən biridir. Hər iki göl geoloji və bioloji bənzərsizliyinə görə milli və beynəlxalq səviyyədə müstəsna dəyərə malikdir. Oxrid gölü endemik növləri ilə məşhurdur (200-dən çox) və bunlardan beşi gölün içindəki mikroekosistemlərlə məhdudlaşır. Göldəki on yeddi balıq növündən Oxrid alabalığı (Salmo letnica) da daxil olmaqla onu endemikdir.