Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berezit
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Perezia
Perezia (lat. Perezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsin nümayəndələrinin hamısının vətəni Folklend adaları və Cənubi Amerikadır.
Dərəcik
Dərəcik (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dərəcik (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd.
Perlit
Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200 °C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir. Riolit Vulkanik şüşə Beton Sement Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Ərəgit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Ərəkit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Ageratina perezii
Ageratina perezii (lat. Ageratina perezii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bördcess Meredit
Oliver Bördcess Meredit (ing. Oliver Burgess Meredith; doğum 16 noyabr 1907, Klivlend, Ohayu, ABŞ – ölüm 9 sentyabr 1994, Malibu, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir. Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Perezia lanigera
Burkartia lanigera (lat. Burkartia lanigera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin burkartia cinsinə aid bitki növü. Perezia lanigera Hook. & Arn. Perezia sessiliflora Speg.
Perezia sessiliflora
Burkartia lanigera (lat. Burkartia lanigera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin burkartia cinsinə aid bitki növü. Perezia lanigera Hook. & Arn. Perezia sessiliflora Speg.
Perfect Life
Perfect Life (azərb. Əla həyat‎) — Almaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Levina "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Lindsi Rey, Lindi Robbins və Deyv Basselt tərəfindən bəstələnmişdir.
Pəkəcik (Xoy)
Pəkəcik (fars. پكاجيك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.216 nəfər yaşayır (298 ailə).
Pəyəcik (Zolaçay)
Pikəçik (fars. كاجيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 441 nəfər yaşayır (109 ailə).
Senecio perezii
Senecio perezii (lat. Senecio perezii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Vinçenso Perucia
Vinçenso Perucia (it. Vincenzo Peruggia; d. 8 oktyabr 1881, İtaliya - ö. 8 oktyabr 1925, Fransa) — "Mona Liza"nı tarixi vətəninə qaytarmaq arzusuyla oğurlamış şəxs; italyan rəssam və dekorator. Vinçenso Perucia XX əsrin ən səs-küylü oğurluğunun baş qəhrəmanıdır. O, 1911-ci il avqustun 21-də Parisdəki "Luvr" muzeyindən dahi italyan rəssamı Leonardo da Vinçinin şedevri - "Mona Liza" rəsmi oğurlamışdır. Həmin vaxt o, Luvr muzeyinin sabiq əməkdaşı idi. Milliyyətcə italyan olan rəssam və dekorator Vinçenso Perucia üçün "Cokonda"nı oğurlamaq heç çətin olmamışdır. Perucia, sadəcə, muzeydəki şkafların birində gizlənərək iş vaxtının bitməsini gözləyib. Daha sonra şəkli divardan çıxararaq muzeyi tərk etmişdir.
Dərəcik (Qars)
Dərəcik — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 379 nəfərdir (2022).
One Percent
One Percent — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Perçot dağı
Perçot dağı — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, 2040 m hündürlüklü, şimaldan cənuba doğru uzanan dağ silsiləsidir. Perçot dağı Maqniye zirvələrindən 7 km cənub-şərqdə yerləşmişdir. Lisiya silsiləsinin bir hissəsidir. Dağ 1908–10-cu illərdə Fransa Antarktik Ekspediyası zamanı kəşf olunmuşdur. Ekspedisiya üçün yetmiş cüt çəkmə hədiyyə edən, Jan-Martin Şarkonun yanında çalışan Monsiye Perçotun adını daşıyır. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Meri Perent
Meri Perent (1968, ABŞ) — Amerikalı prodüser.