Ərəkit

ƏrəgitAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Ərəgit
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Əhalisi
Əhalisi 887 nəfər
Digər
[http:// ]

Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir.[1]

Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.

Toponim tat dilindəki ərə (daş, qaya) və ərəb-fars mənşəli qat (tərəf, yer, səmt) sözlərinin fonetik formalarının birləşməsindən əmələ gəlib, "qaya tərəfi, qayalıq, qaya səmti" mənasını bildirir. Lahıc qəsəbəsində Ərəki adlı məhəllə olduğundan kəndin həmin məhəllədən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranması güman edilir.