Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peresvet
Peresvet — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Prespa
Prespa — Şimali Makedoniya, Yunanıstan və Albaniya arasında paylaşılan bölgə. Bölgənin ortasında yerləşən Prespa gölləri ilə eyni adı paylaşır. Ən böyük yaşayış məntəqəsi 9 min nəfərin yaşadığı Şimali Makedoniyanın Resen qəsəbəsidir. == Tarixi == İki Balkan müharibəsindən sonra Osmanlının Avropadakı ərazilərinin bölünməsinin nəticəsi olaraq bölgə bu gün 3 ölkə arasında bölünür. Roma hakimiyyəti dövründə bu bölgə boyunca məşhur Eqnati yolu inşa edilmişdir. Yolla yanaşı, burada bir neçə qəsəbə də salınıb. VI-VII əsrlərdə slavyan tayfaları Prespada daimi məskunlaşmamışdı. Slavlar artıq talan edilmiş və əhalisi azalmış bölgəni keçib getmiş, lakin cənubdan Aralıq dənizi sahillərinə qədər davam etmişdilər. X əsrin sonu və XI əsrin əvvəllərində Komitopulların hakimiyyəti dövründə Prespa gölü ilə yanaşı, Prespa şəhəri də Birinci Bolqar İmperiyasının paytaxtı kimi qeyd olunurdu. Bu şəhər həm də Bolqarıstan Patriarxlığının iqamətgahı idi, hansı ki sonradan Ohrid Bolqar Patriarxlığına köçürüldü.
Prespa gölü
Prespa — cənub-şərqi Avropada Albaniya, Yunanıstan və Makedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür. Böyük Prespa Gölü (alb. Liqeni i Prespës, yun. Μεγάλη Πρέσπα, mak. Преспанско Езеро) Albaniya, Yunanıstan və Makedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (alb. Prespa e Vogël, yun. Μικρή Πρέσπα) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.
Mikri-Prespa gölü
Mikri-Praspa gölü və ya Kiçik Prespa gölü (yun. Λίμνη Μικρή Πρέσπα, Limni Mikri Prespa; alb. Prespa e Vogël, mak. Мало Преспанско Езеро, Malo Prespansko Ezero) — Yunanıstan (hövzəsinin sahəsi 138 km², səthinin sahəsi 42,5 km²) ilə Albaniya (hövzəsinin sahəsi 51 km², səthinin sahəsi 4,3 km²) arasında yerləşən tektonik göl. İki Prespa gölündən ən kiçiyidir. Mikri-Praspa gölü nadir quş növlərinin çoxalması və qidalanması üçün uyğun olan bataqlıqlara malik olması ilə tanınır. Burada dünyanın ən böyük qıvrımlələk qutan koloniyası çoxalır. Gölün florasını 1.500-dən çox bitki növü təşkil edir. Bu növlərdən 146-sı Ohrid gölü üçün, 39 növü Prespa gölləri üçün endemikdir. Göldə Aqios Axillios adlı ada yerləşir.
Oxrid-Prespa qoruğu
Oxrid-Prespa qoruğu (mak. Прекуграничен биосферен резерват „Охрид-Преспа“ ; alb. Oher – Prespe, Rezerve Ndërkufitare Biosfere) ― Şimali Makedoniya və Albaniya sərhəddindəki Oxrid və Prespa göllərini əhatə edən qoruq. Qoruq su hövzələri və ətrafındakı dağlıq relyefi əhatə edən 446 244,52 hektar əraziyə malikdir. Oxrid-Prespa bölgəsi 11 iyun 2014-cü il tarixində İsveçdə keçirilən UNESCO beynəlxalq komissiyasının sessiyasında biosfer qoruğu elan edilmişdir. Oxrid-Prespa qoruğu göllərin ətrafındakı dağlıq ərazilərdən başlayaraq su hövzələri ətrafındakı subtropik meşələrə qədər müxtəlif ekosistemləri əhatə edir. Oxrid-Prespa göl sistemi Avropadakı ən böyük sistemlərdən biridir. Hər iki göl geoloji və bioloji bənzərsizliyinə görə milli və beynəlxalq səviyyədə müstəsna dəyərə malikdir. Oxrid gölü endemik növləri ilə məşhurdur (200-dən çox) və bunlardan beşi gölün içindəki mikroekosistemlərlə məhdudlaşır. Göldəki on yeddi balıq növündən Oxrid alabalığı (Salmo letnica) da daxil olmaqla onu endemikdir.